Author: Arab Az

ANKARA,ArabAZ Somali – Türkiyə parlamentlərarası dostluq qrupunun üzvləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Bu haqda ArabAZ-a Somali diplomatik qaynaqlarından bildiriblər.Görüşdə tərəflər Türkiyə və Somali arasında olan münasibətlərin dərinləşməsini müzakirə ediblər. Görüş sonrası Somali nümayəndə heyəti prezident Ərdoğanla xatirə şəkli çəkdirib.Qeyd edək ki, bu gün Somali parlamentinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisini ziyarət edib.

Ətraflı

ANKARA,ArabAZ 2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 97 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 38 şirkət azdır. Bu barədə ArabAZ -a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 171 milyard 302 milyon 330 min 69 türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 1 milyard 50 milyon 923 min 834 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-oktyabr ayında BƏƏ şirkətlərinin əksəriyyəti İstanbulda (87) qeydiyyata alınıb. “İstanbulda qeydiyyatdan keçən BƏƏ şirkətlərinin…

Ətraflı

ANKARA,ArabAZ 2024-cü ilin yanvar-oktyabr aylarında Misirdən Türk limanlarına 10 milyon 117 min 462 ton yük daşınıb. Bu barədə ArabAZ -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Misirdən Türkiyə limanlarına 1 milyon 857 min 727 ton yük daşıyıb. “Bu ilin yanvar-oktyabr aylarında Misirdən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 8 milyon 148 min 229 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Misirdən Türkiyəyə Misir bayrağı ilə üzən gəmilərlə yük 111 min 506 ton daşınıb.2024-cü ilin yanvar-oktyabr aylarında Misirdən Türkiyə limanlarına 375…

Ətraflı

BEYRUT,ArabAZBu gün Kral Salman Humanitar Yardım və Yardım Mərkəzinin idarə etdiyi Səudiyyə Ərəbistanının 24-cü yardım təyyarəsi Livanın paytaxtı Beyrutdakı Rəfik Həriri Beynəlxalq Hava Limanına çatıb.ArabAZ xəbər verir ki, təyyarə qida, tibbi və sığınacaq ləvazimatları da daxil olmaqla müxtəlif yardımları Livana çatdırıb.Qeyd edək ki, bundan əvvəl də Səudiyyə İsrail ilə müharibədən əziyyət çəkən Livana müsxtəlif yardımlar göndərib.

Ətraflı

ƏR-RİYAd,ArabAZ Ər-Riyadda noyabrın 28-dək davam edəcək Beynəlxalq Tarixlər Konfransı və Sərgisində “Sivilizasiyalarda Palma Ağacı” pavilyonu xurma ağacının qədim mədəniyyətlərdə xurmanın tarixi əhəmiyyətini əsk etdirən müxtəlif aradırmalar əks olunub. ArabAZ xəbər verir ki, pavilyon xurma ağaclarının qida və iqtisadi davamlılığı necə dəstəklədiyini araşdırır.Bütün bunlarla yanaşı, payilyonda qədim Misirdə xurmanın əhəmiyyətini gündəlik həyatda və dini ayinlərdə, habelə kənd təsərrüfatında, tikintidə və məhsuldarlıq təcrübələrində təsvir edən oymalar və divar rəsmləri nümayiş etdirilir. Səudiyyə Milli Palma və Xurma Mərkəzi tərəfindən “Xurma dünyası” mövzusu altında təşkil edilən sərgi həm də Mesopotamiya və Levantda xurmanın əhəmiyyəti vurğulanır. Xurma becərilməsini qoruyan Hammurabi Məcəlləsi kimi qədim mətnləri və…

Ətraflı

ƏL-KÜVEYT,ArabAZ Küveyt xarici investisiyaları cəlb etmək üçün imkanlar yaratmağa çalışır, ArabAZ xəbər verir ki, bunu Küveytdəki Birbaşa Xarici İnvestisiyaların Təşviqi Təşkilatının Biznesin İnkişafı üzrə Baş Direktorunun köməkçisi Məhəmməd Yaqub Asharq Al-Awsat-a bildirib. O qedy edib ki, onun ölkəsi dövlət müəssisələrinin, xəstəxanaların və limanların idarə olunması kimi yeni sektorlara investisiyaları artırmaq üçün çalışır.Yaqub bildirib ki, Küveyt neft və qaz, səhiyyə, təhsil və texnologiya kimi həyati əhəmiyyətli sektorların geniş spektrində xarici investisiyaların cəlb edilməsi məqsədi ilə obyektlərin artırılması üzərində işləyir.

Ətraflı

BAKI,ArabAZ Hər fürsətdə müsəlman öldürməyi özünə müqəddəs borc bilən Hindistan öz mərkinə sadiq olaraq bu dəfə də , Azərbaycana qarşı Hindistanı silahlandırır. ArabAZ xəbər verir ki , Ermənistan və Azərbycan arasında gedən 44 günlük müharibəbən sonra hələ də sülh müqaviləsini imzalamaqdan imtina edən İrəvan Hindistandan “Pinaka” reaktiv yaylım atəşi sistemlərini tədarük etməyə başlayıb.Artıq Pinaka çoxlüləli Roketatar (MLR) sistemlərinin ilk partiyası Ermənistana gəlib. Qeyd edək ki, Hindistan və Ermənistan arasında bu təchizat prosesi təxminən iki il davam edən danışıqlar nəticəsində imzalanmüqaviləyə əsaslanır. Ermənistan, ABŞ və Fransa ilə birlikdə Hindistanın müdafiə avadanlığı ixracının ən böyük üç alıcısından biri kimi seçilir. Qeyd edək…

Ətraflı

ANKARA,ArabAZ Qısa uçuş zolağından enən və havaya qalxan ilk PUA olan Bayraktar TB3, dünən TCG Anadolu-da keçirilən uçuş testində müvəffəqiyyətlə eniş edib və daha iki dəfə havaya qalxıb. ArabAZ xəbər verir ki, Bayraktar TB3 Çanaqqala sahillərində üzən TCG Anadolu gəmisində dünən keçirilən ikinci uçuş sınağında eniş dəstək avadanlığından istifadə etmədən daha iki dəfə uğurla eniş edib və havaya qalxıb. Sınaq parametrlərini uğurla yerinə yetirən PUA, orta hesabla 20 min fut yüksəklikdə uçaraq testi uğurla başa vurub. Keşanda eniş testlərini və açıq dənizdə yaxınlaşma testlərini tamamlayan Bayraktar TB3 PUA keçən həftə 19 noyabrda TCG Anadolu-nun qısa uçuş zolağından 12 dərəcə maili…

Ətraflı

BEYRUT,ArabAZ HƏMAS lideri Usamə Həmdan Qəzza zolağında beş günlük atəşkəs təklifinin qəbuledilməz olduğunu bildirib, bununla yanaşı o qeyd edib ki, HƏMAS müharibənin sona şatmasında maraqlıdır və bunu istəyir. ArabAZ xəbər verir ki, Livanın Əl-Məyadin televiziyasına danışan Həmdan, ABŞ-ın Qəzzada son atəşkəs razılaşması təklifinin ABŞ-ın son prezident seçkilərindən əvvəl edildiyinə diqqət çəkərək, “Biz xalqımıza qarşı təcavüzün dayandırılmasında maraqlıyıq və bu barədə danışırıq. Təklif edilən beş günlük atəşkəs sonrası yenidən döyüşmək abrsurddur”-deyə o bildirib. Ötən ilin noyabrında əldə edilmiş bir həftəlik atəşkəs istisna olmaqla, Misir, Qətər və ABŞ-ın himayəsi altında İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına nail olmaq üçün aparılan danışıqların bir…

Ətraflı

ƏR-RİYAD,ArabAZSəudiyyə Ərəbistanı hakimiyyəti bir həftə ərzində yaşayış, iş və sərhəd təhlükəsizliyi qaydalarını pozduqları üçün 19 min 696 nəfəri həbs edib.ArabAZ xəbər verir ki,rəsmi hesabata görə, ümumilikdə 11 min 336 nəfər rezidentura qanunlarını pozduğuna görə, 5 min 176 nəfər sərhədi qanunsuz keçmə cəhdlərinə görə, 3 min184 nəfər isə əməklə bağlı məsələlərə görə həbs edilib. Hesabat krallığa qeyri-qanuni yollarla girməyə cəhd etdiyi üçün həbs edilən 1547 nəfərin 65 faizini efiopiyalı, 32 faizini yəmənli, 3 faizini isə başqa millətlərdən təşkil etdiyini göstərib. Daha 71 nəfər qonşu ölkələrə keçməyə cəhd edərkən yaxalanıb, 22 nəfər isə qaydanı pozanların daşınması və saxlanmasında iştirak etdiklərinə görə saxlanılıb.…

Ətraflı