Author: Arab Az

Bakı,ArabAZ Amerikalı model Bella Hadid Fələstinlə bağlı həssaslığını açıq şəkildə ifadə edən və aşırı dindar yəhudilərin mobbinqindən çəkinmədən danışa bilən nadir məşhurlardandır . Onun sülaləsini tanıyanlar isə, “o danışmayacaqsa, kim danışacaq” deyirlər və bəlkə də haqlıdırlar. Onun ailəsi keçmişdə Suriya, Livan və Fələstində mühüm vəzifələr tutmuş güclü bir nəsildən idi.Bella da, Zahir ibn Ömər kimi tanıdığımız Fələstinin mühüm liderlərindən birinin nəvəsidir. Zahir ibn Ömər Dəməşq və Nablus arasındakı ticarət yollarında hökmranlıq edən güclü qəbilə lideri idi. Zahir bin Ömər 1750-ci ildə Akkaya tam nəzarəti ələ keçirdi.İbn Ömər eyni zamanda regionda pambıqçılığın da inkişafında mühüm rol oynayıb. Lakiin tarixi araşdırdıqda görərik…

Ətraflı

QÜDS,ArabAZ Qəzza xalqı bir ildən çoxdur ki, soyqırım müharibəsi davam etdiyi üçün faciəsi artmaqda olan kütləvi köçlə üzləşir . İnsan haqları aktivistləri İsrailin işğalçı basqınlarına dair videoçarxları sənədləşdirib və bunu bir soyqırım kimi qiymətləndirdilər.Bilindiyi kimi Qəzzada təhlükəsiz yer yoxdur və burada olan insanlar hər an ölüm təhlükəsi ilə üz-üzədir.

Ətraflı

ƏR-RİYAD,ArabAZ Səudiyyə Vəliəhdi şahzadə və baş nazir şahzadə Məhəmməd bin Salman çərşənbə axşamı Misirə yola düşüb.ArabAz xəbər verir ki, səfər Kral Salman bin Əbdüləzizin göstərişlərinə əsasən baş tutub. Səfər zamanı vəliəhd Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək və ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi yollarını və ümumi maraq doğuran məsələləri müzakirə ediləcək.

Ətraflı

DOHA,ArabAZ Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ölkəsindəki konstitusiya dəyişiklikləri layihəsinin, o cümlədən Şura (Parlament) üzvlərinin təyin edilməsi sisteminə qayıdılması ilə bağlı lazımi addımların atılması üçün gösrətiş verib. ArabAZ xəbər verir ki, bu haqda şeyx Təmim bin Həməd Al Tani bu gün, şuranın aşlışında deyib. “Ölkəm və xalqım qarşısında məsuliyyət və borcuma əsaslanaraq, vətəndaşların hüquq və vəzifə bərabərliyi ilə bağlı konstitusiya dəyişiklikləri layihəsinin müzakirəyə çıxarılmasına göstəriş verirəm. Şura üzvlərinin təyin edilməsi sisteminə qayıdış lazımi tədbirlər görülməsi üçün hörmətli Şuraya (parlamentə) göndəriləcək. Artıq bununla bağlı tədbir görülüb”-deyə şeyx Təmim bin Həməd Al Tani dyib. Şeyx Təmim bin Həməd Al…

Ətraflı

ƏR-RİYAD,ArabAZ İlk Körfəz-Avropa sammiti çərşənbə axşamı Brüsseldə  keçiriləcək. ArabAZ xəbər verir ki, sammit ərəfəsində Avropa İttifaqı Körfəz ölkələrinin vətəndaşlarını Şengen vizasından azad etmək öhdəliyini təsdiqləyib. Avropa Birliyinin Səudiyyə Ərəbistanındakı səfiri Kristof Varno deyib ki, Aİ ölkələri “bütün Körfəz ölkələri üçün vizasız tənzimləmələrin qəbulu istiqamətində işi davam etdirməyə sadiqdirlər”. “Avropa İttifaqı Körfəz Əməkdaşlıq Şurası ölkələrinin vətəndaşları üçün viza tələblərini sadələşdirmək və xalqlar arasında ünsiyyəti gücləndirmək üçün daim çalışır ” – deyə o bildirib. Avropa İttifaqı və Körfəz Əməkdaşlıq Şurası bütün sahələrdə, xüsusilə iqtisadi aspektdə, investisiya və ticarət mübadilələrində iki tərəf arasında 170 milyard avroya çatan strateji tərəfdaşlıq müqaviləsi bağlamağa çalışır.

Ətraflı

BAKI,ArabAZ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirinin etimadnaməsini qəbul edib. ArabAZ xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Prezident İlham Əliyev başçısı ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edərək ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq aparıldığını, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda Azərbaycan ilə Qətərin bir-birini daim dəstəkləməsini vurğuladı və qeyd etdi ki, bu qarşılıqlı dəstək özünü ikitərəfli gündəliyin işində də aydın göstərir. Növbəti illərdə artıq iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələlərinə diqqətin artırılmasının…

Ətraflı

Bakı,ArabAZ Livanda Hizbullaha son zərbələr və onun bəzi tanınmış liderlərinin öldürülməsi İran rejiminin regional və beynəlxalq münasibətlərinə geniş təsir göstərib. Hizbullah 1980-ci illərdə İran İslam Respublikasının dəstəyi ilə qurulduğu gündən bəri İranın regiondakı ən mühüm vəkil qüvvələrindən biri olub. Tehranın strateji məqsədlərinə çatmaqda Hizbullah mühüm rol oynayıb. Lakin artan təzyiq və hərbi hücumlarla İran rejimi Livandan və hətta Suriyadan çox-çox uzaqlarda əks-səda doğuracaq yeni problemlərlə üzləşib.İranın regional strategiyasında Hizbullahın rolu İranda siyasi islamçılar hakimiyyətə gəldikdən sonra inqilab edərək regional təsirlərini genişləndirmək rejimin ən mühüm xarici siyasət məqsədlərindən biri olub. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH), xüsusilə onun xarici qolu olan Qüds…

Ətraflı

BEYRUT,ArabAZ Kral Salman Humanitar Yardım və Yardım Mərkəzi tərəfindən göndərilən ilk yardım təyyarəsi bu gün Beyrut Beynəlxalq Hava Limanına çatıb.ArabAZ xəbər verir ki, Livana humanitar yardım olaraq əsasən,ərzaq, sığınacaq və tibbi ləvazimatları göndərilib. Humanitar yardım Kral Salman bin Əbdüləzizin və Vəliəhd Şahzadə və Baş Nazir Şahzadə Məhəmməd bin Salman bin Əbdüləzizin göstərişləri əsasında Beyruta çatdırılıb.

Ətraflı

TEHRAN,ArabAZ Bölgə Tehranın son raket hücumuna İsrailin cavabını gözlədiyi bir vaxtda, İranın xarici işlər naziri Abbas Əraqçi bu gün (bazar) X platformasındakı yazısında bildirib ki, İran öz xalqını və maraqlarını müdafiə edərkən “qırmızı xətləri yoxdur”. ArabAZ xəbər verir ki, Əraqçi paylaşımında, “Son günlər bölgəmizdə hərtərəfli müharibənin qarşısını almaq üçün böyük səylər göstərsək də, açıq şəkildə deyirəm ki, xalqımızı və maraqlarımızı müdafiə edərkən qırmızı xətlərimiz yoxdur. ABŞ İsrailə rekord miqdarda silah tədarük edib.ABŞ öz raket sistemlərini İsrailə yerləşdirməklə əsgərlərinin həyatını təhlükəyə atır”-deyə bildirib. Gərgin Yaxın Şərq İsrailin Livanda hərbi eskalasiyasına cavab olaraq İranın raket hücumuna cavab olaraq, İsrailin cavabını gözləyir. İranın hücumu İsraildə…

Ətraflı

QAHİRƏ,ArabAZ Misir uzun müddətdir Afrika İttifaqı sülhməramlıları qrupunun mandatı sona çatdıqda ortaya çıxan təhlükəsizlik tərəfdaşlığı çərçivəsində Afrika Buynuzu ölkəsinə sülhməramlı qoşunlar yerləşdirməyi təklif edib.ArabAZ xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sissi cümə axşamı Eritreya paytaxtı Əsmərada keçirilən sammitdə iştirak edib və burada o, Somali və Eritreya liderləri ilə regional təhlükəsizlik sahəsində güclü əməkdaşlığa söz verib.Somali səlahiyyətliləri sammitin sonunda verdiyi açıqlamada, Misirin Somalidə qoşun yerləşdirmək təklifini alqışladıqlarını söyləyib. Somalinin federal hökuməti 2007-ci ildən bəri Afrika İttifaqının sülhməramlı missiyası tərəfindən Əl-Qaidə ilə əlaqələri olan və ölkədə ölümcül hücumlara cavabdeh olan Əl-Şəbab ekstremist qruplaşması ilə mübarizədə dəstəklənir.

Ətraflı