Author: Arab Az
ƏR-RİYAD, ArabAZSəudiyyənin KSrelief yardım agentliyi tərəfindən idarə olunan beşinci yardım təyyarəsi şənbə günü Suriyanın Dəməşq Beynəlxalq Hava Limanına çatıb.ArabAZ xəbər verir ki,Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanından yola düşən təyyarə Suriya xalqının üzləşdiyi çətin şərtləri həll etmək üçün qida, sığınacaq və tibbi ləvazimat daşıyıb.Bu humanitar təşəbbüs Səudiyyə Ərəbistanının dünya miqyasında ehtiyacı olanlara dəstək vermək öhdəliyini əks etdirir.Yanvarın 1-də Səudiyyə Ərəbistanı illərlə davam edən vətəndaş müharibəsindən sonra ölkəni bərpa etmək üçün yeni rəhbərliyin idarəçiliyi altında Suriyaya zəruri yardım göstərmək üçün bu ölkəyə təyyarə ilə yardım göndərib.KSrelief-in məlumatına görə, Krallığın 2011-ci ildən 2024-cü ilin sonuna qədər Suriya xalqına etdiyi ümumi yardım 856…
DƏMƏŞQ,ArabAZSuriyanın Dəməşq hava limanı yanvarın 7-dən beynəlxalq uçuşlara başlayacaq. ArabAZ xəbər verir ki, Bəşər Əsədin devrilməsindən sonra ilk uçuş dekabrın 18-də Dəməşq hava limanından ölkənin şimalındakı Hələbə olub.Təyyarənin göyərtəsində jurnalistlər də daxil olmaqla 32 nəfər olub. Qeyd edək ki, İran və Rusiyanın bir abaşa dəstəklədiyi Əsəd Suriyadan qaçıb və Moskvaya sığınıb.
BAKI,ArabAZAzərbaycan Suriya ilə əlaqələrində yeni səhifə açır, ArabAZ xəbər verir ki, bunu Qətərin Əl-Cəzirə telekanalına müsahibəsində Azərbaycan Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev bildirib. “Əsəd rejimi ilə əlaqələrin kəsilməsindən sonra iki ölkə qarşılıqlı ikili əlaqələrində yeni fəsil açdıq.Eyni zamanda suiryalılar üçündə hal hazlrda yeni hökümətin idarıçiliyi altında bir mərhələ və yeni bir fəsil açıldı”-deyə Rəfiyev bildirib. Azərbaycan qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazırdır -Prezident İlham Əliyev Nazir müavini bildirib ki, yeni keçid höküməti Suriyanın gələcəyi üçün çox emidvericidir. Rəfiyev Dəməşqdə Suriyanın yeni XİN rəhbəri Əssad Həsən Əş-Şibani ilə görüşünün təfərrüatları haqda da…
Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.2024-cü ili arxada qoydu dünya. Gedənləri hesaba çəkmək lazımdır ki, gələnlər haqqında ciddi düşünmək mümkün olsun. 2025-ci ilə dünya yenə müharibələr, fəlakətlər və çaxnaşmaların pik həddə çatdığı Yaxın Şərqlə daxil oldu.Qəzzada humanitar fəlakət davam edir. İnsanlar acınacaqlı şəraitdə yaşamağa məhkumdur. İsrail ilə HƏMAS arasında döyüşlər hələ də səngiməyib. HƏMAS və Hizbullah öz liderlərini itirib, Qəzzanın əhalisinin azalması ilə bağlı ciddi siqnallar alınır. Bununla yanaşı, arxa planda danışıqlar davam edir. Lakin “dünya ictimaiyyəti” deyilən mücərrəd anlayış bu vəziyyətin düzəlməsi üçün heç bir ciddi addım atmır. Çünki…
BAKI,ArabAZ Dindar yəhudi ailəsində böyüyən Məhəmməd Əsədin müsəlman olmadan əvvəl adı Leopold Vays idi. O , ; 2 iyul 1900-cü ildə o vaxt Avstriya-Macarıstanın əyaləti olan Qalisiyada anadan olub və yəhudi ailəsinin üç övladından biri idi.13 yaşında Vays doğma alman və polyak dilləri ilə yanaşı ivrit və aramey dillərində də keçici bir səlis danışırdı.İyirmi yaşının ortalarında o, ingilis, fransız, fars və ərəb dillərində oxuyub yaza bilirdi. Jurnalist kimi ərəb dünyasını gəzdikdən sonra 1926-cı ildə sünni İslamı qəbul etdi və “Məhəmməd Əsəd” adını qəbul etdi – Əsəd onun adının Leo (Aslan) ərəbcə tərcüməsidir . Səudiyyə Ərəbistanında olduğu müddətdə o, bədəvilərlə vaxt…
DƏMƏŞQ,ArabAZ Suriya Bəşər Əsədin devrilməsindən təxminən 4 həftə sonra Fransanın xarici işlər naziri Jan-Noel Barrot və onun almaniyalı həmkarı Annalena Baerbok bu gün (cümə) ilk səfərlə Suriyaya gəliblər. Bu səfər Qərb rəsmilərinin Dəməşqə ilk səfəridir. İki səfərin məqsədi Avropa İttifaqının tələbi ilə yeni de-fakto rəhbərlik danışıqlar aparmaqdır. Barrou və BaerbokunSuriyanın yeni administrasiyasının lideri Əhməd Əl-Şara ilə görüşməsi planlaşdırılır. Baerbok, Kiprdən Suriyanın paytaxtına gəlməzdən bir müddət əvvəl verdiyi bəyanatda Suriyanın “öz funksiyalarını yerinə yetirməyə və ərazisinə tam nəzarət etməyə qadir bir dövlət” olmasına kömək etməyə çalışdığını təsdiqlədi. Baerbok Suriyada yeni faktiki rəhbərliyin Almaniya və Avropa Birliyi ilə əlaqələri bərpa etmələri üçün…
BEYRUT,ArabAZ Bəşər Əsədin Dəməşqdən qaçması və onun rejiminin açıq-aşkar sona çatması İran İslam Respublikası üçün böyük uğursuzluqdur. Buna İsrailin İranın hava hücumundan müdafiəsini zəiflətməsini, Livanda Hizbullahı məğlubiyyətə uğratmasını, iranlıların rəhbərlik etdikləri şəxslərin səriştəsindən uzun müddətdir narazılıqlarını və Donald Trampın tezliklə Ağ Evə qayıtmasını da əlavə edin və məsələ tam aydın olacaq. İran iddia edirdi ki, Suriya İslam müqavimətinin ( əslində fars imperialist maraqlarının) ayrılmaz hissəsidir və İsrail ilə mübarizədə önəmli ölkədir. Lakin İsrail və Suriya arasında sülh sazişinin bağlanması üçün 2010-cu ilin payızında güclənən vasitəçilik çərçivəsində İsrail Suriyanın İran, “Hizbullah” və HƏMAS-la hərbi əlaqələrinə son qoymaq şərti ilə işğal olunmuş…
QÜDS,ArabAZİsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 37 nəfər ölüb.ArabAZ xəbər verir ki, hava zəzrbələri nəticəsində,köçkün ailələrinə sığınan çadır düşərgəsində də 11 nəfər həlak olub. Ölənlər arasında qadın və uşaqlar da var. HƏMAS-ın Qəzza Daxili İşlər Nazirliyinin verdiyi bəyanata görə, Qəzzanın polis departamentinin baş direktoru Mahmud Salah və onun köməkçisi Hussam Şahvan zərbə nəticəsində həlak olub.İsrailin digər hava hücumları nəticəsində altısı Xan Yunisdəki Daxili İşlər Nazirliyinin qərargahında və Qəzzanın şimalındakı Cəbəliya qaçqın düşərgəsində, Şati (çimərlik) düşərgəsində və mərkəzi Qəzzanın Maqazi düşərgəsində olmaqla, ən azı 26 fələstinli həlak olub.
DƏMƏŞQ,ArabAZSuriyada məktəblərdə eləcə də ali təhsil olacaqlarında tədrism olunan tarix kitablarında önəmli dəyişiklik edilib.ArabAZ xəbər verir ki, bu dəyişikliyə əsasən dərsliklərdə türk və Türkiyə əleyhinə istifadə edilən “Osmanlı işğalı zamanı” ifadəsi “ Osmanlı idarəçiliyi zamanı” ifadəsi ilə əvəz edilib.Qeyd edək ki, keçən il noyabrın 27-də Suriya müxalifəti xalqının bütün resurslarını İran üçün istifadə edən Əsəd rejiminə qarşı yenidən silahlı mübarizəyə başladı. Müxaliflət tez bir zamanda, daha doğrusu dekbarın səkkizində Dəməşqə daxil oldular və Əsəd ölkədən davamlı olaraq dəstək aldığı Moskvaya qaçdı.
ƏR-RİYAD,ArabAZ Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Əl-Şeybaninin başçılıq etdiyi rəsmi nümayəndə heyəti ilk xarici səfəri çərçivəsində Ər-Riyada gəlib. ArabAZ xəbər verir ki, səfər Şeybaninin Səudiyyəli həmkarı şahzadə Faysal bin Fərhanın dəvətinə cavab olaraq gerçəkləşdirilib.Səfər zamanı Suriya-Səudiyyə münasibətləri müzakirə olunub. Səfər həmçinin Suriyanın yeni administrasiyasının lideri Əhməd Əl-Şaraanın Əl-Ərəbiyyə kanalına verdiyi açıqlamalarda Səudiyyə Ərəbistanının Suriyanın gələcəyindəki rolunun vacibliyini vurğulamasından sonraya təsadüf edib Əl-Şaraa, “Səudiyyə Ərəbistanının Suriyanın gələcəyində böyük rolu olduğunu” və ölkəsinə qarşı son bəyanatlarının “çox müsbət” olduğunu, “Suriyanın sabitliyinə can atdığını” və “böyük investisiya imkanlarının” olduğunu söylədi. .
