Author: Arab Az
BAĞDAD, ArabAZ 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə İraq kapitalı ilə 79 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 55 şirkət azdır. Bu barədə ArabAZ-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İraq şirkətlərinin məcmu kapitalı 140 milyon 625 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 150 milyon 685 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-sentyabr ayında İraq şirkətlərinin əksəriyyəti İstanbulda (61) qeydiyyata alınıb. “İstanbulda qeydiyyatdan keçən İraq şirkətlərinin ümumi kapitalı 101 milyon 425 min türk…
ƏR-RİYAD,ArabAZ Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Şahzadə Faysal bin Fərhan Ər-Riyadda Somalili həmkarı Əhməd Maalim Fəqi Əhməd ilə görüşüb. ArabAZ xəbər verir ki,görüş zamanı tərəflər regional və beynəlxalq hadisələri , eləcə də birgə maraq doğuran məsələləri müzakirə ediblər. Hər iki rəsmi, ölkələri arasında ikitərəfli əlaqələri nəzərdən keçirib və müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi yollarını araşdırıblar.
QAHİRƏ,ArabAZ Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin İsrail və HƏMAS arasında iki günlük atəşkəs təklif etdiyini və bu müddət ərzində Qəzzada saxlanılan 4 girovun azad ediləcəyini açıqlayıb.ArabAZ xəbər verir ki, bu təklifə hələ də HƏMAS-dan cavabn gəlməyib. Qahirədə çıxış edən prezident Əbdülfəttah əs-Sisi bildirib ki, təklif bəzi fələstinli məhbusların azad edilməsini və mühasirədə olan Qəzzaya humanitar yardımın çatdırılmasını da əhatə edir.“Bu, “vəziyyəti irəli aparmaq” məqsədi daşıyır, iki günlük atəşkəs qüvvəyə mindikdən sonra onun daimi olması üçün danışıqların davam etdiriləcək” –deyə əl-Sisi bildirib. Qeyd edək ki,Misir prezidenti ilk dəfədir ki, belə bir planı açıq şəkildə təklif edir. Müharibənin ilk həftələrində 240 fələstinli…
QAHİRƏ,ArabAZ Misirdə narkomaniyanın müalicəsi üzrə məsləhətçi Dr. Abdul Rahman Hammad paytaxt Qahirədə sadə bir ailədən olan lakin narkotiklər istifadə edən bir uşağı müalicə edir. Uşaq həm də uzun zaman depresiyada olduğu üçün özünə qəsd erməyə cəhd edib lakin uğursuz olmuşdu. Dr.Hammad paytaxt Qahirədə yüzlərlə belə halların olduğunu bildirir və qeyd edir ki, bəzən valideynlər narkotiklərə qurşanan uşaqlarını müalicə etdirmək istəmirlər. Onların əksəriyyəti bu halın üzə çıxması ilə yarana biləcək icitmai qınaqdan ehtiyat edirlər. Qeyd edək ki, Misirdə gənclər və yeniyetmələr arasında narkomaniya ilə yanaşı elektor siqaret istifadəsi də olduqca artıb. Misirdə narkomaniya nisbətinin 13 faizi 15 yaşdan aşağı, 38 fazizi…
QÜDS,ArabAZ İsrail ordusu qüvvələri İordan çayının qərb sahilində aralarında uşaqlar və eləcə də keçmiş mıhbuslar olan 15 Fələstin vətəndaşını həbs edib.ArabAZ xəbər verir ki, Fələstin Məhbuslar və Keçmiş Məhbuslar İdarəsi (Administrasiyaya bağlı) və Ramallahda yerləşən insan haqları müdafiəçiləri hadisə ilə bağlı birgə bəyanat yayımlayıblar. “Həbslərlə müşayət edilən repressiyalar ölkənin əksəriyyətində İsrail tərəfindən davamlı olaraq həyata keçirilir.İordan çayının qərb sahilində dövlət qurumlarının məhvinə yönələn eləcə də həbs edilənlərin ailələrinə qarşı təzyiqlər davam edir.Davam edən soyqırım müharibəsi və xalqımıza qarşı hərtərəfli təcavüzün başlanmasından bəri həbslərin sayının Qüds də daxil olmaqla İordan çayının qərb sahilində 11 min 400-dən çox vətəndaşa çatıb.İsrail işğal ordusu…
RAMALLAH,ArabAZ Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri müharibənin xarabalığa çevrildiyi Qəzza zolağının şimalında “səhiyyə müəssisələrinin ətrafında və daxilində intensiv hərbi əməliyyatların davam etdiyi” fəlakətli vəziyyət barədə xəbərdarlıq edib. ArabAZ xəbər verir ki, “Qəzzanın şimalındakı vəziyyət fəlakətlidir” deyən Tedros Adhanom Ghebreyesus X hesabında qeyd edib ki,”məhdud girişlə müşayiət olunan tibbi ləvazimatların kritik çatışmazlığı insanların həyatının qurtarmağa çətinlik törədir”. O, xüsusilə cümə günü İsrail qüvvələri tərəfindən basqın edilən Qəzzanın şimalında fəaliyyət göstərən sonuncu xəstəxana olan Kamal Advandakı vəziyyətə diqqət çəkib. O, İsrail qüvvələrini basqın zamanı yüzlərlə işçini, xəstələri və köçkünləri saxlamaqda ittiham edib. Qeyd edək ki, cümə günü İsrailin xəstəxanaya basqını zamanı, ÜST, üç…
Bakı,ArabAZ Bəlkə də Səddam Hüseynin etdiyi ağlasığmaz işlər çox idi. Amma onlardan ən risklisi onun nümayəndəsinin Sudanda yaşayan Usamə bin Laden ilə keçirdiyi görüş idi. Maraqlısı o idi ki Səddam bunu nə qədər gizli saxlamağa çalışsa da kiçik Corc Buşun agentliklərinin görüşün baş tutduğunu bilmişdi. Mübaliğəsiz demək olar ki, həmin görüş Vaşinqtonun Bin Ladenin başçılıq etdiyi Əl-Qaidənin sentyabrın 11-də başlatdığı hücumlardan sonra Amerikada hökm sürən ab-havadan istifadə edərək, İraqın işğalına haqq qazandırmaq üçün istifadə etdiyi ən mühüm bəhanə idi. Bin Ladenin Səddam Hüseynin taleyinə təsir etməsi üçün heç bir əsas yox idi. Bu iki adam iki fərqli təbəqənin insanları idi.…
RAMALLAH,ArabAZ İşğalçı İsrail ordusu şənbə günü axşam Qəzzanın şimalında yerləşən Beyt Lahia qəsəbəsindəki yaşayış binalarını hədəf alaraq qətliam törədib.ArabAZ xəbəri verir ki, bu haqda Qəzza Səhiyyə Nazirliyinin rəsmisi Qətərin ƏL-Cəzirə telekanalına bildirib. O qeyd edib ki, binanınn bombalanması nəticəsində 30 dinc fələstinlinin ölümünə səbəb olub. “Bombardmanlar nəticəsində ölənlərin sayının artacağı istisna edilmir”-deyə açıqlamada deyilir.
QÜDS,ArabAZ HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi sonrası,savaş bitməsə də artıq bir çoxları savaçın yaxında bitəcəyi siqnallarını verməkdədirlər. Ağıllarda olan ilk sual isə budur ki, Qəzza zolağına HƏMAS sonrası kim hakim olacaq? Fələstinlilər qeyd edirlər ki, Qəzza zolağının gələcək taleyinin müəyyən edilməsi onların öz işidir və heç b ir halda hər hansı bir ərəb dövlətinin və eləcə də kənar hakimiyyəti qəbul etməyəcəklər. İsrailin planı nədir? İsrail müharibədən sonra Qəzzada HƏMAS-ın idarəçiliyini əsla qəbul etmir, lakin bununla yanaşı, Qəzzanın Abbas administrasiyası tərəfindən də idarə edilməsini rədd edir. Digər tərəfdən, hökumət üzvləri də daxil olmaqla, İsraildəki ifrat sağçı fiqurlar 2005-ci ildə…
MƏKKƏ,ArabAZ,ƏHMƏD SALİH HƏLƏBİ Söhbət Məkkədən gedirsə, onun coğrafi mövqeyindən və mənşəyindən bəhs edən hərtərəfli və əhatəli söhbətə ehtiyac var.Çünki, Məkkə sürətli inkişafa şahidlik edən qədim bir şəhər olmaqla yanaşı,körpə İsmayıl leyhissalam və onun anası Hacəri bağrına basan şəhərlərin anasıdır. Məkkə eyni zamanda Aləmlərə rəhmət olaraq göndərilən,peyğəmbərlərin sonuncu həzrəti Məhəmmədə də şahidlik edən bir şəhərdir. Bu gün mən Şəcərə məscidi haqqında qısaca danışacağam ki, o, cənub tərəfdə Əl-Cin məscidi boyunca yerləşir və Məscidül-həramdan təxminən beş yüz metr aralıdadır və Əl-Cin məscidinə bitişikdir və yaxındır. Bu məscid Qəzza tərəfdən Əl-Məala qəbiristanlığının girişinə qədərdir. Onun “Əl-Şəcərə” (ağac məscidi) adlandırılmasına gəlincə, bu, Peyğəmbərlə bağlıdır. Peyğəmbərimiz, Məscidül…
