Author: Arab Az

Dəməşq,ArabAZ İranın xarici işlər naziri Abbas Əraqçinin bu gün (şənbə günü) Dəməşqə səfəri, İsrailin Hums şəhərinin şimalında yerləşən “Homs-Hama” yolunda avtomobilin hədəfə alınması ilə eyni vaxta təsadüf edib. İsrail Homsda bir avtomobilə hücum edərək “İnqilab Keşikçiləri”nin tanınmış üzvünü öldürdü. İran naziri Abbas Əraqçi və onu müşayiət edən nümayəndə heyəti Suriya prezidenti Bəşər Əsəd və baş nazir Məhəmməd Qazi əl-Cəlali ilə görüşüb və bundan əvvəl nazirlik binasında Suriyanın xarici işlər naziri Bassam əs-Sabbaq ilə görüş keçirilib. Suriya prezidentinin bəyanatında deyilir ki, prezident Əsəd İranlı nazirə Tehranın İsrail varlığının region xalqlarına və ölkələrinin suverenliyinə qarşı dəfələrlə etdiyi pozuntu və hücumlara verdiyi cavabın…

Ətraflı

Beyrut,ArabAZ Livanın üç təhlükəsizlik mənbəsi bu gün (şənbə) bildiriblər ki, İsrailin dünəndən Beyrutun cənub ətrafına endirdiyi zərbələrdən sonra, Hizbullahın yeni potensial lideri Haşim Safi əd-Dindən heç bir xəbər yoxdur. ArabAZ xəbər verir ki, Səfi əd-Din ilə əlaqə İsrailin dünənki hava reydlərindın sonra kəsilib.Məlumata əsasən bu gün axşam saatlarında Hizbullah potensial Baş Katib hesab edilən Haşim ilə əlaqənin tam kəsildiyini etiraf edib. Qeyd edək ki, Səfi əd-Dinin İsrail tərəfindən öldürülən qruplaşmanın baş katibi Həsən Nəsrullahın yerinə keçəcəyi hamılıqla gözlənilirdi. “New York Times” və digər Amerika KİV-ləri İsrail rəsmilərinə istinadən yazıblar ki, Livan paytaxtının cənub kənarlarına endirilən hava zərbələri Safi əd-Din və…

Ətraflı

MƏKKƏ,Əhməd Salih Hələbi,ArabAZ Müsəlmanlar Məscidulharama salam vermək üçün Kəbəni yeddi dəfə təvaf edər, qiblələri olduğu üçün namazlarında ona tərəf üz tutsalar da, bir çoxları onun şərq tərəfdə yerləşən qapısına baxarlar. Onlar onun tarixini bilmirlər və ona görə də mən müqəddəs Kəbənin qapısından danışmaq istədim, tarixçilərin qeyd etdiyi kimi, o tikilən zaman nə qapısı, nə də damı var idi. Daha doğrusu, onlar ucaldılmış divarlar idi və Kəbəyə qapı qoyan ilk şəxs, tarixçilərin fikrincə, peyğəmbərlik risalətindən çox-çox əvvəl padşah Tuba olmuşdur və İbn Hişam öz əsərlərində bunu qeyd etmişdir. Bunu təsdiq edən şey, Əl-Əzraqinin “Məkkə xəbərləri”ndə İbn Cərirdən nəql etdiyi rəvayətdir. O…

Ətraflı

QÜDS, ArabAZ Fələstin bayrağı 1967-ci ildə baş verən müharibədən sonra Qəzzada həmçinin İordan çayının qərb sahilində qadağan edilmişdi. Fələstin bayrağını daşıyan və ya asanlar həbs edilirdi. Bayrağa tətbiq edilən qadağadan sonra fələstinlilər Fələstin bayrağının rənglərini ehtiva edən qarpız simvolundan istifadə etməyə başladılar. Qırmızı, qara, ağ və yaşıl rənglərin birləşməsindən ibarət qarpız fələstinlilər arasında müqavimətin simvoluna çevrildi. Bayrağa qoyulan qadağanın 26 il davam etməsi səbəbindən fələstinlilər uzun müddət apardıqları mübarizədə qarpız simvolundan istifadə etdilər. 1993-cü ildə Fələstin Azadlıq Təşkilatı (FAT) və İsrail arasında imzalanan Oslo razılaşması ilə qadağa aradan qaldırıldı. Bundan sonra Qəzzada və İordan çayının qərb sahilində Fələstin bayrağından istifadə…

Ətraflı

BEYRUT,ArabAZ Bu gün (cümə) İsrail ordusu Livanın cənubunda ordu əməliyyatları zamanı Livanın Hizbullah qruplaşmasının 250-dən çox üzvünün məhv edildiyini elan edib.ArabAZ xəbər verir ki, ordu öldürülən 250 Hizbullah döyüşçüsü arasında 5-i briqada səviyyəli komandir, 10 şirkət komandiri və 6 qrup komandiri də daxil olmaqla ən azı 21 “sahra komandiri” olduğunu bildirib. İsrail ordusu quru əməliyyatları ilə birlikdə Livanın cənubundakı 2000-dən çox Hizbullah məntəqəsini havadan bombaladığını açıqlayıb. İsrail ordu sözçüsü qeyd edib ki, ordu dünən axşam (cümə axşamı) Beyrutun cənubunda “hava zərbələri nəticəsində dəyən zərəri qiymətləndirir”. Bu gün səhər saatlarında İsrail ordusunun sözçüsü Hizbullah kəşfiyyatının Beyrutun cənub kənarındakı mərkəzi qərargahının dünən…

Ətraflı

ƏR-RİYAD,ArabAZ Səudiyyə Ərəbistanının ətraf mühitin mühafizəsi üzrə mühafizəçilərdən ibarət qadın komandası Krallığın şimal-qərbindəki Şahzadə Məhəmməd bin Salman Kral Qoruğunun 5000-ci patruluna rəhbərlik edib.ArabAZ xəbər verir ki,qoruğun idarəsinin baş direktoru  qadınların ümumilikdə , 24 min 500 kvadrat kilometr ərazidə patrul apardığını bildirib.Şahzadə Məhəmməd bin Salman Kral Qoruğunda qadınlar 183 nəfərdən ibarət Səudiyyə qoruyucu komandasının 30 faizini təşkil edir. Şahzadə Məhəmməd bin Salman Kral Qoruğu dağ silsilələri, həyat verən vadilər və Qırmızı dəniz mərcan rifləri arasında 15 fərqli ekosistemi ehtiva edir.

Ətraflı

İSLAMABAD, ArabAZ:Taliban hökuməti üç il əvvəl beynəlxalq ictimaiyyətə meydan oxuyaraq yenidən hakimiyyətə gəldikdən sonra, qazandıqdan sonra İŞİD terror təşkilatının fərqli qolu ola,  Xorasan İslam Dövlətinin  (XİD)hücumları ilə üzləşib. Taliban tərəfindən Xorasançılara qarşı müqavimət artsa da onlar hələ də aktual və potensial terror yuvası olaraq qalırlar. Son olaraq İŞİD-in yeni qolunun ( bir çox eksperlərə görə, əslində İŞİD-in özünün) mart ayında Moskva konsert salonunda 140-dan çox öldürməsinə şahid olduq. Yanvarda XİD İranda törətdiyi partlayışda 90-dan çox insan həlak olub. Təhdidlə (terrorla) mübarizə Qərb dövlətləri ilə qadınların hüquqlarını boğan İslam qanunlarına sərt baxışı diplomatik əlaqələri böyük ölçüdə boğan Taliban hökuməti arasında nadir…

Ətraflı

 Qüds,ArabAZ İsrailin keçmiş baş naziri Ehud Barak İsrailin İranın neft obyektlərinə genişmiqyaslı hava zərbəsi endirəcəyini və ola bilsin ki, nüvə proqramı ilə bağlı hərbi hədəfə simvolik hücum təşkil edəcəyini proqnozlaşdırıb. Barak Britaniyanın “The Guardian” qəzetinə verdiyi müsahibədə deyib ki, “İsrailin İranın çərşənbə axşamı günü başlatdığı hücuma 180-dən çox ballistik raketlə cavab verəcəyinə şübhə yoxdur.” “İsrailin təcili, hətta zəruri cavab verməsi lazımdır və mən inanıram ki, yer üzündə heç bir suveren ölkə buna susa bilməz. İsraildə də təkliflər var ki, İranın nüvə obyektlərini bombalamaq üçün bu fürsətdən istifadə etmək lazımdır, lakin bu, İran proqramını əhəmiyyətli dərəcədə gecikdirməyəcək “-deyə o bildirib. Maraqlıdır…

Ətraflı

Bakı,ArabAZ Tehranda on minlərlə təxmin edilən izdiham qarşısında İran lideri Əli Xameneyi 4 ildən artıqdır ki, ilk cümə xütbəsində Hizbullahın baş katibi Həsən Nəsrullahın öldürülməsindən “çaş-baş qaldığını” təsdiqlədi. Xameneyi buna baxmayaraq, ümidləırinin ölmədiyini bildirdi. Xütbə zamanı əlində rus istehsalı snayper tüfəngi ( Draqunov) tutan Xameneyi ,adəti üzrə Nəsrullahı “qardaşım, əzizim və qürur mənbəyim” adlandırıb.“Hamımız yaralıyıq və kədərlənirik. Bu, sözün hər mənasında bizi kədərləndirən böyük itkidir. Amma bizim təsəllimiz depressiya, ümidsizlik, təlatüm demək deyil… Daha doğrusu həyat bizə dərslər verir, ümidlər aşılayır”-deyə Xameneyi bildirib. Böhran zamanlarında etdiyi çıxışlar kimi Xamneyi də ABŞ və İsrailə, eləcə də region ölkələrinə və İran daxilində…

Ətraflı

Beyrut,ArabAZCümə günü səhər erkən saatlarda İsrailin döyüş təyyarələri sentyabrın 23-də sonuncu bombardman dalğasının başlanmasından bəri Beyrutun cənub ətrafına ən güclü reydləri həyata keçirib. Hədəf Hizbullahın sabiq lideri Həsər Nəsrullahən yerinə ən ideal namizdən olan Haşim Safi əd-Dinin öldürülməsidir. İsrailin Kanal 14 telekanalı hərbi mənbələrə istinadən bildirib ki, Beyrutda bəzi ərazilər bombalanıb, lakin hədəfdə olan Safi əd-Dininin taleyi haqda hələ ki bi şey bəlli deyil. “The New York Times” həmçinin üç İsrail rəsmisinə istinadla bildirib ki, hərbi hava reydləri bir başa “Safi əd-Dinin öldürülməsini hədəfləyir.” Əgər bu xəbərlər doğrudursa, onun qətli Nəsrullahın öldürülməsindən sonra İrana və Hizbullaha ən böyük zərbə olacaq.

Ətraflı