Author: Arab Az

DƏMƏŞQ,ArabAZ Deyr əz-Zorun şərqində, Suriya-İraq sərhəddində yerləşən Əlbukamal şəhəri və onun kəndlərində İran İnqilabı Keşikçiləri Qvardiyası arasında gərginlik hələ də davam edir.Dünən axşam saatlarında Əl-Hassun qəbiləsi mənsubları davam edən gərginlik fonunda İnqilab keşikçiləri qvardiyasının bəzi üzvlərini qaçırıb və onlara məxsus avtomobilləri yandırıblar. Suriyanın yerli KİV-lərinin verdiyi məlumata əsasən qaçırılan iranlı əsgərli hökumət orqanlarına təhvil verib.Hadisədən sonra Əl-Hassun qəbiləsinin lideri, Dəməşqə sadiqliyi ilə tanınan Şeyx Ayman Daham Əl-Dəndal Suriyanın təhlükəsizlik və partiya rəsmiləri ilə görüşüb. Mənbələr həmçinin qeyd edib ki, “Əl-Hassun” qəbiləsinin liderləri və görkəmli şəxsləri İrana bağlı şiə milis liderləri ilə danışıqlardan imtina edərək, onları Əl-Bukamaldan qovulmağa çağırıblar. Məlumata əsasən…

Ətraflı

DƏMƏŞQ,ArabAZ Suriyadakı Rusiya qüvvələri Yaxın Şərqdə vəziyətin gərginləşməsi fonunda Suriyanın Deyr əz-Zor bölgəsində İrana bağlı silahlı radikla şiə birləşmələrinin yeddi kəntə girməsini qadağan edib. Rusiya qüvvələri “Yeddi kənd” kimi tanınan ərazi ilə Fəratın qərbini birləşdirən hərbi körpünün üzərinə hərbi sədd çəkərək, İran milislərinin və ya digər hərbi birləşmələrin hər hansı üzvünün bu əraziyə daxil olmasına mane olur. Bu bölgələrə yalnız hökumət qüvvələri və rus qüvvələri girə bilir. 2022-ci ildə İran və Suriya dailində olan silahlı radikal şiə birlikləri bu kəndlərdən silahn daşınması üçün aktiv şəkildə istifadə edib. Deyr əz-Zor kəndlərində yeddi kənd bunlardır: Əl-Salihiyah, Hatla, Xaşam, , Marat, Tabiya, Mazlum…

Ətraflı

DƏMƏŞQ,ArabAZİsrail hərbi hava qüvvələrinin bu gün səhər saatlarında Hələb və İdlib şəhərılərinin bəzi bölgələrini bombalayıb.ArabAZ xəbər verir ki, bombardman nəticəsində ilkin mılumatlara görə,Əsəd rejiminin onlarla əsgəri həlak olub.Ölənlərinin sayının daha çox olduğu, lakin rejimin bu sayı gizlətdiyi ehtimal olunur. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, İsrail reydləri İran İnqilabı Keşikçiləri Korpusunun üzvləri və Tehrana sadiq radikal şiə qrupların olduğu Əl-Safira şəhərində rejim qüvvələrinə aid hərbi sənaye və elmi tədqiqat fabriklərini hədəf alıb. İsrail illərdir Suriyada İranla əlaqəli hədəflərə hücumlar edir, lakin ötən il oktyabrın 7-də HƏMAS hərəkatının İsrailə etdiyi hücumdan sonra İsrailin Suriyaya hücümları intensivləşib.

Ətraflı

BAĞDAD,ArabAZ Üfüqdə sakitlik ümidləri görünməyə başlayanda yeni iğtişaşlar barədə xəbərdarlıq edən qara buludlar yenidən yığılmağa başladı, hər dəfə olduğu kimi bu dəfə də Yaxın Şərqin üstünə.Oktyabrın 26-da İsrailin İran hədəflərinə zərbələr endirməsindən sonra ilkin hesabatlar Tehranın cavab verməkdən geri çəkilə biləcəyini göstərirdi.Lakin ümidlər azalmağa başlayır, çünki kəşfiyyatın yeni məlumatları indi Tehranın mövqeyinin dəyişdiyini göstərir. Şübhə yoxdur ki, İran birbaşa qarşıdurmanın potensial nəticələrindən tam xəbərdardır.Artan gərginlik onu göstərir ki, bölgə yenidən yeni, dəyişkən bir mərhələnin astanasındadır və sülhə olan ümidlər tez sönməkdədir. “The New York Times” oktyabrın 31-də yazıb ki, üç İran rəsmisi Tehranın İsrailin son zərbələrinə cavab vermək niyyətini təsdiqləyib.…

Ətraflı

TEHRAN,ArabAZ İranın ali dini lideri Əli Xamenei cümə axşamı deyib ki, İsrailə qarşı çıxan silahlı qrupların bir çox yüksək səviyyəli liderlərinin öldürülməsinə baxmayaraq, güclü olaraq qalır. ArabAZ xəbər verir ki, bu haqda o İran dövlət televiziyasında çıxışı zamanı deyib. “İnşallah, dünya sionist rejimin silahlı müqavimətə məğlub olacağı bir günü görəcək.HƏMAS və digər müqavimət liderləri İsrailin intensiv hava hücumları nəticəsində öldürülsə də, müqavimət sağdır” –deyə o bildirib.

Ətraflı

SƏNA,ArabAZ Husilərin iqtisadi müharibəsi hərbi münaqişədən daha ağır zərbə vurur,ArabAZ xəbər verir ki, bunu Yəmənin Baş nazir Əhməd Avad bin Mübarək deyib. “Husilərin iqtisadi müharibəsi indi Yəmən xalqının gündəlik həyatına hərbi münaqişədən daha çox zərbə vurur”-deyən, Mübarək, Yəmənin birləşmək və husilərin nəzarətindən azad edilməsi üçün milli səyləri dəstəkləyib. Mübarək sabitlik, suverenlik və güclü, vahid Yəmənin qurulmasına yönəlmiş milli baxış altında birliyin zəruriliyini vurğulayıb. “Biz qarşıda duran çətinlikləri bilirik, lakin öz işimizə və xalqımızın iradəsinə inamımızla fərq yarada bilərik” deyib. Baş nazir bildirib ki, husilərin başlatdığı müharibə , vətəndaşların həyatına zərər vurub, dövlət resursları xərcləyib, yoxsulluq və işsizlik səviyyəsinin yüksəlməsinə, həmçinin…

Ətraflı

ƏR-RİYAD,ArabAZ Səudiyyə Ərəbistanının baş naziri, vəliəhd şahzadə Məhəmməd bin Salman çərşənbə günü Pakistanın Baş Qərargah rəisi general Asim Munir ilə ikitərəfli əlaqələri müzakirə etmək və xüsusilə də hərbi sektorda gələcək inkişaf imkanlarını araşdırmaq üçün görüşüb. ArabAZ xəbər verir ki, vəliəhdin Ər-Riyaddakı ofisində keçirilən görüş bir sıra ortaq maraqları əhatə edib. Səudiyyə tərəfdən qəbulda müdafiə naziri Şahzadə Xalid bin Salman və digət nazirlər iştirak edib. Görüşdə Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman da general Asim Munir ilə görüşərək iki ölkə arasındakı tarixi əlaqələri müzakirə edib, hərbi və müdafiə sahələrində strateji əməkdaşlığa diqqət yetirib və ikitərəfli əlaqələrin gücləndirilməsi və genişləndirilməsi…

Ətraflı

LONDON,ArabAZİranda Əhvaz ərəblərinə qarsı repressiyalar davam edir və təssüflər olsun ki ,bu müxtəlif ittihamlar adı altdında edilir.  Bunu ArabAZ –a açıqlamasında Londondan İran-Ərəb məsələlərində ixtisaslaşmış siyasətçi Danyal əl-Əhvazi bildirb. “Bilindiyi kimi, 1925-ci ildə İran Britaniyanın da dəstəyi ilə, Əhvaz bölgəsini işğal edib və bu bölgədə olan Kəbi dövlətinə son qoyulub. Kəbi dövlətinin sonuncu hökmdarı Xəzəl bin Cabir Əl-Kəb Tehrana aparılıb və burada edam edilib. Əslində Əhvaz bölgəsi neft baxımından çox zəngin bir bölgədir, çünki dünya neftinin 10 faizi, İran neftinin isə demək olar ki, 85 faizi, Əhvaz bölgəsindən hasil edilir”-deyə o bildirib. O qeyd edib ki, Əhvazın işğalından sonra, hətta…

Ətraflı

ƏR-RİYAD,ArabAZ Demək olar ki, bütün seçki proqnozlarını rədd edən Donald Tramp və ya regionda məşhur olan “Əbu İvanka” ABŞ-ın növbəti administrasiyasını formalaşdırmaq üçün “qüdrətli mandatı” əldə edə bildi. Çərşənbə günü onun seçkilərdəki qələbəsi təsdiqləndikdən sonra, Trampın ikinci prezidentliyinin region üçün gözlədiyi daha dərin strateji əməkdaşlıq imkanları ilə zəngin olan ərəb paytaxtlarından təbrik mesajları gəldi. Səudiyyə Ərəbistanının kralı Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman çərşənbə günü Trampı ayrı-ayrı teleqramlarda təbrik edib, Kral Salman isə “hər kəsin bütün sahələrdə gücləndirməyə və inkişaf etdirməyə çalışdığı tarixi yaxın əlaqələri” tərifləyib. BƏƏ prezidenti Şeyx Mohamed bin Zayed Al-Nahyan X hesabında Trampa “səmimi təbriklərini” göndərərək…

Ətraflı

TEHRAN,ArabAZİran ABŞ Donald Trampın seçkilərdə qələbəsinin ölkənin “ictimai siyasətlərinə” və ya iranlıların həyatına bir o qədər də təsir etməyəcəyini hesab edir. ArabAZ xəbər verir ki, İran hökumətinin sözçüsü Fatimə Mohacerani Trampın qələbəsi ilə bağlı açıqlama verərək, Amerika seçkilərinin İran vətəndaşlarına heç bir təsir etməyəcəyini  bildirib. “Bizim siyasətimiz sabitdir və fərdlərə görə dəyişmir. Lazımi tədbirlər əvvəlcədən planlaşdırılıb və insanların güzəranında heç bir dəyişiklik olmayacaq”- deyə o bildirib. Digər tərəfdən İnqilab Keşikçiləri Trampın qələbəsini birbaşa şərh etməyib, Tehranın və onunla bölgədə müttəfiq olan silahlı qrupların İsraillə qarşıdurmaya hazır olduğunu bildiriblər.Hüseyn Səlami liderlərinin öldürülməsinə baxmayaraq, Livan Hizbullah qrupunun “yenidən qurulması” ilə bağlı…

Ətraflı