Author: Arab Az
BEYRUT,ArabAZ ABŞ prezidenti vəzifəsini tərk edən Co Bayden ordu komandirinin “bu dövr üçün uyğun lider” olduğunu nəzərə alaraq, Cozef Aunun Livan prezidenti seçilməsini alqışlayıb. ArabAZ xəbər verir ki, Bayden verdiyi açıqlamada, Aunun İsrail və Hizbullah arasında qüvvədə olan atəşkəsə nəzarətdə “qətiyyətli liderlik” təmin edəcəyini nəzərə alaraq, “Prezident Auna güvənirəm və onun bu dövr üçün doğru lider olduğuna qəti şəkildə inanıram” deyib. Aunun seçilməsi iki ildən çox davam edən boşluğa son qoydu və bu ölkəni maliyyə çöküşündən çıxarmaq üçün bir addım ola bilər. “Nəhayət, Livanın Prezidenti var”-deyən Bayden Livan prezidentini “birinci dərəcəli insan” kimi xarakterizə edib.
BAKI,ArabAZ, Kubra Məhərrəmova , OXU.AZ Qan da elə bir şeydir ki, illərlə sakit axa, birdən coşub daşa bilər. Sadəcə qanın oyanması üçün bir qədər zaman və şərait gərəkdir.Qan yaddaşı sözü də havadan, sudan götürülməyib. Qanın özündə saxladığı informasiya gözümüzün rəngindən tutmuş, dədəmizin xasiyyətinə qədər bizə keçir, xasiyyətimizi formalaşdırır və bizdən sonrakı nəslə də bizdən bir pay aparır.Qandan söz düşmüşkən, hazırda İranda damarında türk qanı axan 30-40 milyon arasında insan yaşayır. Sadəcə İranın özünə sərf etməyən bu məlumat fərqli mənbələrdə müxtəlif cür göstərilir. Gah azaldılır, gah da saxtalaşdırılır. İranın ümumi əhalisi isə təqribən 91 milyondur. Təsəvvür edin ki, yarısı, bəlkə də…
BAKI,ArabAZ “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. ArabAZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş” 2024-cü il oktyabrın 30-da Rabat şəhərində imzalanıb.
MƏKKƏ,ArabAZ,ƏHMƏD SALİH HƏLƏBİ Bir neçə il əvvəl biz Məkkədəki Məscidül-həramın dəhlizlərində geyimləri ilə seçilən insanların işlədiklərinin şahidi olduq. Onların bəziləri qadınların təvafını tənzimləyir, bəziləri isə təmizlik işləri ilə məşğul olurdular. BU sirliu insanların bəzisi isə Mədinə şəhərindəki Peyğəmbər məscidinin təmizliyi ilə məşğul olurlar. Onlar imam cümə xütbəsi oxumaq üçün minbərə çıxarkən onu müşayiət edirlər, əyinlərində ağ paltar və çalma var. Bir çoxunun belində ağ,qara bəzilərində isə olduqca rəngarəng kəmərlər olur.Onlara yerli insanlar arasında “Ağavat” kimi tanınırlar , bu söz isə “Ağa” sözünün ərbcədə cəm halıdır. Maraqlıdır bəs görəsən Ağalar kimlərdir və bu ad onlara nədən yaranıb və onların hekayəsi nədir?…
BEYRUT,ArabAZ Livan parlamentində keçirilən səsvermənin ikinci turunun yekunlarına əsasən, Livanın ordu komandiri – general Cozef Övn ölkənin yeni prezidenti seçilib.ArabAz xəbər verir ki,Aun Livanın say etibarilə 14-cü prezidentidir. Qeyd edilir ki, Livanda 2022-ci ilin oktyabr ayından bəri sözügedən post boş qalıb.
DƏMƏŞQ,ArabAZYanvar ayı İranda başdan ayağa qara yadır. Molla rejimi yanvar ayında baş verənləri unutmaqda olduqca çətinlik çəkir. Çünki məhz elə 2020-ci ilin yanvarın rejimin qırmızı xətti olan Suriya qəssabı Qasim Süleymani öldürülüb. İran bunun qisasını alacağını desə də,Tehranın Qərbə olan siyasi səbri buna imkan vermir. Çünki mollaların işi yalnız müsəlman dövlətlərlədir.Yanvarın 20-si isə qaraya bürünərək, islam vəhdətindən danışıan amma reallıqda Ermənistana olduqca dəstək verən əyalət və vilayət mollaları üçün daha ağır olacaq… Tramp gəlir…Həm də Trampın Tehranda zəkat və xüms pulu ilə dolanan mollalara agır sanksiyalar tətbiq edəcəyi də olduqca ehtimal edilir. Bu sanksiyualar xüsusən də Bəşşar Əsədi hakimiyyətdə saxlamaq…
BEYRUT,ArabAZ Bu gün Livan paralmanetində prezidentin seçilməsi ilə bağlı iclas keçiriləcək.ArabAZ xəbər verir ki, president postu Livanda 2022-ci ilin oktyabrında boş qalıb . Livanlı millət vəkilləri keçmiş prezident Mişel Övnə varis təyin etmək üçün azı 12 dəfə cəhd etsələr də, bu vaxta qədər heç bir nəticə əldə olunmayıb. Habelə ölkənin yerli KİV-ləri bu gün keçiriləcək səsvermədə yeni dövlət başçısının seçilmə ehtimalı yüksək qiymətləndirir. Əsas namizəd livanlı ordu komandiri Yusif Övndür. Qeyd olunan namizədin ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən də dəstəkləndiyi bildirilir.
ƏR-RİYAD,ArabAZ Yanvarın 3-də başlayan 2025-ci il Dakar Rallisi, Səudiyyə Ərəbistanının altıncı dəfə yarışa ev sahibliyi edəcək. Demək olar ki, 8000 kilometrə qədər uzanan builki yarış, Krallığın böyük boş məhəlləsini Bişadan Şubaytaha qədər 12 çətin mərhələdən keçəcək. ArabAZ oxuculara Dakar Rallisinin fotoşəkillərini təqdim edir.
ƏR-RİYAD,ArabAZ Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukrayna-Rusiya böhranındakı son hadisələri və böhranın həlli üçün göstərilən səyləri müzakirə edib.ArabAZ xəbər verir ki, danışıq zamanı iki ölkə arasında ikitərəfli münasibətləri nəzərdən keçirib, ortaq maraq doğuran məsələləri, regional və beynəlxalq hadisələri müzakirə ediblər.
BAKI,ArabAZ Əslən Əlcəzairli olan və ərəb dünyasının tanınmış telejurnalisti olan Vahiba Buhalais 1976-cı ildə Əlcəzairin Konstantina şəhərində doğulub. Jurnalist fəaliyyətini Qərərin Əl-Cəzirə telekanalında aparıcı kimi başlayıb. 2017-ci ildən bu günə kimi, Qətərdə fəaliyyət göstərən başqa bir telekanal olan Arabi21 –də müəllif və aparıcı kimi fəaliyyət göstərir.İngilis dilini mükəmməl bilən Vahiba 2000-2006-cı illərdə Qətər İş Qadınları Forumunun Direktorlar Şurasının katibi olaraq çalışıb.O 2001-ci ildə Qətər Ticarət və Sənaye Palatasında tərcüməçi kimi də fəaliyyət göstərib. Eyni zamanda Vahiba Qətər dövləti ikinci telekanalında proqram və filmlərin hazırlanması üçün tərcüməçi vəzifəsində işləyib.Vahiba Qətərdə çalışdığı telekanallarda öz müəllif verilişi olan “Əlvanul Həyat” ( Həyatın rəngləri)…