Author: Arab Az

BEYRUT,ArabAZBu gün (çərşənbə axşamı), Hizbullah keçən həftə İsrailin baş naziri Benyamin Netanyahunun Təl-Əvivin şimalında, Qeysəriyyədəki evinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.ArabAZ xəbər verir ki, bu haqda Hizbullahın mətbuatla əlaqələr üzrə məsul şəxsi Məhəmməd Afif mətbuat konfransında deyib. “Müqavimət döyüşçülərinin gözləri görür, qulaqları eşidirsə, əlimiz sizə keçən dəfə çatmayıbsa, bizimlə sizin aranızda günlər, gecələr və döyüş meydanı var .”-deyə o bildirib.Afif İsraildə Hizbullah döyüşçülərinin məhbuslarının olduğunu etiraf edərək, onların sayını göstərmədən imtina edib və bunu təhlükəsizlik naminə edildiyini bildirib.”Mən bilirəm ki, düşmənin müharibə etikasına və beynəlxalq konvensiyalara sadiqliyi yoxdur”-deyə o qedy edib.

Ətraflı

ƏR-RİYAD,ArabAz Okryabrın yeddisi sonra, daha doğrusu Əqsa Tufanı sonrası İsraialin hədəfində yalnız Qəzza və HƏMAS idi. İsmayıl Haniyənin Tehranda müəmmalı öldürülməsindən sonra yerinə seçilən Yəhya Əl-Sinvar İsrail üçün böyük sürpriz olan “Əqsa tufanı” əməliyyatını planlaşdırıb həyata keçirdikdən bir il sonra öldürüldü. Əl-Sinvarın simasın HƏMAS bu əməliyyatda quruda, dənizdə və havada çoxsaylı qüvvə və silahlardan istifadə etdi, lakin onlar müasir orduların silahları ilə müqayisədə primitiv silahlar kimi təsnif edilir. Sinvar, şübhəsiz ki, İsrail düşüncə tərzinə və taktikasına bələd idi və bu strategiyanı dərindən bilirdi. O, iyirmi ildən çox İsrail həbsxanalarında keçirmişdi,ibrani dilini bilirdi. Ancaq o, yalnız üç nəfərdən ibarət kiçik bir…

Ətraflı

TEHRAN,ArabAZ Qonşu ölkələr öz “hava məkanından” İrana hücum etmək üçün istifadə etməyə icazə verməyəcəklər. ArabAZ xəbər verir ki, bunu İran XİN rəhbəri Abbas Əraqçi Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüşdən əvvəl keçirdiyi mətbuat konfransında deyib.“Tehran və Təl-Əviv arasında Yaxın Şərqdə hərbi eskalasiya qorxusu fonunda, biz qonşularımızdan onların torpaqlarından və hava məkanından İrana hücum etmək üçün istifadə edilməyəcəyinə dair zəmanət aldıq”-deyə o bildirib.

Ətraflı

BAĞDAD, ArabAZ 2024-cü ilin yanvar-sentyabr aylarında İraqdan Türk limanlarına 1 milyon 397 min 97 ton yük daşınıb. Bu barədə ArabAZ-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər İraqdan Türkiyə limanlarına 144 min 168 ton yük daşıyıb. “Bu ilin yanvar-sentyabr aylarında İraqdan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 1 milyon 252 min 929 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində İraqdan Türkiyəyə İraq bayrağı ilə üzən gəmilərlə yük çatdırılmayıb. 2024-cü ilin yanvar-sentyabr aylarında İraqdan Türkiyə limanlarına tranzit yük daşınmayıb. Qeyd edək…

Ətraflı

BAKI,ArabAZ 60-dan çox biznes subyektinin qatıldığı Azərbaycan-Qətər Dəyirmi Masasında biznes sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib. ArabAZ xəbər verir ki, Qətərin paytaxtı Doha şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı, “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) dəstəyi, Azərbaycan və Qətər iş adamlarının iştirakı ilə Dəyirmi Masa təşkil olunub. Tədbirdə Azərbaycan və Qətərin sənaye, turizm, xidmət, İKT və s. sektorlarında fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib. Dəyirmi masada çıxış edən Qətər Ticarət və Sənaye Palatasının sədr müavini Rəşid bin Hamad Əl-Əthba, Azərbaycan Respublikasının Qətər dövlətində fövqəladə və səlahiyyətli…

Ətraflı

DOHA ,ArabAZQətər yüzlərlə israilli məskun tərəfindən Məscidül-Əqsa iqamətgahına basqın edilməsini qətiyyətlə pisləyib və müqəddəs məkanları bu cür təxribatlardan qorumaq üçün təcili tədbirlər görməyə çağırıb.ArabAZ xəbər veirr ki, Qətər Xarici İşlər Nazirliyi basqını “beynəlxalq hüququn kobud şəkildə pozulması və bütün dünya müsəlmanlarının hisslərinə qarşı təxribat aktı” kimi qiymətləndirib.

Ətraflı

MOSKVA,ArabAZ BƏƏ Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin rəsmi iqamətgahında onun şərəfinə verilən xüsusi naharda iştirak edib.ArabAZ xəbər verir ki,görüş zamanı Şeyx Məhəmməd prezident Putinə BƏƏ-Rusiya əlaqələrinin möhkəmlənməsinə davamlı sadiqliyinə görə təşəkkür edib, ölkəyə və xalqına firavanlıq arzulayıb.

Ətraflı

DOHA,ArabAZ Qətər Dövləti Birləşmiş Millətlər Təşkilatının Elektron Hökumətin İnkişafı İndeksi 2024-də 193 ölkə arasında 78-ci yerdən 53-cü yerə yüksələrək nəzərəçarpacaq irəliləyiş əldə edib. ArabAz xəbər verir ki, o həmçinin telekommunikasiya infrastrukturu indeksində qlobal miqyasda beşinci yerdədir. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən dərc edilən bu ikili indeks hökumətlərin fərdlərin və bizneslərin həyatını yaxşılaşdırmaq üçün e-xidmətlərdən nə dərəcədə uğurla istifadə etdiyini, eləcə də dünya miqyasında elektron hökumətin ümumi inkişafını qiymətləndirir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Təhsil və Ali Təhsil Nazirliyi, Milli Planlaşdırma Şurası, Rabitə Tənzimləmə Orqanları və digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində altı əsas ox üzrə paylanmış,…

Ətraflı

ƏR-RİYAD,ArabAZ Səudiyyə Ərəbistanı Krallığın KSrelief yardım agentliyi Suriya, Çad və Qırğızıstandakı həssas insanlara ərzaq yardımı göstərməyə davam edir.ArabAZ xəbər verir ki, Suriyada KSrelief cümə günü Hələb əyalətinin Jandaris bölgəsində 2592 nəfərin faydalanacağı 432 ərzaq bağlaması və 432 sağlamlıq dəsti paylayıb. Çadda 2400 dul qadına 400 ərzaq bağlaması verilib. Bu, KSrelief-in həmin ölkədəki 2024-cü il Qida Təhlükəsizliyinə Dəstək Layihəsinin bir hissəsidir. Qırğızıstanda agentlik Oş vilayətində 7100 nəfərin faydalanacağı 1420 ərzaq bağlaması çatdırıb.

Ətraflı

ƏR-RİYAD,ArabAZ Kral Səud Universiteti, Səudiyyə Ərəbistanının Yəmənin İnkişaf və Yenidənqurma Proqramı ilə əməkdaşlıq edərək, Ədən, Hadramaut və Taiz əyalətlərində 200 müəllim üçün təlimləır keçir.ArabAZ xəbər verir ki, bir il davam edəcək layihə SDRPY və Hayel Səid Anam Qrupu tərəfindən maliyyələşdirilir və universitetin Kral Abdullah Tədqiqat və Məsləhət Araşdırmaları İnstitutu və Humanitar İnkişaf Proqramı tərəfindən həyata keçiriləcək. Təşəbbüs müəllimləri əsas bacarıqlarla təchiz etmək və beynəlxalq səviyyədə tanınan sertifikatlar vermək, tələbələrin nəticələrini artırmaq və regionda məşğulluq imkanları yaratmaq məqsədi daşıyır. Proqram həmçinin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən təsdiq edilmiş peşəkar inkişaf modelini təqdim edir. Bu təşəbbüs SDRPY-nin Yəməndə təhsil…

Ətraflı