Author: Arab Az

ƏR-RİYAD,ArabAZ Səudiyyə Ərəbistanı yol şəbəkəsinə qoşulma üzrə dünya miqyasında birinci yerdədir və G20 ölkələri arasında yol keyfiyyətinə görə dördüncü yerə yüksələrək əhəmiyyətli addımlar atıb. ArabAz xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Nəqliyyat və Logistika Naziri Saleh Əl-Cəssir 50 ölkədən 1000-dən çox ekspertin qatıldığı “Sabah üçün innovasiyalar” mövzusunda Yol Təhlükəsizliyi və Davamlılıq Konfransında açılış nitqi zamanı deyib. O qeyd edib ki, bu nailiyyətlər Krallığın yol hərəkəti təhlükəsizliyini artırmaq üçün davam edən səylərinin bir hissəsidir və bu, yol-nəqliyyat hadisələrinin təqribən 50% azalmasına səbəb olmuşdur. Nazir Krallığın yol şəbəkəsinin təhlükəsizliyini və keyfiyyətini qorumaq üçün çoxsaylı təşəbbüslər həyata keçirdiyini vurğulayıb.

Ətraflı

XARTUM,ArabAZ Sudan ordusunun lideri Əbdülfəttah əl-Burhan, yarımhərbi birləşmələrlə müharibədə, xarici işlər və media nazirləri də daxil olmaqla, dörd naziri əvəz edən kabinet dəyişikliyini elan edib.ArabAZ xəbər verir ki, bu haqda Sudanın hakim suverenlik şurası özünün rəsmi Facebook səhifəsində yazıb. Əvvəllər Sudanın Çin və Cənubi Afrikadakı səfiri vəzifəsində çalışmış, təqaüddə olan diplomat, səfir Əli Yusif əl-Şərif xarici işlər naziri təyin edilib.O, bu vəzifədə yeddi ay işləmiş Hüseyn Avad Əlini əvəz edib.Londonda yaşayan jurnalist və teleaparıcı Xalid Əli Aleisir mədəniyyət və media naziri təyin edilib.Dəyişiklikdə həmçinin Ömər Banfir ticarət nazirliyinə, Ömər Baxit isə dini işlər nazirliyinə təyin edilib.

Ətraflı

ƏR-RİYAD,ArabAZ Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud Tunis prezidenti Kays Səidlə telefon danışığı aparıb.ArabAZ xəbər verir ki, danışıq zamanı ikitərəfli əlaqələri nəzərdən keçirib, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edilib. Vəliəhd şahzadə Məhəmməd də Səidi növbəti prezidentlik müddətinə seçilməsi münasibətilə təbrik edib.

Ətraflı

CİDDƏ,ArabAZ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hisseyn Brahim Taha İsrailin davam edən təcavüzünü dayandırmaq və Fələstin xalqına qarşı davam edən soyqırımdan qorumaq üçün təcili beynəlxalq müdaxiləyə çağırıb. ArabAZ xəbər verir ki,Taha İstanbulda İƏT İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 40-cı nazirlər sessiyasının açılışındakı çıxışında komitənin üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində mühüm rolunu vurğuladı. O, üzv dövlətlər daxilində inkişaf problemlərini həll etmək üçün sosial və iqtisadi əməkdaşlığı gücləndirməyə yönəlmiş bir sıra İƏT təşəbbüslərini nəzərdən keçirib. Taha üzv ölkələr arasında ticarətdə əhəmiyyətli irəliləyiş olduğunu vurğulayıb və 2025-ci ilə qədər İƏT daxilində 25% ticarətə nail olmaq məqsədinə çatmaq üçün…

Ətraflı

ƏR-RİYAD,ArabAZ Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman bin Əbdüləziz iraqlı həmkarı Sabet Məhəmməd Əl-Abbası bazar ertəsi Ər-Riyadda qəbul edib.ArabAZ xəbər verir ki,görüş zamanı nazirlər müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər və ölkələri arasında əlaqələri nəzərdən keçiriblər. Söhbət zamanı regional hadisələr və gərginliyin azaldılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Görüş zamanı Səudiyyə Ərəbistanı və İraqın müdafiə nazirlikləri arasında hərbi sahədə əməkdaşlığı gücləndirmək üçün anlaşma memorandumu imzalanıb. Görüşdə Səudiyyə Ərəbistanı və İraqın yüksək rütbəli hərbi və diplomatik rəsmiləri iştirak edib.

Ətraflı

QÜDS,ArabAZ İsrailin Baş Naziri Benyamin Netanyahu, HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə yönəlmiş səylərin bir hissəsi olaraq Qəzzada hər girovun azad edilməsi müqabilində Həmas-a “bir neçə milyon dollar” təklif etməyə hazırlaşır.ArabAZ xəbər verir ki, bu haqda İsrailin Kanal12 telekanalı məlumat verib. Məlumata əsasən, Netanyahu HƏMAS üzvləri və onların ailələri üçün Qəzzadan “təhlükəsiz keçid” təmin etməyə hazırlaşır və o, bu təhlükəsizlik məsləhətləşməsində bununla bağlı təlimat verib. Qeyd edək ki, Tel-Əviv 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra HƏMAS-ı “aradan qaldıracağına” söz verib. HƏMAS “Əl-Aqsa Tufanı” zamanı 251 nəfəri ( aralarında hərbçilər olmaqla) girov götürmüşdü. Buna cavab olaraq, İsrail Qəzza zolağında cəmləşmiş…

Ətraflı

BAKI, ArabAZ Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub. ArabAZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı Yaxın Şərqdə cari regional vəziyyət, bölgədə artan gərginlik, habelə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Nazir Fuad Hüseyn bölgədəki son inkişaflar barədə ətraflı məlumat verərək, münaqişənin genişlənməsinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb. Qarşı tərəf bir neçə gün sonra ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) son…

Ətraflı

BAKI,ArabAZ Əsl adı Vail Hamdan İbrahim Əl-dahduh 30 aprel 1979-cu ildə Qəzzada dolğulub. Onun jurnalist karyerası, 1998-ci ildən başlayır və o uzun zaman , Əl-Qüds qəzetində, Fələstinin səsi, Əl-Cəzirə və Əl-Ərəbiyyə telekanallarında müxbir işləyib. İbtidai və orta təhsilini Qəzza şəhərində bir neçə məktəbdə alıb. O, 1988-ci ildə orta məktəb diplomunu aldıqdan dərhal sonra həbs olunub və İsrail həbsxanalarında yeddi il keçirib. 1998-ci ildə Qəzza İslam Universitetində jurnalistika və media üzrə bakalavr dərəcəsi alıb , İsrail onun xaricə təhsil almasına mane olduqdan sonra 2007-ci ildə Əl-Qüds Universitetində regionşünaslıq üzrə magistr dərəcəsi alıb. Əl-Dahduh 1998-ci ildə mətbuatda işləməyə başlayıb. 2004-cü ildən Əl-Cəzirənin…

Ətraflı

RAMALLAH,ArabAZ İsrailin Qəzzanın şimalına hücumu nəticəsində 1800-dən çox fələstinli həlak olub,ArabAZ xəbər verir ki. bu haqda zolağın səhiyyə nazirliyindən verilən məlumatda bildirilir. Məlumata əsasən,İsrailin Qəzza zolağının şimalına bir aydan artıqdır davam edən 4000-dən çox yaralıya və yüzlərlə insanın itkin düşməsinə səbəb olub. Qəzza hökumətinin mətbuat ofisi bazar ertəsi verdiyi açıqlamada, İsrailin hücumları nəticəsində Qəzza zolağının şimalındakı bütün xəstəxanaları dağıtdığı, həmçinin mülki müdafiə ekipajlarını hədəfə aldığı bildirilir.

Ətraflı

SƏNA,ArabAZƏrəb dünyasını bilmıyən çətin ki, yəmənlilərin gündəlik həyatının bir parçası olan “qat” (Yəmən otu) haqqında xəbərdar olsunlar. Buna görə də ilk öncə bu bitki haqqında məlumat vermək istərdik. Qeyd edək ki, “qat” dünyanın bir çox ölkəsində qadağandır və narkotik vasitə hesab edilir. “Qat” (Yəmən otu, ərəb çayı) nədir?Müxtəlif elmi araşdırmalarda Qat” (Yəmən out, ərəb çayı) kimi adlandırılan bu otun elmi adı  latınca “Catha edulis”dir. Təkibində  “katinon” adlanan “menoamin” alkaloidin var. Ümumdünya Səhiyyə Təşkilatı “khat”ı yüngül və ya orta dərəcədə asılılığa səbəb ola bilən zərərli dərman kimi təsnif edib. Aşırı istifadə olduqca ciddi  fəsadlara səsəb ola bilər. “Qat çeynəmək” vərdişi Yəmən və yəmənlilərin…

Ətraflı