Author: Arab Az
Beyrut,ArabAZ İnqilab Keşikçiləri Korpusunun iki lideri Tehranın Livan “könüllü” qüvvələr göndərməyi nəzərdən keçirdiyini bildirib. İran İsrailə 500-dən çox raket zərbəsi endirib və Tehran bunu HƏMAS və Hizbullah qruplaşması liderlərinin öldürülməsinə, həmçinin Qəzza zolağına və Livana təcavüzə görə qisas adlandırıb. İsrailin bir həftə əvvəl Beyruta endirdiyi və Hizbullah qruplaşmasının baş katibi Həsən Nəsrullahın öldürülməsi ilə nəticələnən hava hücumunda İran İnqilabı Keşikçiləri Korpusunun komandir müavini Abbas Nilfəruşan da həlak olub. İran İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rafiq Dost deyib ki, “Livana hərbi qüvvələr göndərmək İranın masasındadır”. Rafiq Dost “Iran Observer” xəbər saytına müsahibəsində qeyd edib ki, İran Silahlı Qüvvələrinin bütün variantları…
Beyrut,ArabAZ Livandakı sosial şəbəkələrdə bir çox istifadəçi İsrail ordusunun paytaxt Beyruta son zərbələri zamanı “ağ fosfor”dan istifadə etdiyinə dair ittihamlar fonunda göydən düşən ağ yandırıcı materialları əks etdirən videolar paylaşıb. Yerli radio bir təhlükəsizlik mənbəsinə istinadən dünən Beyruta edilən basqın zamanı fosfordan artıq istifadə edildiyini və bölgədə pis qoxunun yayıldığını bildirib. Livanda sərhəddə gərginliyin artmasından sonra ilk dəfə deyil ki, ağ fosfordan istifadədən danışılır. İsrail ag fosforu bundan əvvəl Qəzzada mütamadi olaraq istifadə edib.Keçən iyunda Human Rights Watch təşkilatı Livanın cənubundakı ən azı 17 bələdiyyədə 2023-cü ilin oktyabrından bəri ağ fosforun istifadəsini təsdiqlədiyini bildirib. Əvvəllər bir neçə hesabatda İsrailin Qəzzaya qarşı…
Beyrut,ArabAZ İsrail və İran arasında gərgin münasibətlərin pik həddinə çatdığı bir zamanda İsrailin Baş Naziri enyamin Netanyahunun kabinetindən olan iki nazir İranın Ali dini rəhbəri Əli Xameneyə sui-qəsd təhdidini təklif edən təkliflə çıxış edib. Sözügedən nazir marjinal sayılır və o, Diaspor İşləri və Antisemitizmlə Mübarizə Naziri Amichai Şeklidir. Nazirin bu açıqlaması haqda İsrail rəsmilər hələ ki, i rnəyanat verməyib.
Beyrut,ArabAZ Livanın xarici işlər naziri Abdullah Buhabib, Hizbullah lideri Həsən Nəsrullahın öldürülməzdən əvvəl atəşkəsi qəbul etdiyini, ABŞ və Fransanın İsrailin baş naziri Netanyahunun da atəşkəsi təsdiqlədiyini onlara çatdırdığını açıqlayıb. ArabAZ xəbər verir ki, XİN rəsmisi onu da bildirb ki, ABŞ-ın bölgədə atəşkəsin təmin edilməsində mühüm rola malikdir. “Nəsrullah (atəşkəsi) qəbul etdi, bəli. Biz atəşkəsi tamamilə qəbul etdik, Hizbullahla görüşdük. Livan parlamentinin sədri Nəbih Bərri (məsələ) Hizbullahla müzakirə etdi. Baş verənlərlə bağlı amerikalıları və fransızları məlumatlandırdıq”-deyə o bildirib.
Beyrut,ArabAZ İsrail ordusu dünən (çərşənbə günü) Cənubi Livana hücum zamanı 8 əsgərinin öldüyünü rəsmən etiraf etdikdən sonra İsrail mediası Cənubi Livanda baş verən qarşıdurmalarda həlak olan zabit və əsgərlərin əksəriyyətinin İsrail ordusunun Egoz komando bölməsindən olduğunu açıqlayıb. İsrail ordusu çərşənbə axşamı günü “Komando və Paraşütçü Briqadaları və 7-ci Zirehli Briqadanın 98-ci Diviziyası qüvvələrinin Cənubi Livanda məhdud quru əməliyyatında iştirak etdiyini” açıqlayıb. Egoz bölməsi haqqında nə bilirik? Bölmə ilk dəfə 1956-cı ildə meydana çıxıb, bundan sonra bir neçə dəfə ləğv edildi və ‘Hizbullah’ı məhv etmək üçün 1995-ci ildə yenidən işə salınması qərara alındı. İsrail ordusunun internet saytında yer alan məlumata görə,…
Ramallah,ArabAZ İsrail ordusu cümə axşamı avqust ayında öldürülməsi haqda xəbərlər yayılan HƏMAS höküməti başçısı Ravhi Muştahanı Qəzza zolağında öldürüldüyünü təsdiq edib. 1959-cu ildə Qəzzanın Şucayya məhəlləsində anadan olan Muştaha HƏMAS lideri Yəhya Sinvarın potensial siyasi varisi kimi görünürdü. HƏMAS-dan olan mənbələr onun hərəkatda olduqca önəmli rola sahib olduğunu bildiriblər.Müştəha “o qədər vacib idi ki, o, keçən il oktyabrın 7-də “Əl-Əqsa Tufanı” əməliyyatından xəbərdar olan məhdud şəxslərdən biri idi. 1986-cı ildə HƏMAS-ın qurucusu Əhməd Yassinin tapşırığı ilə Muştaha, Xalid əl-Hindi və əl-Sinvar hərəkat üçün “Məcd” adı ilə tanınan “Cihad və Təbliğ Təşkilatı” adlı təhlükəsizlik aparatı yaratdılar. BU təşkilat İsrailə casusluq edənlərin…
Beyrut,ArabAZ 1989-cu ildə Hizbullah qurulandan bəri partiyanın rəhbərliyi üç baş katib seçdi, bunlardan birincisi Şeyx Sübhi əl-Tufeyli, digər ikisi isə Musavi və Həsən NəsrullahPartiyanın birinci baş katibi əl-Tufeyli Hİzbullah liderliyindən uzaqlaşdırılana qədər iki il, ikinci baş katib Əl-Musəvi isə İsrail tərəfindən öldürülməzdən əvvəl, Nəsrullahın hakimiyyətə gəlməsinə qədər bir il bu vəzifədə idi. Sübhi Əl-Tufeyli Tufeyli Livan Hizbullahının qurucularından biri və onun ilk baş katibi (1989 – 1991) hesab olunur. Onun kökü Bekaa (Livanın şərqi) bölgəsindən gəlir. O, Livan müharibəsi zamanı rəhbərliyi öz üzərinə götürüb və onun dövrü iki şiə partiyası olan “Amal Hərəkatı” və “Hizbullah” arasında daxili çəkişmələrlə xarakterizə olunub. Əl-Tufeyli…
Beyrut,ArabAZ Livan Hizbullahı şənbə günü verdiyi açıqlamada, İsrailin bu gün səhər saatlarında öldürüldüyünü təsdiqlədiş Bu xəbər bir müdddət gizli qaldı, laçkin ilk növbədə İsrail tərəfiondən elan edildi. Xəbərin ilk olaraq İsrail tərəfindən elan olunması əslində yəhudi casuslarının Hizbullah içinə sızmasından xəbər verir. Hizbullah Nəsrullahın ölümünü bu bəayantla açıqladı, :“Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahhəzrətləri və 30-a yaxın yoldaşları, böyük və ölməz şəhidlər karvanına qovuşdu ”. Nəsrullaha sui-qəsd Qəzzada HƏMAS hərəkatı kimi, oktyabrın 7-də Qəzza müharibəsi başlayandan bəri ən tanınmış liderlərini hədəf alan sərt zərbələrə məruz qalan Hizbullaha ən böyük zərbədir. Aşağıda Qəzza müharibəsi başlayandan bəri İsrailin sui-qəsdlərini elan etdiyi Hizbullah…
Ramallah,ArabAZ Bu gün (şənbə) HƏMAS hərəkatı Hizbullahın baş katibi Həsən Nəsrullahın dünən (cümə) İsrail ordusunun Beyrutun cənub ətrafına endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü təsdiqlədikdən sonra ona yas elan edib .ArabAZ xəbər verir ki, HƏMAS bəyanatında Nəsrullaha sui-qəsdi “alçaq terror aktı” adlandırıb. “Biz əminik ki, bu cinayət və işğalın bütün cinayətləri və sui-qəsdləri Livan və Fələstində müqavimətini artıracaq”-deyə HƏMAS bəyanatında deyilir.
Beyrut,ArabAZ İsrail Ordu Baş Qərargah rəisi Herzi Halevi sui-qəsdlərin dayanmayacağına və növbəti hədəfin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın olacağını bildirdi. İsrail ordusunun komandiri Halevi, İsrail vətəndaşlarını təhdid edən hər kəsə “çatacağına” söz verdi. O, açıqlamasında deyib ki,“Biz əlimizdə olan bütün imkanları tükəndirməmişik. Mesaj sadədir: İsrail vətəndaşlarını kim hədələyirsə, ona necə çatacağımızı bilirik”.Ordu sözçüsü bildirib ki, onun qüvvələri İrandan İraq, Suriya, Livan və Yəmənə qədər düşmən qüvvələrin bütün hərəkətlərini izləyir. Görünən odur ki, İsrail ordusu Nəsrullah və onun yoldaşlarının öldürülməsinin cavab əməliyyatlarının partlamasına səbəb olacağını gözləyir, lakin onların nə, hansı miqyasda və hansı ölçüdə olacağı bəlli deyil. İsrail ordusunun ərəbcə sözçüsü…
