Author: Arab Az
ANKARA,ArabAZ Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu olub. ArabAZ xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib. “Türk Aviasiya və Kosmos Sənayesi A.Ş.-nin (TUSAŞ) Ankara Kahramankazan obyektlərinə qarşı terror hücumu həyata keçirilib. Hücum nəticəsində, təəssüf ki, şəhidlərimiz və yaralılarımız var,” – nazir qeyd edib.
TEHRAN,ArabAZ İran İsrailin təhdidləri qarşısında ötən müddət ərzində təmkinli davrandı, lakin “hər şeyə hazır olduğunu və hücuma məruz qalacağı təqdirdə güclə cavab verəcəyini” bildirdi. “İsrail səhv edib Tehrana qarşı tədbir görsə, qəti və əsaslı cavab alacaq”-deyə İran prezidenti Məsud Pezeşkian çərşənbə günü deyib. Eyni şəkildə, İnqilab Keşikçiləri və İran ordusunun liderləri İsraildə “infrastrukturu məhv etməklə” hədələyiblər. İranın bəyanatları Amerikanın Təl-Əvivi İrana cavabını təxirə salmağa inandırmaq cəhdindən bir gün sonraya təsadüf edir.İsrailin müdafiə naziri Yoav Qalant bu gün hərbi bazada əsgərləri ziyarət edərkən deyib: “Biz İrana hücum etdikdən sonra hamı sizin gücünüzü anlayacaq”. Efiopiyanın baş naziri Abiy Əhmədlə görüşündə Pezeşkian deyib…
Qahirə,ArabAZMəşhur Giza Piramidalarının möhtəşəm mənzərəsi ilə 117 hektar əraziyə yayılmış Böyük Misir Muzeyi bölgədəki ən böyük beynəlxalq muzeylərdən biridir. Muzey 50 mindən çox artefaktı özündə birləşdirdiyi üçün unikal memarlıq və arxeoloji şah əsəridir. Yalnız qədim Misir sivilizasiyasına aid müxtəlif ölçülü və formalı, o cümlədən Kral Tutun əşyalarının nümayişi, yüz il əvvəl kəşf edildikdən sonra tam qorunub saxlanılmışdır.ArabAZ oxucularına muzeydən görüntülər təqdim edir: ( FOTO ƏL-Cəzirə)
ƏR-RİYAD,ArabAZ ABŞ dövlət katibi Entoni Blinken Qəzza zolağında atəşkəslə bağlı müzakirələr aparmağa çalışdığı regional tur çərçivəsində çərşənbə günü Səudiyyə Ərəbistanına gəlib. Blinken regiona səfəri çərçivəsində paytaxt Ər-Riyada getməzdən əvvəl “Səudiyyə Ərəbistanı regionda mühüm oyunçudur” demişdi. Blinken Ər-Riyada bir başa İsraildən gəlib. Qəzzada bir ildən çox davam edən meharibə fonunda Blinkenin regiona ümumilikdə 11-ci səfəri baş tutub. Blinken Səudiyyə Ərəbistanına getməzdən əvvəl Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanında jurnalistlərə deyib: “Baş verənlərə baxmayaraq, bu bölgədə hələ də tamamilə fərqli bir istiqamətdə hərəkət etmək üçün böyük bir fürsət var”. Blinken İsrailin baş naziri Benyamin Netanyahu və yüksək vəzifəli İsrail rəsmiləri ilə görüşdükdən…
RİYAD, ArabAZ 2024-cü ilin yanvar – sentyabr aylarında Səudiyyə Ərəbistanın Türkiyədən sement məhsulları idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz azalaraq, 63 milyon 324 min 70 dollara bərabər olub. Bu barədə ArabAZ-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər. “Bu ilin sentyabr ayında Türkiyə Səudiyyə Ərəbistanı Türkiyədən 7 milyon 330 min 31 dollar məbləğində sement məhsulları idxal edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 15,5 faiz azdır” – deyə nazirlikdən bildirilib. Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,7 faiz azalaraq, 3,3 milyon dollara bərabər olub. “Bu ilin sentyabr…
ƏR-RİYAD,ArabAZ Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz çərşənbə axşamı İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani ilə bölgədəki son hadisələri və vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün göstərilən səyləri müzakirə edib. ArabAZ xəbər verir ki, tərəflər arasındakı telefon danışığı zamanı, zamanı tərəflər iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi yollarını nəzərdən keçirib, həmçinin ortaq maraq doğuran mövzuları müzakirə ediblər.
QÜDS,ArabAZABŞ Dövlət Katibi Entoni Blinken çərşənbə günü İsrailə səfəri zamanı Qəzza müharibəsinə son qoymağın “vaxtının çatdığını” deyib və Qəzzaya yardımla bağlı İsraillə “irəliləyiş” əldə edildiyini vurğulayıb. ArabAZ əxəbər verir ki, Blinken bunun üçün səylərin qeyri kafi olduğunu hesab edir.Blinken Amerikanın İsrailin Qəzza zolağının yenidən işğalını tamamilə rədd etdiyini bildirib və əlavə edib ki, Qəzzada idarəçilik və təhlükəsizliklə bağlı aydın anlaşmalara nail olmaq üçün çalışır.O, həmçinin İsraili İrana cavabında “eskalasiyadan” çəkinməyə çağırıb və deyib ki, “İsrailin İranın ona hücumuna daha böyük eskalasiyaya gətirib çıxarmayacaq şəkildə cavab verməsi vacibdir”.
TEHRAN ,ArabAZ İranın sionist varlığın hər hansı səhvinə cavabı böyük olacaq”, lakin o, İsrailin “məhdud və kiçik bir hücuma” başlayacağını gözləyir. ArabAZ xəbər verir ki, bunu İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı Məhəmməd Əli Cəfəri çərşənbə axşamı deyib. “İranın cavabı düşmənin hücumunun şiddətindən asılıdır, əgər düşmən böyük və nəzərə çarpan bir hərəkət edərsə, şübhəsiz ki, ikiqat cavab görəcək.İsrail İrana hücum etmək üçün çox acizdir” – deyə hazırda sosial və mədəni işlərə cavabdeh olan qərargaha rəhbərlik edən Cəfəri deyib.
BAĞDAD,ArabAZ İraqın baş naziri Məhəmməd Şia əl-Sudani çərşənbə axşamı İŞİD-in “İraq Valisi” adlandırılan terrorçunun paytaxt Bağdadın şimalında keçirilən birgə əməliyyatda öldürüldüyünü açıqlayıb.ArabAZ xəbər verir ki, Sudani bunu yerli mətbuata açıqlamasında bildirib. “İŞİD terror təşkilatında qondarma (İraq valisi) və təşkilatın 8 yüksək səviyyəli liderinin öldürülməsi münasibətilə İraq xalqını təbrik edirəm. BU əməliyyat Terrorla Mübarizə və Milli Təhlükəsizlik Xidməti tərəfindən birgə həyata keçirilib. Terrorçular Həmrin dağlarında gizlənirdi və onların hamısı məhv edilib “-deyə o bildirib.
DOHA,ArabAZ Qətər nüvə silahlarının ləğvi və nüvə silahının yayılmaması istiqamətində səylərin davam etdirilməsinə sadiqliyini təsdiqləyib. ArabAZ xəbər verir ki, bu barədə Qətər Dövlətinin BMT Baş Assambleyasının 1-ci Komitəsinin 79-cu sessiyasında iştirak edən Qətər nümayəndə heyətinin üzvü Məryəm Sami Əl Subai “Nüvə Silahları” gündəminin müzakirəsi zamanı verdiyi bəyanatda bildirib. Əl Subai Qətər Dövlətinin nüvə silahının yayılmaması, nüvə silahının qadağan edilməsi və onların istifadəsinin qadağan edilməsi, istifadə təhlükəsi və ya nüvə sınaqları ilə bağlı saziş və müqavilələrin həyata keçirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.O qeyd edib ki , bu Qətərin prinsipləri ilə uyğunlaşır.“Nüvə silahlarının tamamilə aradan qaldırılması istiqamətində beynəlxalq səylərə dəstək prinsiplərimizə uyğundur.…
