Author: Arab Az

Beyrut,ArabAZ İsrail ordusu çərşənbə günü təsdiqləyib ki, “ilk dəfə” Livan Hizbullahı hava hücumundan müdafiə sistemləri tərəfindən tutulmadan Tel-Əviv ərazisinə çatan raket atıb. ArabAZ xəbər verir ki , bunu Livan ordu sözçüsü deyib. “Bu, ilk dəfədir ki, Hizbullah raketi Təl-Əviv ərazisinə çatıb”-deyə o bildirib.

Ətraflı

Məkkə,ArabAZ,Əhməd Salih Hələbi Məkkəyə gələn şərqşünasların tərcümeyi-halı və həyatlarını oxuyanlar görərlər ki, onların demək olar ki böyük əksəriyyəti müsəlmanların Həcc ziyarətinə getdikləri Məkkə şəhərinin sosial və iqtisadi həyatını öyrənmək məqsədi daşıyan casuslardır. Şərqşünaslar öz məqsədlərinə çatmaq üçün bütün vasitə və üsullardan istifadə edirdlər. Onların ilk addımı İslamı qəbul etmək, ərəb dilini və mədəniyyətini mənimsəmək və ərəb paltarı geyinmək idi. Bu dəyişiklik onları toplumun bir hissəsi edir bə öz məqsədlərinə çatmağa kömək edirdi.Hətta bir çox ərəblər onların ərəb olmadığını belə anlaya bilmirdilər. 1803-1807-ci illərdə fəaliyyət gösərərn Əli bəy Əl-Abbasi kimi tanınan Dominqo Fransisko Badianın tərcümeyi-halını oxuyanlar bunu fərq edəcəklər. İslamı qəbul…

Ətraflı

Beyrut,ArabAZ Britaniya İsraillə Hizbullah qruplaşması arasında kəskin gərginlikdən sonra vətəndaşlarının Livanı tərk etməsinə kömək etmək üçün Kiprə yüzlərlə əsgər göndərib və britaniyalıları oradakı təcili tərk etməyə çağırıb.ArabAZ xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyi fövqəladə vəziyyət planları hazırlanarkən sərhəd qüvvələrinin dəstəklədiyi 700-ə yaxın əsgərin yaxın saatlarda Kiprə hərəkət edəcəyini bildirib. Nazirlik əlavə edib ki, zərurət yaranarsa dəstək vermək üçün Hərbi Hava Qüvvələrində nəqliyyat təyyarələri də hazır vəziyyətdədir. “Son saatlarda və günlərdə baş verən hadisələr bu vəziyyətin nə qədər təhlükəli olduğunu göstərdi və buna görə də mesajımız aydındır: Britaniya vətəndaşları indi tərk etməlidirlər”-deyə Britaniyanın müdafiə naziri Con Healey deyib

Ətraflı

Tehran,ArabAZ Hizbullah İsrailin qarşısında təkbaşına sağ qala bilməz,ArabAZ xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. “Biz Livanın İsrailin əli ilə ikinci Qəzzəyə çevrilməsinə icazə verməməliyik. Hizbullah ABŞ, Qərb ölkələri və Avropa ölkələri tərəfindən müdafiə olunan, dəstəklənən və təchiz edilən bir ölkə ilə təkbaşına qarşı-qarşıya qala bilməz”-deyə o bildirib. O vurğulayıb ki, “Hizbullah təkbaşına çox yaxşı silahlanmış və hər şeydən qat-qat üstün olan silah sistemlərinə daxil olmaq qabiliyyətinə malik bir dövlətə qarşı dura bilməz”. “İndi ehtiyac varsa, İslam ölkələri baş verənlərə münasibət bildirmək üçün toplantı keçirməlidir.Daha ciddi bir hadisə baş verməzdən əvvəl hesab edirəm ki, bu gün beynəlxalq təşkilatlar…

Ətraflı

Bakı,ArabAZ,Ötən həftə Hizbullah üçün olduqca çətin keçdi. Livanda Hizbullah üzvlərinin əllərində partlayan peycerlər və dah sonra baş verən hadisələr, İsrail və Hizbullah arasında böyük texnoloji uçurumu ortaya qoydu.Bu həm də Hizbullahın düşmən qarşısında acizliyinin dərəcəsini göstərdi.Hizbullahın baş katibi Həsən Nəsrullah hadisədən sonra yayımlanan səsyazma çıxışında israillilər üçün “sərt hesablaşmanın” yaxınlaşdığını dedi. Hizbullah lideri çıxışında təşkilatın güvənliyi üçün “dar çərçivə” yaratdığını bildirdi. Lakin sürpriz odur ki, ertəsi gün İsrail Nəsrullahın hərbi köməkçiləri və bu günlərdə adı hal-hazırda adı çəkilən Ridvan Birliyinin rəhbəri və qurucusu İbrahim Aqilin iştirak etdiyi rəhbərlik toplantısını hədəfə alaraq bu “dar çərçivəni” partlada bildi. Şübhə yoxdur ki, peycer…

Ətraflı

Beyrut,ArabAZ Hizbullaha aman verməyəcəyik,ArabAZ xəbər verir ki , bu haqda Hizbullaha aman verməyəcəyik İsrail Ordusunun Baş Qərargahınnı açıqlamasında deyilir. “Hizbullaha aman verməyəcəyik, bu gecə hücümlar daha da artacaq” deyə açıqlamada deyilir. Qeyd edək ki, Livanın səhiyyə naziri Firas Əl-Abyad bu gün (çərşənbə axşamı) İsrailin hava hücumları nəticəsində ölənlərin sayının 558 ölü və 1835 yaralı olduğunu açıqlayıb.ArabAZ xəbər verir ki , Əl-Abyad açıqlamasında qeyd edib ki , ölən və yaralananalar arasıdna uşaq və qadınlar da var.“İsrail aqressiyası nəticəsində 1835 yaralıdan əlavə ölənlərin sayı 50 uşaq və 94 qadın olmaqla 558-ə çatıb”-deyə o bildirib.

Ətraflı

Beyrut,ArabAZ Livanın səhiyyə naziri Firas Əl-Abyad bu gün (çərşənbə axşamı) İsrailin hava hücumları nəticəsində ölənlərin sayının 558 ölü və 1835 yaralı olduğunu açıqlayıb.ArabAZ xəbər verir ki , Əl-Abyad açıqlamasında qeyd edib ki , ölən və yaralananalar arasıdna uşaq və qadınlar da var. “İsrail aqressiyası nəticəsində 1835 yaralıdan əlavə ölənlərin sayı 50 uşaq və 94 qadın olmaqla 558-ə çatıb”-deyə o bildirib.

Ətraflı

Bakı, ArabAZ 2024-cü ilin yanvar-avqust aylarında Səudiyyədən Türk limanlarına 1 milyon 248 min 18 ton yük daşınıb. ArsbAZ xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Səudiyyədən Türkiyə limanlarına 120 min 663 ton yük daşıyıb. “Bu ilin yanvar-avqust aylarında Səudiyyədən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 1 milyon 127 min 385 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Səudiyyədən Türkiyəyə Səudiyyə bayrağı ilə üzən gəmilərlə yük çatdırılmayıb. 2024-cü ilin yanvar-avqust aylarında Səudiyyədən Türkiyə…

Ətraflı

Bakı,ArabAZ Dünyanın aparıcı müdafiə və qabaqcıl texnologiya qrupu olan EDGE dəniz, hərbi hava qüvvələri, ordu və daxili təhlükəsizlik məhsulları üzrə regionun ən böyük sərgilərindən biri olan 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə iştirak edir. ArabAZ xəbər verir ki , tədbir 24-26 sentyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək. Üç gün ərzində EDGE müştərilərin xüsusi əməliyyat tələblərinə uyğun olaraq dəyişdirilmiş bir neçə ağıllı texnologiya məhsullarını nümayiş etdirəcək. Bunlara qabaqcıl idarə olunan silahlar, dəqiq idarə olunan döyüş sursatları, kibermüharibə texnologiyaları və qabaqcıl hava raket sistemləri daxildir. Ağıllı silah çeşidlərinin bir hissəsi olaraq EDGE, dəqiq idarə olunan sursatlar çeşidini, sürətli zərbə vuran mobil…

Ətraflı

Bakı,ArabAZ Azərbaycanın 44 günlük Vətən Müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa etməsindən sonra, açıq şəkildə ermənipərəst mövqe sərgiləyərək, Ermənistanı Azərbaycana qarşı silahlandırıan Makron Fransası nədənsə Liavnda sülh tərəfdarıdır.ArabAZ xəbər verir ki, Fransanın yeni xarici işlər naziri Jan-Noel Barrot bazar ertəsi bildirib ki, ölkəsi Hizbullah və İsrail arasında toqquşmaların intensivləşdiyi Livandakı vəziyyəti müzakirə etmək üçün bu həftə BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. “Fransa tərəfləri və onları dəstəkləyənləri gərginliyi dayandırmağa və mülki əhalidən başlayaraq hamı üçün dağıdıcı olacaq regional yanğının baş verməsinin qarşısını almağa çağırır. Bu səbəbdən mən bu həftə Təhlükəsizlik Şurasının Livanla bağlı təcili iclasının keçirilməsini xahiş etdim”-deyə o…

Ətraflı