Author: Arab Az
Beyrut,ArabAZAmerika rəsmisi bazar ertəsi bildirib ki, Birləşmiş Ştatlar Livandakı böhranı cilovlamaq üçün “konkret addımlar” təqdim edir və Vaşinqton İsrailin Hizbullahı hədəf alan yerüstü hərbi əməliitaların əleyhinədir.ArabAZ xəbər verir ki, bu haqda adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib. “Bizim konkret ideyalarımız var ki, bu həftə müttəfiqlərimiz və tərəfdaşlarımızla müzakirə edəcəyik. Birləşmiş Ştatlar “ilk növbədə döyüşlərin daha da genişlənməsinin qarşısını alan çıxış yolu” tapmağa çalışır. Amerika təklifləri “gərginliyin azaldılmasına və sərhədin hər iki tərəfindəki insanların yaxın gələcəkdə təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına imkan verən diplomatik prosesə keçidə” imkan verəcək.”-deyə o bildiribQeyd edək ki, bazar ertəsi səhərdən etibarən İsrailin Livanın cənub və şərqinə…
Beyrut,ArabAZ İsrailin Livana hücumlarında ölənlərin sayı 492 nəfərə, yaralıların sayı isə 1645 nəfərə yüksəlib.Bu barədə ArabAZ xəbər Livanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir. “İsrail səhər saatlarından etibarən Livanın cənubundakı Bekaa və Baalbek qəsəbə və kəndlərinə qarşı uzunmüddətli hücumlarının nəticələrini bərpa edib. Nəticədə 35 uşaq və 58 qadın olmaqla 492 nəfər, şəhid olub, 1645 nəfər yaralanıb”-deyə Səhiyyə nazirliyinin açıqlamasında deyilir.
Ramallah, ArabAZ İsrail Hizbullah üzvlərinin istifadə etdiyi peycerlərin eyni vaxtda partladılması ilə bağlı açıqlama verməsədə, baş verən hadisə diqqətləri İsrailin kibermüharibə bölməsi olan bölmə 8200-ə çevirdi. İvritcə Şmoni Mətayim olaraq tanınan və Hərbi Kəşfiyyat Departamentinin bir hissəsi olan kibermüharibə və kəşfiyyat bölməsi İsrail ordusunda ən böyük hərbi hissələrindən biridir. ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) həmçinin Böyük Britaniya Hökumətinin Rabitə İdarəsinin (GCHQ) ekvivalenti olan qrupun mənşəyi 1948-ci ildə İsrail dövlətinin qurulması ilə yaradılan ilk şifrələmə və kəşfiyyat bölmələrinə gedib çıxır. Sözügedən bölmənin fəaliyyəti çox vaxt çox gizli tutulur. Siqnalların dinlənməsindən tutmuş məlumatların anazilinə, həmçinin kiberhücumlara qədər əməliyyatlar gizli həyata keçirilir. 2005-2010-cu…
Dubay,ArabAZ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti İsrail aqressiyasınəticəsində qaşqın düşən fələstinlilər üçün göstərilən xidmətləri qiymətləndirmək üçün bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) -nin Rəfahdakı səhra xəstəxanasına baş çəkib. ArabAZ xəbər verir ki, görüş zamanı hər iki tərəf yaralıların təxliyəsi üçün koordinasiyalı səylərin vacibliyini vurğulayıb. BƏƏ Qəzzada davam edən böhranla məşğul olan xəstəxana və səhiyyə müəssisələrini gücləndirmək üçün ÜST-yə 12 ton dərman və zəruri ləvazimatlar təqdim edib.
Beyrut,ArabAZ İsrail ordusunun sözçüsü şimal sərhədinə qurudan müdaxilənin mümkünlüyü ilə bağlı suala cavab olaraq İsrailin Livanda genişmiqyaslı hava hücumuna başladığını açıqlayıb. ArabAZ xəbər verir ki, ordudan verilən açıqlamada deyilir ki, reydlər yalnız Hizbullaha qarşı aparılır. “Biz Hizbullahın Bekaa Vadisi bölgəsində strateji silahlarına hücum edəcəyik və oradakı mülki insanlar oranı tərk etməlidirlər. Bekaa vadisindəki evlərdə raketlər və pilotsuz təyyarələr var, Hizbullah onları İarailə qarşı istifadə etmədən öncə biz onları məhv edəcəyik”-deyə ordunun açıqlamasında deyilir
Bağdad,ArabAZ İraqda şiə İslamın ən yüksək orqanı olan Böük Ayətullah Əli Sistani bazar ertəsi İsrailin şiə Hizbullah hərəkatına və eləcə də, Livana qarşı “təcavüzünü” dayandırmağa çağırıb. ArabAZ xəbər verir ki, eyni zamanda dünya ictimaiyyətini Livan xalqını qorumaq üçün hər cür səy göstərməyə çağırıb.Qeyd edək ki,İsrailin bazar ertəsi Lİvanəın cənubuna endirdiyi hava zərbələri nəticəsində, 50 nəfər ölüb 400-dən çox mülki vətəndaş yuaralanıb.
Ramallah,ArabAZ İsrail HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın Qəzzada öldürülməsi ehtimalını araşdırır, bir neçə İbrani KİV-i bu məsələ ilə bağlı xəbər yayıb. ArabAZ xəbər verir ki , Kan ictimai yayımı və Haaretz, Maariv və Walla xəbər saytları tərəfindən yayılan xəbərlər də daxil olmaqla, İDF Hərbi Kəşfiyyat İdarəsi Sinvarın İsrailin Qəzzaya basqınlarında öldürülmüş ola biləcəyini iddia edib. Lakin yayılan xəbərlərə baxmayaraq, İsrail deyir ki, onun öldürüldüyünə dair qəti dəlil yoxdur və İsrail Baş Kəşfiyyat Xidməti Şin Bet onun sağ olduğuna inanır. Times of Israel qəzetinin yazdığına görə İsrail ordusu “məsələni təsdiq və ya təkzib edəcək heç bir məlumatı olmadığını” bildirib. Təhlükəsizlik…
Beyrut,ArabAZ İsrailin Livanın cənubuna hərbi hava reydləri zamanı 100 nəfər ölüb, 400 nəfər yaralanıb, ArabAZ xəbər verir ki, ölkənin müvəqqəti hökumətinin baş naziri Nəcib Mikati İsrailin bu adımını qınayıb və əahlinin Hizbullah bazalarında uzaq durmağa çağırıb. “İsrailin Livana qarşı uzunmüddətli təcavüzü sözün hər mənasında soyqırım müharibəsidir və kənd və şəhərləri məhv etməyə yönəlmiş dağıdıcı plandır”. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasını buna qarşı tədbir görməyə çağırırq”-deyə o bildirib. Qeyd edək ki, bu gün İsrail ordusu bu gün səhər saat 6:30-dan (GMT 03:30) başlayaraq bir saat ərzində Livandakı Hizbullah hədəflərinə 150-yə yaxın basqın həyata keçirdiyini bildirib. Hizbullah və İsrail arasındakı qarşıdurmaların intensivliyi keçən…
Tehran,ArabAZ İranda 12 İsrail casusu saxlanılıb ,ArabAZ xəbər verir ki, bu haqda İranın İSNA agentliyi məlumat verib. Məlumata əsasən, İran İnqilab Keşikçiləri Korpusu bildirib ki, İranın 6 müxtəlif vilayətində 12 nəfəri “sionist rejim (İsrail) ilə əməkdaşlıq etmək” və ölkənin təhlükəsizliyinə qarşı hərəkətlər planlaşdırmaq ittihamı ilə həbs edib. Hadisənin digər təfərrüatları açıqlanmır.
Ər-Riyad,ArabAZ İsrail və İranın dəstəklədiyi Hizbullah milisləri arasında döyüşlər tam müharibə astanasındadır, BMT-nin baş katibi Antonio Quterreş Arab News-a verdiyi eksklüziv müsahibəsində deyib ki, dünya Livanın ikinci Qəzzaya çevrilməsinə icazə verə bilməz. “Nəyin bahasına olursa olsun, İsrail və Hizbullah arasında genişmiqyaslı müharibənin qarşısını almalıyıq.Hazırda biz eskalasiyanın şahidiyik, həm fiziki, həm də şifahi eskalasiya, lakin bununla yanaşı, dayanmaq məcburiyyətində olan bir vicdan da var. Biz ümumiyyətlə bu müharibəni dayandırmalıyıq. Qəzzada müharibəni dayandırmalıyıq. Biz dayanmalıyıq. Və ilk növbədə gərginliyin azaldılmasına başlamaq, ikincisi, Mavi Xəttdə demarkasiya problemlərini birdəfəlik həll etmək və orada daha çox itki vermədən, xüsusən də mülki əhali arasında daha çox…
