Author: Arab Az

QÜDS,ArabAZ İsrailin Qəzza zolağının şimalında Beyt Lahia qəzəbəsində hava reydləri keçirib. ArabAz xəbər verir ki, İsrailin bombardmanı nəticəsində ilkin hetimala görə, ən azı 50 nəfər həlak olub. Həlak olanlar arasında qadın və uşaqların da olduğu bildirilir. Qəza səhiyyə orqanlarının verdiyi məlumata əsasən ölənlərin sayı arta bilər. Qeyd edək ki, oktyabrın 29 -da İsrail Beyt Lahia şəhərində yaşayış binasını bombalaması nəticəsində 93 fələstinli həlak olmuşdu. İsrail qüvvələri HƏMAS hərəkatının İsrailin cənubuna başlatdığı qəfil hücumdan sonra 2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağını qurudan, dənizdən və havadan bombalamağa davam edir.

Ətraflı

RAMALLAH,ArabAZ İsrailin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) aid məktəbə hücumu nəticəsində 10 mülki şəxs həlak olub, 20-yə yaxın insan yaralanıb.ArabAZ xəbər verir ki, “UNRWA”ya bağlı “Əbu Assi məktəbi” bundan əvvəl İsrailin Qəzza zolağında apardığı müharibə zamanı bir neçə dəfə bombalanıb. Qəzza yerli səhiyə orqanları xəbər verir ki, bu günki bombardman nəticəsində, ölənlərin sayının arta biləcəyi ehtimalı var.

Ətraflı

BAKI,ArabAZ Somali Azərbaycanla əməkdaşlıqda olduqca maraqlıdır.ArabAZ xəbər verir ki, bunu MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli ilə görüşü zamanı Somalinin Ankarada akredetə edilmiş Azərbaycan səfiri Fəxrəddin Aspite deyib. O qeyd edib ki, Azərbaycan regionun ən dinamik inkişaf edən ölkəsidir. “Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa hazırıq və bu bizim maraq dairəmizdədir”-deyə o qeyd edib. Səfir qeyd edib ki, Moqadişo rəsmi Bakı ilə əməkdaşlığının dərinləşməsi çərçivəsində özünə prioritetlər təyin edib. “Bu prioritetlər mövcuddur və biz təhsil,kənd təsərrüfatı sahədində və eləcə də turizmdə əməkdaşlığa maraqlıyıq”-deyə səfir bildirib. Ölkələrin tanınmasında KİV-in önəmini vurğulayan somalili diplomat qeyd edib ki, Azərbaycan və Somali KİV-ləri arasında təcrübə…

Ətraflı

ƏR-RİYAD,ArabAZ Yelisey Sarayı Fransa prezidenti Emmanuel Makronun vəliəhd və baş nazir şahzadə Məhəmməd bin Salmanın dəvətinə cavab olaraq 2024-cü ilin dekabrın 2-dən 4-ə qədər Səudiyyə Ərəbistanına “dövlət səfəri” edəcəyini açıqlayıb. “Dövlət səfəri” səfərlər arasında ən yüksək protokoldur. Fransa Prezident Sarayı “hər iki tərəfə Fransa və Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığı gücləndirmək üçün bir fürsət təmin edəcəyini” vəd edib. Bu səfərin elanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə Fransa prezidenti arasında baş tutan telefon danışığından bir gün sonraya təsadüf edir və bu telefon danışığında tərəflər regional vəziyyti, ikitərəfli danışıqlardan əlavə təhlükəsizlik və sabitliyə nail olmaq üçün göstərilən səyləri müzakirə ediblər. Son illər Ər-Riyad…

Ətraflı

DOHA,ArabAZ Türkiyə mediası müxtəlif platformalarda Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin Ankaraya səfərinə geniş yer ayırıb. Şeyx Təmim Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Qətər-Türkiyə Yüksək Strateji Komitəsinin 10-cu iclasına sədrlik edib.Türkiyə hökumətinə yaxınlığı ilə tanınan gündəlik qəzet “Yeni Şafak” öz sayında Şeyx Təmimin Türkiyə səfərinə geniş işıqlandırıb. Anadolu Agentliyi , həm də TRT kanalı, hər iki xalqın liderlərinin iştirakı ilə, müxtəlif sektorlarda səkkiz müqavilənin imzalanması barədə məlumat yayıb. Doha ilə Ankara arasında əlaqələrin daha da möhkəmləndirilməsində səfərin mühüm əhəmiyyəti vurğulanıb. “DailySabah” qəzeti öz növbəsində Türkiyə ilə Qətər arasında imzalanan siyasi müzakirələrə və müqavilələrə diqqət çəkib.…

Ətraflı

XARTUM,ArabAZ Üzvləri Şərqi Sudanın qədim Beja qəbiləsinə mənsub olan gənclik hərəkatı orduya müttəfiq silahlı hərəkatların bölgədən qovulmasını tələb edib və paytaxtı Port Sudan olan şərq bölgəsini inzibati qərargah olaraq bağlamağa söz verib.ArabAZ xəbər verir ki,özünü “Azad Becavi Gənclik Hərəkatı” adlandıran hərəkat cümə günü verdiyi açıqlamada “bölgəyə kənardan gələn silahlı hərəkatların mövcudluğunun təkcə təhlükəsizlik üçün deyil, həm də sosial quruluşumuz üçün qaçılmaz təhlükə olduğunu” söyləyib.Bəyanatda deyilir ki, silahlı hərəkatlar bölgəni tərk edənə qədər “region sərhədlərinin tamamilə bağlanması” üçün tədbirlərə başlanılacaq və bu bölgə əhalisinə və onların təhlükəsizliyi üçün zəruri və məcburi bir addımdır.Sudanın şərqində Minni Arko Minavi (Darfur bölgəsinin qubernatoru) başçılıq…

Ətraflı

DOHA,ArabAZ Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə regional məsələləri müzakirə edib. ArabAZ əmirin mətbuat xidmətinə istinadən xəbər verir ki, iki ölkə lideri arasında baş tutan telefon danışığı zamanı, Bakı və Doha arasında ikitərəfli münasibətlər, onların genişləndirilməsi və inkişaf etdirilməsi yollarını, mühüm regional və beynəlxalq məsələlər müzakirə edilib. Əmir həmçinin Azərbaycan Respublikasının Prezidenti ilə Qətər Dövlətinin Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin Çərçivə Konvensiyasında (COP29) iştirakını müzakirə edib.

Ətraflı

BAKI,ArabAZ Dünyanın Fələstin məsələsinə susduğu bir zamanda şeirləri ilə tanınan Mahmud Dərviş bütün dünyanın susduğu qaranlıq bir dövrdə qələmi və şeirləri ilə Fələstin davasının bayraqdarına çevrildi. Sürgündə yaşadığı müddətdə Fələstin xalqının müqavimətini, ağrısını və ümidlərini lirik dillə təsvir edən Dərviş “Fələstin”, “Beyrut qəsidəsi”, “Şəxsiyyət vəsiqəsi”, “Qanadsız sərçələr” kimi bir çox ölməz şeirlər qoyub. Bu şeirlər həm özünün, həm də onun xalqının atıldığı sınaqlı həyatı əks etdiridi. Mahmud Dərviş 13 mart 1941-ci ildə hazırda İsrail sərhədləri daxilində olan Akko şəhərinin şərqində yerləşən Birve kəndində anadan olub . 1948-ci ildə İsrail-Ərəb müharibəsi zamanı cəmi yeddi yaşında ikən kəndi hücuma məruz qaldıqda ailəsi ilə birlikdə Livana qaçmış və bir müddət oradakı…

Ətraflı

RAMALLAH,ArabAZŞübhəsiz bir çoxlarının ağlında olan suallardan biri də, “İsrailin Zolaqda 400 gündən artıq təcavüzündən bəri Qəzza uşaqları necə yaşayırlar?” sualıdır. 2023-cü il oktyabrın 7- də müharibə başlayandan Qəzzada ən çox əziyyət çəkən uşaqlardır.

Ətraflı

QÜDS,ArabAZ ABŞ-ın yeni seçilmiş prezidenti Donald TrampınABŞ-ın İsraildəki səfiri vəzifəsinə namizədi Mike Hukabi Fələstin məsələsi ilə bağlı beynəlxalq legitimliyi açıq şəkildə inkar edərək, iki dövlətli həll yoluna, İordan çayının qərb sahili və işğal terminlərinin istifadəsinə qarşı olduğunu bildirib.Hukabi Kanal 7-yə verdiyi müsahibədə,”İnanmadığım bir şey deyə bilmərəm. İşğal deyə bir şey yoxdur”-deyib. Beynəlxalq hüquqa əsasən, İsrail, İordan çayının qərb sahilində, Şərqi Qüdsdə və Qəzza zolağında işğalçılıq siyasəti aparıb. Birləşmiş Millətlər Təşkilatının qətnamələri, o cümlədən BMT Təhlükəsizlik Şurasının 242 (1967) və 338 (1973) qətnamələri İsraili işğal etdiyi ərazilərdən çıxmağa çağırır və bu ərazilərdə hər hansı demoqrafik və ya hüquqi dəyişikliklərin etibarsız olduğunu…

Ətraflı