Author: Arab Az

Ramallah,ArabAZ İsrail və HƏMAS arasında bir il əvvəl Qəzza zolağında müharibə başlayandan bəri İsrailin hərbi əməliyyatları, on minlərlə ölüm, yaralanma və humanitar böhranla yanaşı, dünyada baş verməmiş dərəcədə dağıntılara səbəb olub.ArabAZ tərəfindən müharibənin yaratdığı dağıntıların təqdimatı aşağıdakılardır: 169 min bina:Qəzzada əhalinin sıxlığı dünyada ən yüksəklərdən biridir. Müharibə başlamazdan əvvəl Qəzza zolağının 2,4 milyon nəfər əhalisi 365 km2 əraziyə yayılmışdı.Tədqiqatçılar Corey Scheer və Jaymon van de Hoek tərəfindən təhlil edilən Amerika peyk şəkillərinə əsasən, 13 sentyabr 2024-cü il tarixinə mühasirəyə alınmış Fələstin anklavındakı binaların təxminən 59 faizi tamamilə dağılıb və ya zədələnib. Bu faiz təxminən 169 min binaya bərabərdir.Tədqiqatçılar bu dağıntıların…

Ətraflı

Beyrut,ArabAZ Böyük Britaniyanın İnkişaf naziri Annelise Dodds Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Livandakı ofisi üçün 5 milyon funt sterlinq (6,6 milyon dollar) dəyərində yardım paketi açıqlayıb. ArabAZ xəbər verir ki, Britaniya Xarici İşlər, Birlik və İnkişaf Ofisi, yardımın tibbi ləvazimatlara, gigiyena ləvazimatlarına və su stansiyalarına və sağlamlıq və qidalanma sahələrində çalışan təcili yardım qruplarına veriləcəyini təsdiqləyib. Nazirlik həmçinin Kral Hərbi Hava Qüvvələrinin təyyarələri və helikopterlərinin hazır vəziyyətdə olduğunu, Britaniyanın Kiprdə Limassol yaxınlığındakı Kral Akrotiri Hava Bazasında və Aralıq dənizinin şərqində “RFA Mounts Bay” və “HMS Duncan” adlı iki gəmisi ilə hazır olduğunu təsdiqləyib.

Ətraflı

Ankara,ArabAZ Biz münaqişənin Livana sıçraması ilə üz-üzəyik və bunun hüdudlarından kənara çıxıb-çıxmayacağını bilmirik ArabAZ xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Hakan Fidan Nyu Yorkda keçirilən G20 xarici işlər nazirlərinin iclasında deyib. Nazir Livanda yüzlərlə insanın ölümünə və minlərlə insanın yaralanmasına səbəb olan İsrail hücumları və bombardmanları haqqında danışıb. “Qəzzadakı qəbuledilməz vəziyyət beynəlxalq ictimaiyyət üçün həyəcan siqnalı olmalıdır. Biz münaqişənin Livana sıçraması ilə üz-üzəyik və bunun hüdudlarından kənara çıxıb-çıxmayacağını bilmirik”, – deyə Fidan bildirib. Fidan BMT-nin Təhlükəsizlik Şurasının islahatı məsələsini həll etmədən tam fəaliyyət göstərə bilməyəcəyini söyləyib. “Məqsədimiz daha demokratik, şəffaf və effektiv Təhlükəsizlik Şurasının yaradılmasıdır”, – deyə…

Ətraflı

Beyrut,ArabAZ Livanın Yunine bələdiyyəsinin meri Əli Qassas dünən axşam saatlarında (çərşənbə günü) İsrailin şəhərdəki üç mərtəbəli binaya basqını nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla azı 23 suriyalı öldürülüb. Hadisə zamanı səkkiz nəfərin yaralandığı bildirilir. ArabAZ xəbər verir ki, bu gün (cümə axşamı) İsrail ordusu “Bekaa bölgəsində (şərq) və Livanın cənubunda Hizbullaha aid “təxminən 75 hədəfi”, o cümlədən silah anbarları və atəşə hazır atıcı qurğuları” vurduğunu açıqlayıb. İsrail ordusu çərşənbə günü bildirib ki, son üç gündə Hizbullahın iki mindən çox hədəfini, o cümlədən 60 kəşfiyyat obyektini bombalayıb.

Ətraflı

Beyrut,ArabAZ İsrailin Livandakı son eskalasiyasını cilovlamaq üçün ABŞ da daxil olmaqla beynəlxalq tərəflərlə “ciddi səylər” göstərir və Gərginliyin qarşısını almaq üçün Amerikalılarla siyasi həll yolu axtarırıq.ArabAZ xəbər verir ki, bunu Livan parlamentinin spikeri Nəbih Bərri diyb. Bərri bildirib ki, hazırda Nyu-Yorkda olan Livanın Baş naziri Nəcib Mikati ilə tam koordinasiya və fəal beynəlxalq partiyaların iştirakı ilə intensiv təmaslar aparılır.Günlərdir ki, İsrail Livanın bir neçə bölgəsinə qarşı şiddətli hava əməliyyatı həyata keçirib, nəticədə 600-ə yaxın adam ölüb, 2000-ə yaxın insan yaralanıb və yarım milyondan çox insan didərgin düşüb.

Ətraflı

Beyrut,ArabAZ Hizbullahda yüksək səviyyəli liderlərin öldürülməsi qruplaşmanı diz çökdürməyəcək,ArabAZ xəbər verir ki, bunu İran lideri Əli Xamenei çərşənbə günü televiziyada yayımlanan çıxışında deyib. Qeyd edək ki, Xameniyi bunu İsrail və Hizbullah arasında sərhədyanı hücumların Yaxın Şərqdə genişmiqyaslı müharibə qorxusunu artırdığı bir vaxtda deyib. İranla müttəfiq olan Hizbullah qruplaşması son bir neçə gündə İsrailə yüzlərlə raket və mərmi atıb. Hizbullah bunu İsrailin aqressiyasına qarşı etdiyini bəyan edib. İsrail ordusu bu həftə müharibədə ən ağır hava zərbələrini həyata keçirərək, Hizbullah liderlərini hədəfə alıb və Livanda yüzlərlə hədəfi vurub, 500-dən çox adamı öldürüb, 1800-dən çox insanı yaralayıb. Hizbullahın hərbi komandiri İbrahim Qubaisi dünən,…

Ətraflı

Dəməşq,ArabAZ İran tərəfindən dəstəklənən Hizbullah qruplaşması ilə İsrail arasında yaşanan münaqişə dünyanın gündəmindədir.  Bir çox siyasi ekspertləri hesab edir ki , İsrail Qəzzada səbəb olduğu kütləvi qırğınların eynisini Livanda  “Hizbullahla savaş” adı altında təkrarlayacaq. Bu gün həqiqətən də Livanda  Qəzzada yaşananların təkrar olunması ehtimalı var və bu ehtimal hər gün daha real olmağa başlayır. Yaxın Şərqi ona görə anlamaq çətindir ki, burada bir qatil rahat bir şəkildə insanlıqdan və eləcə də ədalətdən danışa bilər, misal üçün Hizbullah… Bəli Hizbullah bir zamanlar “Qüdsün yolu Suriyadna keçir” deyərək minlərlə insanən qətlinə şərik olan Hizbullah… Digər bir tərəfdən görəsən Suriyanı qala bulayan Hizbullah haqqında sadə suriyalılar…

Ətraflı

Bakı, ArabAZ Azərbaycanda “Zəngəzur” pilotsuz uçuş aparatı (PUA) istehsal olunub. ArabAZ xəbər verir ki, PUA ilk dəfə Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir. PUA-ın əsas təyinatı VTOL radioekoloji monitorinq üçün nəzərdə tutulub. Azad olunan ərazilərimiz minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyanın aradan qaldırılmasında PUA-nın istifadəsi vaxta qənaət edir. PUA təkmilləşdirilərək döyüş zamanı istifadəsi də mümkündür. Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgisi də təşkil edilib.…

Ətraflı

Tehran,ArabAZ Yelisey Sarayı, Qərb ölkələrinin İranı Rusiyanı raketlə təchiz etməkdə ittiham etməsindən sonra Fransa prezidenti Emmanuel Makronun çərşənbə axşamı Nyu-Yorkda keçirdiyi görüşdə iranlı həmkarı Məsud Pezeşkiana Rusiyaya hərbi dəstək verməməsi barədə xəbərdarlıq etdiyini açıqlayıb.ArabAZ xəbər verir ki,Fransa prezidentinin bəyanatında deyilir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində keçirilən görüşdə “Makron İran prezidentinə ölkəsinin Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsinə davamlı dəstəyi ilə bağlı xəbərdarlıq edib” Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken sentyabrın 10-da deyib ki, İran Rusiyaya Fateh-360 raketlərini təhvil verib və “çox güman ki, onları bir neçə həftə ərzində Ukraynaya qarşı istifadə edəcək”. Blinken əlavə edib ki, raketlər Avropanın…

Ətraflı

Bakı,ArabAZ 2024-cü ilin yanvar-avqust ayında Türkiyədə Misir kapitalı ilə 67 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 47 şirkət azdır. ArabAZ xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 104 milyon 760 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 76 milyon 795 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-avqust ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (64) qeydiyyata alınıb. “İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 96…

Ətraflı