Author: Arab Az

QAHİRƏ,ArabAZ Çətin həyat şəraiti bəzən bəzi liviyalıları mərhum prezident Müəmmər Qəddafi rejiminin hakimiyyəti dövrünə “nostalji”yə sövq edir, çünki onun hakimiyyət illəri vətəndaşlar üçün təhlükəsizlik və sülh dövrü idi. Lakin bu, onun 42 il davam edən dövrünün şahidi olduğu “işgəncə və edamları” başqalarının xatırlamasına da mane olmur. Qətlə yetirilən və onun cansız bədəni Misrata şəhərində tərəvəz soyuducuya atılan Qəddafinin şəxsiyyəti ilə bağlı bu uyğunsuzluq, bu faciəli vəfatdan 13 il sonra onun əleyhdarlarının və tərəfdarlarının yaddaşında hələ də var. Digər tərəfdən, liviyalı siyasi analitik, Qəddafi dövrünün tərəfdarı Hüseyn Əl-Suveydi hesab edir ki, liviyalıları mərhum prezidentin dövrünü xatırlamağa və ona rəhmət oxumağa sövq…

Ətraflı

QÜDS,ArabAZ HƏMAS hərəkatı keçmiş lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən 3 ay keçməmiş İsrailin Qəzza zolağında siyasi bürosunun rəhbəri Yəhya Sinvara sui-qəsd etməsindən sonra yeni siyasi bürosunun rəhbərinin kimliyini gizlətməyi qərar verir. HƏMAS-dakı mənbələr bildiriblər ki, hərəkat daxilində bu məsələ ilə bağlı müzakirələr gedir.Hərəkatın rəhbərliyi yeni siyasi bürosunun rəhbərinin kimliyi ilə bağlı müstəsna qərar qəbul etməyə çalışırlar və yeni seçiləcək liderin adı və kimliyi gizli saxlanılacaq. HƏMAS-ın liderinin hələ Qəzza daxilindən yoxsa xaricdən seçiləıcəyi bəlli deyil. Bu addım yeni liderə işləmək üçün daha çox imkan yaratmaq , onu İsrailin təqibindən xilas etmək və hərəkat liderlərinin əksəriyyətini öldürməyə çalışan İsrail üçün işi…

Ətraflı

ƏR-RİYAD,ArabAZSəudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Müstəqilliyin bərpasının ildönümü münasibətilə təbrik məktubu gəndərib. ArabAZ xəbər verir ki, təbrik məktubunda deyilir : “Zati-alinizə cansağlığı və xoşbəxtlik, davamlı tərəqqi və firavanlıq, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına səmimi təbriklərimi və ən xoş arzularını çatdırıram”. Eyni zamanda Səudiyyə Ərəbistanı Vəliəhdi Şahzadə və Baş Nazir Əlahəzrət Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti və xalqını, Azərbaycan Respublikasının Müstəqilliyin bərpasının ildönümü münasibətilə təbrik edib. Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda Vəliəhd Şahzadə, Prezident…

Ətraflı

QÜDS, ArabAZ İbrani mediası Qəzza zolağında Fələstin HƏMAS hərəkatının lideri Yəhya əl-Sinvarın öldürülməsində iştirak edən əsgərlərdən birinin açıqlamalarını yayıb.ArabAZ xəbər verir ki, məlumata görə, İsrail ordusu dünən günorta (çərşənbə günü) Sinvarın yerləşdiyi binaya raketlə zərbə endirib, daha sonra binanın içindəkilərin öldürüldüyünü təsdiqləmək üçün binaya dron göndərib.Bu mərhələdə İsrail qüvvələri hədəf aldıqları silahlının Sinvar olduğunu bilmirdilər. “Pilotsuz təyyarə dağılan binanın içərisinə çatdıqda, üzü örtülü olan əl-Sənvar dronu vuraraq yerə salmaq üçün nəsə atmağa çalışıb. Bu zaman HƏMAS liderinin üzərinə əlavə atəş açılıb.Yalnız axşam əsgərlər hadisə yerinə şəxsən gəldikdən sonra öldürdükləri silahlının kim olduğunu başa düşdülər”-deyə adı açıqlanmayan israil əsgəri bildirib. Qeyd…

Ətraflı

QAHİRƏ,ArabAZ Misirin Neft Nazirliyi bu il səhər tezdən (cümə) geniş çeşiddə yanacaq məhsullarının qiymətlərini bu il üçüncü dəfə qaldırdığını açıqlayıb.ArabAZ əxəbər verir ki, ölkədə ən çox istifadə edilən yanacaq növlərindən biri olan dizelin qiyməti 17 faiz artırılaraq litri 11,50 funt-sterlinqdən 13,50 Misir funtuna (0,2779 dollar) çatdırılıb.Benzinin qiyməti 11-13 faiz artaraq 80 markalı benzinin qiymətini 13,75 lirəyə, 92markalı benzinin qiymətini 15,25 lirəyə, 95 markalı benzinin litrinin qiymətini 17 lirəyə çatdırıb.Baş nazir Mustafa Madbuli iyul ayında neft məhsullarının qiymətlərinin 2025-ci ilin sonuna qədər tədricən artacağını bildirərək, artan istehlak fonunda hökumətin artıq yanacaq subsidiyaları yükünü daşıya bilməyəcəyini bildirib.

Ətraflı

TEHRAN,ArabAZ İranın BMT-dəki missiyası bildirib ki, Fələstin İslami Müqavimət Hərəkatı “HƏMAS”ın lideri Yəhya Sinvarın öldürülməsindən sonra “müqavimət ruhu güclənəcək”.ArabAZ xəbər verir ki, bu barədə missiyanın “X” platforması hesabında deyilir. İran missiyası “X” platformasında öz hesabında yazıb ki, Sinvar “Fələstinin azad edilməsi yolunda davam gənclər və uşaqlar üçün nümunə olacaq”. İşğal və təcavüz davam etdikcə müqavimət də davam edəcək”-deyə, missiyanın hesabında deyilir.

Ətraflı

QÜDS,ArabAZ Əqsa Tufanın müəllifi hesab edilən Yəhya əl-Sinvarəın öldürüləcəyii əslində heç kimin ağlına gəlmzədi. İsrail ordusu onun öldürülməsini bir təsadüf olduğunu elan etdi. Əl-Sinvar Qəzza zolağının cənubundakı Rəfahda bir evin bombalanması zamanı təsadüfən öldürüldü. Dolyısıyla əl-Sinvar döyüş meydanında olun və mübarizədə bir başa iştirak edib. İsrailin xarici işlər naziri İsrael Katz Sinvarın öldürülməsini “böyük qələbə” hesab edib və bu xəbvərin günün ən sevincli xəbəri adlandırıb. İSrail əslində Əl-Sinvarı öldürmək üçün ordunun bütün imkanlarını və kəşfiyyatını işə salmışdı, və onun öldürülməsini müharibənin məqsədlərindən birinə çevrilmişdi. Şübhəsiz ki, əl-Sinvarın öldürülməsi bir tərəfdən İsrailə müharibəni dayandırmağa imkan verə bilər eyni zamanda müharibədə dönüş…

Ətraflı

ANKARA, ArabAZ ABŞ PKK ilə əlaqələrinə son verməlidir, ArabAZ xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Hakan Fidan HaberGlobala müsahibəsində deyib. Fidan qeyd edib ki, Amerika rəsmilərinə dəfələrlə demişik ki, PKK terror təşkilatı ilə münasibətlər ilk növbədə Vaşinqtonun zərərinədir. “Ümid edirik ki, ABŞ PKK ikili münasibətlərinə görə,Ankara ilə münasibətlərini qurban verməz”-deyə Fidna bildirib. O qeyd edib ki, Türkiyə bundan sonra da PKK ilə mübarizəni davam etdirəcək.

Ətraflı

QÜDS,ArabAZ İsrailli Məhbusların Ailələri Forumu hökuməti dərhal girovlarla bağlı razılaşma əldə etmək üçün HƏMAS lideri Yəhya Sinvarın mümkün öldürülməsindən istifadə etməyə çağırıb.ArabAZ xəbər verir ki,forumun bəyanatında deyilir: “Biz böyük nailiyyəti (Sinvarın öldürülməsini) yüksək qiymətləndirsək də, girovların ailələri hələ də HƏMAS tərəfindən saxlanılan 101 girovun taleyi ilə bağlı dərin narahatlıqlarını ifadə edirlər. Biz hökuməti hərbi nailiyyətlərdən istifadə edərək onları geri qaytarmaq üçün dərhal razılaşma əldə etməyə çağırırıq.Bir ildən çoxdur ki, İsrail hökuməti girovların azad edilməsinə nail olmaq üçün Qəzzada təhlükəsizlik nailiyyətlərindən istifadə edə bilmir”. Qeyd edək ki, bu gün həm İsrail həm də HƏMAS rəsmiləri Yəhya Əl-Sinvarın ölümünü təsdiq ediblər.

Ətraflı

QÜDS,ArabAZ İsrailin müdafiə naziri Yoav Qalant vurğulayıb ki, İsrail İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri Yəhya Əl-Sinvarın əməliyyatda öldürüldüyünü təsdiqlədikdən sonra “İbrani dövləti düşmənlərini “təqib edəcək” və “onları məhv edəcək” -deyə X” platformasında bildirib. ArabAZ xəbər verir ki, Gallant  açıqlamasında qeyd edib ki, “İsrailin düşmənləri gizlənə bilməz”. Yəhya Əl-Sinvarın ölümü təsdiqləndi İbrani mediası bildirib ki, HƏMAS-dan azad edilən bir ərazidə İsrail ordusu qüvvələri binada İsrail ordusununa qarşı müqavimət göstərən üç nəfər aşkarlaınb və öldürülüb. Onlardan biri Sinvara bənzəyirdi və sonradan iddia edilən cəsədin fotoları yayılıb.

Ətraflı