Author: Arab Az
BAĞDAD,ArabAZ İslamçı meylləri ilə seşilən, həkim Mahmud Əl-Məşhədani İraq parlamentinin sədri vəzifəsindən azad edildikdən təxminən 16 il sonra yenidən ölkə gündəminə daha doğrusu parlamentə gəldi. Əl-Məşhədani 1948-ci ildə Bağdadda anadan olub. İbtidai və orta təhsilini orada başa vurub, sonra 1966-cı ildə Tibb Kollecinə daxil olub və bakalavr dərəcəsi alıb, daha sonra 1972-ci ildə birinci leytenant həkim rütbəsi ilə məzun olub. O uzun müddət İraq ordusunda həkim işləyib. Dünən parlamentin sədri seçilən Əl-Məşhədani İraqda 2003-cü ildən sonra ilk seçilən ( təyin olunmayan) aədrdir. O, 2008-ci ildə də Ərəb Parlament İttifaqının prezidenti seçilib. 2022-ci ildə ən yüksək səviyyəli üzv kimi sessiyaya rəhbərlik…
RAMALLAH,ArabAZİsrailin Qəzza zolağının mərkəzindəki Nuseyrat düşərgəsində köçkünlərin məskunlaşdığı məktəbin girişini hədəf alan bombardman nəticəsində ən azı 10 fələstinli həlak olub.ArabAz xəbər verir ki, bombardman nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.Qəzzada Səhiyyə Nazirliyi İsrailin 2023-cü il oktyabrın 7-dən bu yana Zolaqda apardığı müharibə nəticəsində ölən fələstinlilərin sayının 43 min 259 nəfərə, yaralıların sayının isə 101 827 nəfərə çatdığını açıqlayıb.
BAĞDAD,ArabAZ Son beş ildə İraq Körfəz ölkələri və Avropaya ixrac etməklə yanaşı, metamfetamin və Captagon kimi sintetik narkotiklərinin əsas istehlakçısına çevrilib. 2003-cü ildən sonra bir-birini izləyən İraqda ciddi bphran sonrası, təhlükəsizliyin çökməsi, Bağdadın İranın məzgəbçi siyasətitnin qurbanı olması,vətəndaş müharibələri olamsı səbəbi ilə ölkənin narkotiklə mübarizəsi son plana keçdi. Bu əslində Bağdadı hər zaman öz “arxa bağçası” hesab edən İranın da maraqları xidmət edirdi. Nəticədə, Əfqanıstan, İran, Suriya və digər ölkələrdən gələn təbii və sintetik narkotiklər ölkə daxilində yayılmağa başladı. Bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi İraqla bağlı hesabat yayaraq, İraq və qonşu dövlətlərin son beş ildə qaçaqmalçılıq…
TEHRAN,ArabAZ İran ABŞ seçkilərindən əvvəl İsrailə “qətiyyətli və ağrılı” cavab verəcək,ArabAZ xəbər verir ki, bunu adının aşıqlanmadığı yüksək rütbəli iranlı mənbə CNN-ə açıqlamasında deyib. O qedy edib ki , İranın cavabından sonra İsrail çətin ki, öz gücünü bərpa edə bilsin.
ƏR-RİYAD ,ArabAZ Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan ölkəsinin Qəzza və Livandakı müharibəni dayandırmaq və Fələstin məsələsində yekun həllə nail olmaq üçün lazım olan hər şeyi edəcəyini təsdiqləyib.ArabAZ xəbər verir ki,o, Ər-Riyadda keçirilən İki Dövlətli Həllin Həyata keçirilməsi üzrə Qlobal Alyansın iclası çərçivəsində çıxış edib. “Fələstin Dövlətinin yaradılması İsraillə münasibətlərin qurulması üçün ilk şərtdir və ölkəsi UNRWA-nı dəstəkləyir”-deyə o əlavə edib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Livan və Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Ərəb-İslam zirvəsi elan edib və Fələstin dövlətinin tanınması barədə danışmağa başlayan böyük Qərb və Şərq ölkələrinin olduğuna diqqət çəkib. Səudiyyə Ərəbistanının xarici işlər naziri…
DOHA,ArabAZQətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Sani on səkkiz yaşını tamamlayan Qətər vətəndaşlarını ölkədə keçiriləcək konstitusiyaya dəyişikliklərlə bağlı ümumi referendumda iştiraka dəvət edən fərman verib. ArabAZ xəbər verir ki, Qətər Şurası (PArlament) ölkə əmirinin bu ayın ortalarında elan etdiyi və Şura üzvlərinin seçilməsi üçün “təyinat” sisteminə qayıtmağa səbəb olan konstitusiya dəyişiklikləri layihəsini yekdilliklə təsdiqlədi.Fərmana əsasən referendum bu il noyabrın beşində keşiriləcək. Sərəncamda qeyd olunur ki, referendum səhər saat 7-də başlayıb axşam saat 7-dək davam edəcək, nəticələri isə bitdikdən sonra 24 saat ərzində elan ediləcək.Qeyd edək ki, bu il oktyabrın 14-də Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani…
Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti. Artıq bir ildən çoxdur ki, Qəzzada bir insanlıq dramı yaşanmaqdadır. Bu insanlıq dramının yaşanması yalnız HƏMAS-ın 7 oktyabr 2023-cü ildə başladığı Əqsa Tufanı iləmi bağlıdır? Yoxsa bu tarixi bir prosesin nəticəsidirmi?Əslində, məsələnin kökləri Balfur doktrinasına, Osmanlının süqutuna, Avropada sionist təşkilatlarının qurultaylarına, ərəblərin bir qsiminin ingilis və fransızlara aldanmasına qədər gedib çıxır. Bu yazıda məqsəd tarixi arxa planı təhlil etmək deyildir. Hazırda bölgədə aparıcı oyunçuları, onların gücünü, imkanlarını analiz etməkdir.Məlumdur ki, bğlgədə ərəb dövlətləri mövcuddur. Onların bir çoxu Osmanlının dağılmasından sonra yaranmışdır. Məhz buna görə…
QAHİRƏ,ArabAZ Misirli aktyor Mustafa Fəhmi qısa müddət ərzində xəstəliklə mübarizə apardıqdan sonra çərşənbə günü səhər saatlarında 82 yaşında vəfat edib. ArabAZ xəbər verir ki, bu haqda aktyorun yaxınları məlumat verib. Mostafa Fəhmi ərəb dünyasında sevilən bir çox filmlərdə, o cümlədən (Beynim haradadır), (Üz-üzə), (Günəş kimin üçün parlayır), (Bərpa otağında sevgi) və (Tale ilə bir tarix) baş rollarda çəkilib
TEHRAN,ArabAZ İran hökuməti hərbi büdcəsini üç dəfə artırmağı təklif edib.ArabAZ xəbər verir ki,bu İran hökumət sözçüsü Fatimə Mohacerani Tehranda keçirdiyi mətbuat konfransında bildirib. Mohacerani bu haqda ətraflı açıqlama verməyib və Tehran heç bir rəqəm açıqlamayıb. Lakin Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun analitik mərkəzinə görə, İranın 2023-cü ildə hərbi xərcləri təxminən 10,3 milyard dollar olub. Təklif olunan büdcə müzakirə olunacaq, qanunvericilər onu mart ayında yekunlaşdıracaqlar. İran və İsrail bazar ertəsi BMT-nin iclasında qızğın fikir mübadiləsində bir-birini Yaxın Şərqdə sülhü təhlükə altına almaqda ittiham edib. Bu, oktyabrın 1-də İslam respublikasının İsrailə qarşı atdığı raket zərbəsinə cavab olaraq İsrailin İrana zərbələr endirməsindən bir…
QÜDS,ArabAZ Çərşənbə axşamı Qüdsdə İsrail polisinin himayəsi və qoruması altında altında işğal altında onlarla radikal yəhudi Əl-Əqsa məscidinə basqın ediblər. ArabAZ xəbər verir ki, radikla yəhudlər məscidin həyətinə Müqaribə qapısında polisn qoruması ilə keçiblər və daha sonra məscidin girişç qapısında və həyətində Tövratdan ayələr oxuyaraq rəqs ediblər.Qeyd edək ki, 2023-cü ilin oktyabrında Qəzza zolağı və İordan çayının qərb sahilinə İsrailin hərtərəfli təcavüzü başlayandan bəri işğalçı İsrail Əl-Əqsa məscidinin qapıları və “İçəri Şəhərin” girişlərindəki prosedurları sərtləşdirib. Cümə və şənbə günləri istisna olmaqla, hər gün Məscidül-Əqsa İsrail polisinin himayəsi ilə radikal yəhudilər tərəfindən bir sıra qanun pozuntularına və basqınlarına məruz qalır.
