Author: Arab Az

BAKI,ArabAZ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) enerji strategiyasını 2050-ci ilə qədər yeniləyib və enerji səmərəliliyini 45 faizə çatdırmağı planlaşdırır. ArabAZ xəbər verir ki , bunu Trend-ə müsahibəsində BƏƏ xarici işlər nazirinin köməkçisi Abdulla Balala nazirlərin “Bərpa olunan enerji mənbələrindən üçqat və ikiqat enerji səmərəliliyi üçün investisiyaların genişləndirilməsi” mövzusunda keçirilən dialoq zamanı bildirib. “BƏƏ enerji sektorunda xalis sıfır emissiyaya nail olmaq məqsədinə doğru əhəmiyyətli irəliləyiş əldə edib. Biz həmçinin şəbəkələrin emissiya əmsalını daha da azaltmaq niyyətindəyik ki, bu da BƏƏ-ni ən az emissiya edən ölkələrdən birinə çevirəcək. BƏƏ olaraq biz təmiz enerji mənbələrinə iddialı, lakin praqmatik keçid nümunəsi olmağa çalışırıq. BƏƏ enerji…

Ətraflı

Bakı,ArabAZ Livanda və Qəzzada ehtimal olunan atəşkəs hələ sülh demək deyil. Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu deyib. “Fələstin və Livan ərazisində cərəyan edən son hadisələrə nəzər yetirsək, hər iki məkanda aktiv hərbi əməliyyatların daha çox səngidiyinin şahidi ola bilərik. Fələstindən fərqli olaraq Livanla bağlı İsrailin əsas hədəfi tam müdaxilə deyil, qismən müdaxilə edib, başlıca olaraq “Hizbullah” liderlərini zərərsizləşdirməkdən ibarət olub. İsrail buna nail oldu. “Hizbullah”da 30 ildən artıq davam edən Həsən Nəsrullah idarəçiliyinə son qoyuldu. Artıq “Hizbullah” əvvəlki qruplaşma deyil. Amma geniş anlamda “Hizbullah” tam məhv olmayıb. Onlar mövcuddur və bundan sonra daha da güclənəcək”. Ekspertin fikrincə, “Hizbullah”ın…

Ətraflı

QÜDS,ArabAZ Prokuror Qali Beharav Meara İsrailin baş naziri Binyamin Netanyahudan milli təhlükəsizlik naziri İtamar Ben Qvirin polis işlərinə təkrar müdaxiləsini dayandırmadığı təqdirdə onu vəzifəsindən azad etməyi tələb etmək niyyətindədir.ArabAZ xəbər verir ki, dövlət prokuroru Ben Qvirin vəzifəyə gəldiyi gündən geniş müzakirələrə səbəb olan qanun pozuntularını, xüsusən də polisin verdiyi qadağaya baxmayaraq, polisin əməliyyat qərarlarına təsir etmək cəhdləri ilə dayandırmağa çalışır. Ben Gvir, öz növbəsində, bu tendensiyanı pisləyərək, Respublika Prokurorunu işdən azad etməyə çağırıb və onu İsraili zəiflətmək üçün səy göstərməkdə ittiham edib.O, açıqlamalarında sağçı ideyaları devirməyə çalışan bir ittifaqın olduğunu bildirib və Netanyahunu müdaxiləyə çağırıb. Ali Məhkəmə daha əvvəl 2023-cü…

Ətraflı

QAHİRƏ,ArabAZ Misirin müxtəlif əyalətlərində keçirilənm xüsusi əməliyyat zamanı, 38 narkotik alvermisi saxlanılıb. Bu haqda ArabAZ Misir Daxili İşlər Nazirliyinə istinadən xəbər verir. Məlumata əsasən ümumilikdə 150 kiloqramdan çox narkotik müsadirə olunub. Əməliyyatlar Misirin Asvan, Dakahlia, Qena, Giza, Beni Suef, Beheira, Gharbia, Luksor, Cənubi Sinay və İsmailiyyədə vilayətlərində həyata keçirilib. Qeyd edək ki, Oktyabr ayında Misirdə böyük narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb və dəyəri 250 milyon avro olan 3,5 ton narkotik ələ keçirilib. 2024-cü ilin ilk səkkiz ayı ərzində 107 mindən çox insan Misir Narkotiklərə Nəzarət və Asılılığın Müalicəsi Fondunun (FDCTA) qaynar xətti vasitəsilə pulsuz və məxfi müalicə alaraq kömək istəyib.…

Ətraflı

ƏR-RİYAD,ArabAZ İran prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri, şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səuda zəng edib.ArabAZ xəbər verir ki, telefon söhbəti zamanı prezident Pezeşkian Səudiyyə Ərəbistanının Fələstin ərazilərində və Livanda davam edən İsrail təcavüzünün həllinə yönəlmiş Ərəb-İslam sammitinə ev sahibliyi etmək təşəbbüsünü yüksək qiymətləndirib. O, sammitin uğurla keçəcəyinə ümid etdiyini bildirib. İki lider, həmçinin Səudiyyə Ərəbistanı və İran arasında ikitərəfli münasibətləri müzakirə edərək, əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi yollarını araşdırıblar.

Ətraflı

Bakı,ArabAZ İsrailin baş naziri Benyamin Netanyahu bazar günü bildirib ki, o, son bir neçə gündə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla İsrail və ABŞ arasında möhkəm ittifaqı gücləndirmək məqsədi ilə üç dəfə danışıb.ArabAZ xəbər verir ki, Netanyahu açıqlamasında “Bunlar yaxşı və çox vacib söhbətlər idi” dedi. “Biz bütün komponentlərində İran təhlükəsini və onun yaratdığı təhlükəni göz-gözə görürük. Biz həmçinin İsrail qarşısında sülh və digər sahələrdə böyük imkanları görürük”-deyə İsrail baş naziri bildirib.

Ətraflı

ƏR-RİYAD,ArabAZ Səudiyyə Ərəbistanı İsrailin Fələstin və Livan ərazilərinə hücumunu dayandırmağa çağıran Ərəb-İslam Zirvə toplantısına ev sahibliyi edəcək. ArabAZ xəbər verir ki, zirvə bazar ertəsi Ər-Riyadda bir araya gələcək və İsraili Qəzza və Livana hücumlarını dayandırmağa çağıracaq. Zirvə toplantısının məqsədi mülki əhalinin müdafiəsi, Fələstin və Livan xalqına dəstək, mövqeləri birləşdirmək və beynəlxalq ictimaiyyətə davam edən pozuntuların dayandırılması və regionda davamlı sabitlik və sülhün əldə edilməsi üçün ciddi addımlar atması üçün təzyiq göstərməkdir. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləzizin göstərişləri və vəliəhd şahzadə və baş nazir şahzadə Məhəmməd bin Salmanın səylərinin davamı olaraq sammitə ev…

Ətraflı

DOHA,ArabAZ Qətər HƏMAS və İsrail arasında əsas vasitəçilik səylərini dayandırmaq qərarına gəlib.Bununla belə, digər əsas vasitəçi olan Misirlə rəsmilərdən birinin sözlərinə görə, hər iki tərəf Qəzzadakı müharibə ilə bağlı razılığa gəlmək üçün “ciddi siyasi iradə” nümayiş etdirərsə, Qətərin səylərə qayıtması ehtimalı yüksəkdir.Məsələ ilə bağlı məlumat verən diplomatik mənbə, Qətərin bu qərarı haqda ABŞ,İsrail və HƏMAS-ın məlumatlandırılıb. HƏMAS-ın yüksək rütbəli rəsmisi Qətərin vasitəçilik səylərini dayandırmaq qərarından xəbərdar olduqlarını söyləyib. Qətərin bu açıqlaması atəşkəs razılaşmasında irəliləyişin olmaması ilə bağlı artan məyusluqdan sonra edilib. “Girovların azad edilməsi ilə bağlı təkrarlanan təklifləri rədd etdikdən sonra (Həmas) liderləri artıq heç bir Amerika tərəfdaşının paytaxtlarında qəbul…

Ətraflı

SƏNA,ArabAZ Yəmənin Sayun şəhərində hərbi düşərgəyə edilən hücum nəticəsində iki səudiyyəli zabit ölün biri isə yaralanıb. ArabAZ xəbər verir ki, bunu Yəməndə Legitimliyə Dəstək Koalisiyasının sözçüsü şənbə günü briqada generalı Turki Əl-Maliki bildiirb. O qeyd edib ki, hücum cümə günü axşam düşərgədə idman məşqi zamanı baş verib. Düşərgə koalisiya qüvvələrinin dəstəklənməsi, kadrların hazırlanması, terrorizm və qaçaqmalçılıqla mübarizə, Yəməndə humanitar və inkişaf təşəbbüslərinə köməklik göstərməkdə mühüm rol oynayır. Həlak olan hərbçilərin və yaralanan zabitlərin cəsədləri Yəməndən təxliyə edildikdən sonra Krallığa aparılıb. Əl-Maliki koalisiya rəhbərliyi adından həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralanan əsgərin tezliklə sağalmasını arzulayıb.

Ətraflı

ƏR-RİYAD,ArabAZSəudiyyə Ərəbistanı Turizm İdarəsi Səudiyyə Ərəbistanı turizmi üçün süni intellekt (AI) ilə işləyən ağıllı bələdçi olan “SARA”nın beta versiyasını istifadəyə verib. ArabAZ xəbər verir ki,SARA bu həftə başa çatan Londonda Dünya Səyahət Bazarı (WTM) sərgisi zamanı “Səudiyyəni ziyarət et” pavilyonunda qonaqlarla birbaşa ünsiyyət quraraq, istiqamətlər, saytlar və turist təcrübələri haqqında geniş məlumatı və cəlbedici hekayələri ilə ziyarətçiləri valeh edib. SARA suallara cavab vermək, ziyarətçi ehtiyaclarını anlamaq və təbii və qüsursuz danışıq üslubunda fərdiləşdirilmiş məlumat və təkliflər təklif etmək üçün ən son süni intellekt texnologiyalarından istifadə edərək Krallığın ağıllı turizmə mütərəqqi yanaşmasını təmsil edir. Gənc səudiyyəli qadın kimi dizayn edilmiş SARA…

Ətraflı