Author: Arab Az

QÜDS ,ArabAZ HƏMAS hərəkatının rəhbəri seçilən Yəhya Əl-Sənvarın, “Əbu İbrahim”in həyatı bir çoxları üçün olduqca maraqlıdır. Onun həyatı haqqında çox şey bəlli olmasa da Əl-Sinvarın Xan Yunisdə doğulduğu bəllidir. Xan Yunisdə yaşadıqdan sonra onun bir müddət İsrail həbsxanasında olduğu da bəllidir. Məhz Əl-Sinvarın “Əqsa Tufanının” müəllifi olduğu iddia edilir. “1948-ci ilin Nəkbəsi”ndən sonra Əl-Sinvarın ailəsi Məcdəl şəhərindən köçür və burada fələstinli qaçqınların düşərgəsində yaşayır. Yaşadığı qaçqın düşərgəsi onun həyatına təsirsiz ötüşmədi, İsrail ordusunun mütamadi olaraq həyata keçirdiyi “təmizlik” işləri Əl-Sinvarda onlara qarşı nifrət hissinin oyanmasına səbəb olmuşdu, artıq Əl-Sinvar yalnız və yalnız təcili qisas hissi ilə yaşayırdı. Yəhya Əl-Sənvar Xan…

Ətraflı

RAMALLAH,ArabAZİsrail ordusu bu gün, cümə axşamı verdiyi açıqlamada, “Şin Bet”lə HƏMAS lideri Yəhya Sinvarın “Qəzza zolağında hərbi əməliyyatlar zamanı” öldürülməsi ehtimalını araşdırdığını bildirib. “Nömrə 1” – in hekayəsi – Yəhya Əl-SinvarHƏMAS hərəkatının rəhbəri seçilən Yəhya Əl-Sənvarın, “Əbu İbrahim”in həyatında bir çoxları üçün olduqca maraqlıdır. Onun həyatı haqqında çox şey bəlli olmasa da Əl-Sinvarın Xan Yunisdə doğulduğu bəllidir. ArabAZ xəbər verir ki,İsrail ordusunun sözçüsü Avichai Adraee verdiyi açıqlamada, ordunun Qəzzada 3 nəfəri öldürdüyünü və “onlardan birinin Sinvar olması ehtimalını araşdırdığını” söyləyib.“İndiki mərhələdə ölənlərin şəxsiyyətini qəti şəkildə təsdiqləmək mümkün deyil”-deyə o bildirib. O, əlavə təfərrüatları daha sonra dərc edəcəyini bildirib.Axşam saatlarında İsrail…

Ətraflı

BAKI,ArabAZ Sosial şəbəklərdə Joe HaTTab adı ilə tanınan məşhur yutuber Cihad Hattab 18 mart 1990-cı ildə İordanıyada  doğulub.O, sosial şəbəkələrdəki hesabları vasitəsilə dünya xalqlarının mədəniyyətlərini əks etdirən sənədli filmlər və video çarxlar təqdim edir. YouTube platformasında onun kanalına abunə olanların sayı 6,13 milyon abunəçiyə çatıb.Facebook platformasındakı izləyicilərinin sayı isə 8,5 milyon nəfərə çatıb.Onun instaqramda “Instagram”ın 9,4 milyon izləyicisi var. O, Səudiyyə Ərəbistanı Krallığında oxuyub və işləyib, sonra 2017-ci ildən etibarən dünyaya səyahətə çıxıb.2016-cı ildə Yaponiya, Koreya, Türkiyə, Amerika Birləşmiş Ştatları, Yəmən, Çin və başqaları kimi bir çox ölkələrdə səfərdə olub və öz adına YouTube kanalı yaradıb və burada 30-a yaxın…

Ətraflı

QAHİRƏ,ArabAZ Misir prezidenti Əbdülfəttah əs-Sisi bu gün (cümə axşamı) daha geniş qarşıdurma təhlükəsi fonunda Yaxın Şərq turu çərçivəsində ilk dəfə Qahirəyə ötən gecə gələn İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. ArabAZ xəbər verir ki, Misir prezidentinin sözçüsü bildirib ki, görüşdə “bölgədə baş verən hazırkı hadisələr müzakirə olunub və eləcə də Misirin münaqişə dairəsinin genişlənməməsinə çağıran mövqeyini bir daha vurğulanıb”. “Bu kontekstdə Prezident Qəzza və Livanda atəşkəs əldə edilməsinə, İordan çayının qərb sahilində pozuntuların və hücumların dayandırılmasına yönəlmiş beynəlxalq səylərin davam etdirilməsinin və intensivləşdirilməsinin, həmçinin daha da pisləşən əzablara son qoymaq üçün təcili və kifayət qədər humanitar yardımın həyata…

Ətraflı

LONDON,ArabAZ Yaxın Şərqin tarixi bizə bu regionun inkişaf layihələri və strateji iqtisadi tərəfdaşlıqlar vasitəsilə regional əlaqələrinin strukturunu dəyişdirməyin çətin olduğunu deyir. Bu gün dünyada hakim fikir isə, odur ki, Yaxın Şərq regional nizamında müharibələr istisna olmaqla, heç bir dəyişiklik olmamalıdır. Müharibə Yaxın Şərqdə bir sindromdur ki, bölgədəki bəzi ölkələr onu tərk etməkdən və ya sağalmaqdan imtina edirlər. Problem yəqin ki, Birinci Dünya Müharibəsindən və Osmanlı İmperiyasının dağılmasından sonra formalaşan Yaxın Şərqin xəritələşdirilməsi ilə başlayıb.Bu başlanğıc region ölkələri üçün lənətə çevrildi. Tarixə nəzər salmadan, Səddamın Küveyti işğalından və İkinci Körfəz Müharibəsinin başlamasından sonra Yaxın Şərqdə baş verən dəyişiklik anında dayana bilərik.Region…

Ətraflı

DOHA,ArabAZQərət Vəqflər və İslam İşləri Nazirliyinin Həcc və Ümrə İdarəsi hicri 1446-cı ilin Həcc mövsümü üçün qeydiyyatın oktyabrın 22-i çərşənbə axşamı günü bağlanacağını açıqlayıb.ArabAZ xəbər verir ki, Həcc və Ümrə İdarəsi çərşənbə günü verdiyi açıqlamada builki Həcc mövsümü üçün qeydiyyatdan keçmək istəyənlər üçün öz internet saytı vasitəsilə qeydiyyatın aparıldığını bildirib.Onlar qeydiyyat mexanizmini izah etmək üçün hazırlanmış sadələşdirilmiş video görüntülər vasitəsilə qeydiyyat prosedurunun xüsusiyyətlərini asanlıqla nəzərdən keçirə bilərlərlər.İdarədən bildirilib ki, mexanizm Nazirliyin sosial media platformalarında (https://www.hajj.gov.qa) hesablarında yerləşdirilib və əlavə olaraq hər hansı bir halla bağlı ictimaiyyətin Həcc və Ümrə Şöbəsinə müraciət edə biləcəyi vurğulanıb.

Ətraflı

ƏR-RİYAD,ArabAZ Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqının bərpa olunan enerji, məlumat və insanlar arasında mübadilə sahəsində ticarəti artırmaq üçün Körfəz ölkələri ilə iqtisadi dəhliz qurmaq istədiyini söyləyib. ArabAZ xəbər verir ki, bununla yanaşı, Brüsseldə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Şahzadə Məhəmməd bin Salmanın başçılıq etdiyi Körfəz və Avropa liderlərinin iştirakı ilə Körfəz-Avropa sammiti keçirilib, sammitdə Qəzza və Livan məsələsi də müzakirə edilib. Von der Lyayen sammitin kənarında şahzadə Məhəmməd bin Salmanla görüşünü “müsbət” adlandırıb. “Biz Avropa İttifaqı ilə Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında əməkdaşlığı gücləndirmək istəyirik” deyə o, iclasdan sonra “X” platformasındakı hesabında yazıb.“Xalqlarımız arasında…

Ətraflı

ArabAZ, Rim Əl-Kamali, BƏƏ-li yazıçı və araşdırmaçı Ərəb və Şərq düşüncəsi olaraq ərəblərə inandırılan bu düşüncə əslində – 20-ci əsrdən bu günə qədər – öz metodologiyasında hələ də Qərbə sadiq qalmaqdadır. Bunu əslində mədəni bir imperiyaya bənzətmək mümükündür. Bu düşüncəyə əsasən ərəblər hər zaman qərbdən asılı olamlıdır. Bu düşüncə sahibləri də iddia edir ki, ərəb dünyasının ideoloqları və filosofları yoxdur. Orientalist düşüncə sahibləri iddia edir ki, ərəblər bütün irsini və mədəniyyəti qədim yunanlardan almalı və imperialist Avropaya tabe olmalıdırlar. Bəlkə də bunlar bir az da şişirdilir, lakin orientlaizm ərəbləri və dünyanı müəyyən bir qəlibə salıb. Ən acınacaqlısı isə odur ki,…

Ətraflı

QÜDS,ArabAZ HƏMAS-ın yüksək rütbəli rəsmisi Bassem Naim bildirib ki, Yaxın Şərqdə Livana və onun hüdudlarından kənara yayılan sürətlə böyüyən münaqişənin, Qəzzada köklü böhran həll edilmədən sonu yoxdur. Qəzza müharibəsi ikinci ilinə daxil olarkən İsrail qüvvələrinin hazırda İranın dəstəklədiyi Hizbullah yaraqlıları ilə toqquşduğu Livanın cənubunda döyüşlər alovlanıb və bu, toqquşmaların Tehranla hərtərəfli münaqişəyə çevriləcəyi ilə bağlı qorxuları artırır. İki həftədən çox əvvəl İsrailə ikinci raket hücumuna cavab olaraq İsrailin İrana mümkün hücumu diqqət mərkəzində olduğu halda, döyüşləri dayandırmaq üçün diplomatik səylər zəifləyib. “Məsələ çox mürəkkəbdir və hər iki cəbhə üçün bir-birinə bağlıdır. Qəzzada ilkin münaqişəni həll etmədən atəşkəs razılaşmasına nail olmaq…

Ətraflı

QÜDS,ArabAZ ABŞ çərşənbə günü New York Times qəzetinin İsrail ordusunun Qəzza müharibəsində fələstinli mülki şəxslərdən canlı qalxan kimi istifadə etməsi ilə bağlı hesabat dərc etməsindən sonra İsraili bu faktlara görə,məsuliyyət daşımağa çağırıb.ArabAZ xəbər verir ki, Qəzzadakı beş şəhərdə ən azı 11 İsrail hərbi birləşməsinin fələstinli mülki vətəndaşları İsrail əsgərlərini hər hansı bir zərərdən qorumaq üçün partlayıcı maddələr axtarmaq və ya içəridən tunelləri araşdırmaq kimi tapşırıqları yerinə yetirməyə məcbur etdiyini faktı aşkarlanıb. Dövlət Departamentinin sözçüsü Metyu Miller hesabatı “dərin narahatedici” adlandırıb. O, əlavə edib ki, “əgər hesabatda qeyd olunan faktlar doğrudursa, onlar tamamilə qəbuledilməzdir”. “İsrail ordusu mülki insanların canlı qalxan kimi…

Ətraflı