Author: Arab Az
BEYRUT,ArabAZ Livan Hizbullahı ötən il sentyabrın 27-də İsrailin hücumu nəticəsində öldürülən Həsən Nəsrullahın yerinə Naim Qasimin partiyanın baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb. Naim Qasim kimdir? Livan Hizbullahı ötən il sentyabrın 27-də İsrailin hücumu nəticəsində öldürülən Həsən Nəsrullahın yerinə Naim Qasımın partiyanın baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb. Livanın Hizbullah qruplaşmasının baş katibinin müavini Naim Qasim bu ayın əvvəlində etdiyi çıxışda qrupun Livanda atəşkəsə nail olunmasına yönəlmiş səyləri dəstəklədiyini bildirib. O, televiziyada yayımlanan 30 dəqiqəlik çıxışında Hizbullahın qrupun müttəfiqi olan Livan parlamentinin sədri Nəbih Berrinin atəşkəsə nail olmağa yönəlmiş səylərini dəstəklədiyini bildirib. Lakin bunun üçün ilk növbədə İsrailin…
QÜDS,ArabAZ İsrailin Beyt Lahia şəhərində yaşayış binasını bombalaması nəticəsində 93 fələstinli həlak olub,ArabAZ xəbər verir ki, bu haqda Fələstin İnformasiya Mərkəzinın açıqlamasında deyilir. Məlumatda qeyd olunur ki , bombardman nəticəsində 40 nəfər yaralı var, ölənlərin sayının artacağı istisna edilmir. İsrail qüvvələri HƏMAS hərəkatının İsrailin cənubuna başlatdığı qəfil hücumdan sonra 2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağını qurudan, dənizdən və havadan bombalamağa davam edir.
NABLUS,ArabAZ İsrail ordudsu işğal altında olan Fələstin ərizlərindəki Nablusun şimal-qərbindəki Burqa kəndindəki Xəlayel bölgəsində vətəndaşların zeytunlarını yığmasına mane olur. ArabAZ xəbər verir ki, sakinlərin dediyinə görə, sirail ordusu zeytin toplamaq üçün güya koordinasiya olmadığını bəhanə gətirərək sakinlərə zeytun bağlarına girməyə qoymurlar.
QÜDS,ArabAZ Cənubi Afrika, İsrailin Qəzzada “soyqırımı” ilə bağlı “dəlilləri” Ədalət Məhkəməsinə təqdim edir,ArabAZ xəbər verir ki, bu haqda Cənubi Afrika Prezidenti Cyril Ramaphosanın ofisindən verilən yazılı açıqlamada deyilir. “Bu sənədlər İsrail hökumətinin Soyqırım Konvensiyasını necə pozduğunu göstərən dəlilləri ehtiva edir və İbrani dövləti bunu rədd edir. Sübutlar göstərir ki, İsrail tərəfindən törədilən soyqırım aktları konkret soyqırım niyyətinə əsaslanır”-deyə rəsmi açıqlamda deyilir. Haaqa Beynəlxalq Məhkəməsi bazar ertəsi sənədi rəsmilərindən biri vasitəsilə aldığını təsdiqləyib, lakin əlavə təfərrüat vermək istəməyib. Cənubi Afrikanın İsrailə qarşı qaldırdığı iddiaya bir neçə ölkə qoşulub: Boliviya, Kolumbiya, Liviya, İspaniya və Meksika. Beynəlxalq Məhkəmənin qərarları hüquqi qüvvəyə malik olsa…
Ncamena. ArabAZ Çadın Nigeriya ilə sərhəddə yerləşən Nqubua bölgəsində baş verən hücum nəticəsində 40-dan çox hərbçi həyatını itirib. ArabAZ-ın məlumatına görə, bu xəbəri Çad Prezidenti Mahamat İdris Debi təsdiqləyib. Məlumatda qeyd olunub ki, hücumu Boko Haram terror qruplaşması həyata keçirib. 200 nəfərlik şəxsi heyəti olan hərbi hissəyə edilən hücum zamanı böyük miqdarda hərbi texnika və nəqliyyat vasitəsi məhv edilib, ağır silahlar isə ələ keçirilib. Hücumdan sonra ərazidə genişmiqyaslı antiterror əməliyyatlarına start verilib. Bu hücum Çad prezidentinin orduda islahatlara başlaması ilə eyni vaxta təsadüf edir.
BAKI, ArabAZ Azərbaycan-İraq Biznes Şurası sahibkarların təşəbbüslərini dəstəkləyəcək, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edəcək, iş adamları arasında informasiya mübadiləsini həyata keçirəcək. Bu barədə ArabAZ-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan və İraqın işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə cari ilin sentyabrında Bakıda keçirilən Azərbaycan-İraq biznes forumu çərçivəsində Azərbaycan-İraq Biznes Şurasının yaradılması haqqında sənəd imzalanıb. Bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İraq Ticarət Palataları Federasiyası arasında imzalanmış sənədə əsasən Biznes Şurada hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunması nəzərdə tutulur. “Biznes Şura sahibkarların təşəbbüslərini dəstəkləyəcək,…
BAKI,ArabAZ Təvəkkül Əbdül-Salam Karman yəmənli hüquq müdafiəçisi , jurnalist və siyasətçidir. O 1979-cu il 7 fevralda Yəmənin Taiz şəhərində doğulub. Onun atası Əbdül Salam Karman, hüquqşünas və siyasətçi, iki dəfə Əli Abdullah Saleh hökumətində ədliyyə naziri vəzifəsində çalışıb. Karmanın ailəsinin Anadoludan və müasir Türkiyədə yerləşən Karaman şəhərindən olduğunu bildirir . Türkiyə hökuməti ona Türkiyə vətəndaşlığını təklif edib. Karman 2012-ci il oktyabrın 11-də o vaxtı XİN rəhbəri Əhməd Davudoğlunun nazir olduğu illərdə Türkiyə vətəndaşlığını qəbul edib. Təvəkkül Səna Elm və Texnologiya Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi , daha sonra Səna Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb.2012-ci ildə o , Alberta…
ArabAZ, Rim Əl-Kamali, BƏƏ-li yazıçı və araşdırmaçı Şübhə yoxdur ki, ərəb ədəbiyyatı İslam ədəbiyyatından daha qədimdir, hətta İslam ədəbiyyatı termini İslamın ilk əsrlərinə qədər mövcud deyildi. Başlanğıclara qayıtsaq, görərik ki, ərəb ölkələrində və eramızın VI əsrində ondan əvvəl və sonra şeir ağızdan-ağıza, (şifahi) rəvayətçilər,məddahlar və xanəndələr vasitəsilə adi xalqa ötürülürdü.BU şüirlər arasıdan müxtəlif mövzular var idi – sevgi,məhd, layaqət,satira və sairə..Əslində o zaman ərəblər üçün poeziya həm də informasiya idi. Bu İslamöncəsi ərəb qəbilələrinin hər birində özünəməxsus formalda olurdu. Hətta tənqidin ilk forması da şeir formasında idi. İslam dövrlərində İslam ədəbiyyatı və ya bəzilərinin dediyi kimi, İslam mədəniyyəti, bəzilərinə görə…
ArabAZ, Karolin Roz, Suriyada təhlükəsizlik məsələləri və Captagon üzrə ixtisaslaşmış amerikalı tədqiqatçı. Suriya heç bir halda qeyri-qanuni fəaliyyətdən uzaq olan bir ölkə deyildir. Suriyada vətəndaş müharibəsi başlamazdan xeyli əvvəl onun sərhədləri saxta mallar, siqaretlər, yanacaqlar, ərzaq məhsulları, narkotiklər, saxta valyuta, həşiş və narkotik arasında hər şeyi aparan cinayətkar və silahlı qruplara və bədəvi qəbilələrin üzünə hər zaman açıq olub. Yerli hüquq-mühafizə orqanlarının göz yumması, istehsal və alverin asanlığı, tələb və təklif səviyyələri kimi fəaliyyətlərdən asılı olaraq bu ticarətlər azalıb və axırdı. Suriyada 13 illik vətəndaş müharibəsinin başlaması yalnız daha böyük qeyri-qanuni fəaliyyətə təkan verdi. Müharibədən əziyyət çəkən iqtisadiyyat, nüfuz və…
SƏNA,ArabAZ Yəmən ordusu İranın dəstəklədiyi Husi milislərinin səfərbərliyi və müharibəni yenidən alovlandırmağa hazır olması barədə xəbərdarlıq edib.ArabAZ xəbər verir ki, bunu Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Abdo Məcali deyib. O qeyd edib ki, husilər müxtəlif döyüş cəbhələrində yaşayış məntəqələrini və hərbi mövqeləri artilleriya və pilotsuz təyyarələrdən atəşə tutur. O, bunu husilərin müharibəyə qayıtmağa hazırlığının bir hissəsi kimi şərh edərək, onları “Yəməndəki münaqişəni bitirmək və sülhə nail olmaq üçün bütün regional və beynəlxalq səyləri” dayandırmaqda günahlandırıb.
