Author: Arab Az

Arab AZ, Aliyə Mansur Hizbullahın 8 oktyabr 2023-cü ildə “dəstək müharibəsi” adlandırdığı müharibəyə girdiyi ilk gündən İsrailin təhlükəsizlik, kəşfiyyat və hərbi baxımdan Hizbullaha nə qədər sızdığı açıq-aydın görünürdü. Hizbullahın baş katibi Həsən Nəsrullahın özünün son çıxışlarından birində dediyi kimi, İsrailin Livandakı əksər əməliyyatları Livan və onun mülki əhalisini kənarda saxlamaq məqsədilə Hizbullah liderləri və üzvlərini hədəf alırdı. İsrailin ardıcıl üç gün ərzində həyata keçirdiyi üç əsas əməliyyatı , yəhudi kəşfiyyatı Hizbullah üzvlərinin arasına sızmasaydı, baş verə bilməzdi.2008-ci il mayın 7-də Livanda az qala vətəndaş müharibəsinə başlayan Hizbullah rabitə şəbəkəsini qorumaq üçün Beyrutu və Livan dağını işğal edib, günahsız insanları qətlə…

Ətraflı

Beytur,ArabAZ İsrail ilə hesab-kitab mərhələsindəyik,ArabAZ xəbər verir ki, bunu Hizbullahın baş katibinin müavini Şeyx Nəim Qasım bildirib. O qeyd edib ki, Radvan Qüvvələrinin liderlərinin öldürülməsindən sonra İsraillə “Açıq Hesab” ( Hisab Maftuh) döyüşü adlı “yeni mərhələyə” daxil ioldular. “Biz yeni bir mərhələyə qədəm qoyduq, bu döyüşün adı “Açıq Hesab” döyüşüdür. Təhlükələr bizi dayandırmır və biz bütün hərbi senarilərə hazırıq”-deyə o bildirib.

Ətraflı

Beyrut,ArabAZ Hərbi eskalasiya İsrailin marağında deyil,ArabAZ xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi bazar günü deyib. “Biz inanmırıq ki, bu hərbi münaqişənin qızışdırılması onların maraqlarına uyğundur”, – Kirbi ABC-yə açıqlamasında deyib. “Biz münaqişənin diplomatik yolla həllinə çağırırıq” deyə o bildirib. \

Ətraflı

Beyrut,ArabAZ İsrail və Livan arasında yaşanan gərginlik sonrası Hizbullah bu gün İsrailin  Hayfa və Nazaret şəhərlərini raket atəşinə tutub. ArabAZ xəbər verir ki, bu ərazilər Lİavn sərhəddindən təxminən 80 km aralıdır və İsrail ordusu bu əraziləri ikinci dərəcəli təhlküəli zona elan edib.İsrailm ordusunun rəsmi mətbuat katibi Daniel Hagari ordunun buna hazır olduqğunu bildirib və qeyd edib ki, Hizbullahən 16 yüksək vəzifəli rəsmisinin öldürülməsindən sonra İranın dəstəyi ilə qrupun bu kimi addım atacağı bəlli idi. “Hizbullah-ın hücumlarına hazır idik və buna qarşı qabaqlayıcı zərbələr endirilib deyə” – bildirib. Hizbullahın açıqlamasına görə, “Fadi 1” və “Fadi 2” raketləri Ramat David Hərbi Hava…

Ətraflı

Bakı, ArabAZ İsrail ordusu Livanda Hizbullah Hərəkatına aid olduğunu iddia etdiyi hədəflərə yeni hava zərbələri endirib. ArabAZ xəbər verir ki, bu barədə Livan KİV-ləri məlumat yayıblar.   Livan mənbələri və sosial media istifadəçiləri İsrail döyüş təyyarələrinin Livanın cənubundakı yaşayış məntəqələri yaxınlığında və Litani çayı ətrafındakı dağlıq bölgələrə və vadilərə endirdiyi hava hücumlarında partlayışların görüntülərini paylaşıblar. Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərə görə, İsrail döyüş təyyarələri 40 dəqiqə ərzində ölkənin cənubundakı qəsəbələrə 50-dən çox hava hücumu həyata keçirib.

Ətraflı

Bakı, ArabAZ İsrailin Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda aralarında qadın və uşaqların da olduğu 43 fələstinli həyatını itirib. ArabAZ xəbər verir ki, bu barədə Qəzza zolağındakı Mülki Müdafiə Müdirliyi açıqlama verib.  Hücumlarda 14-ü uşaq, 5-i qadın olmaqla 43 fələstinli həyatını itirib, 9-u uşaq olmaqla ən azı 30 nəfər yaralanıb. İsrailin Rəfah şəhərindəki dərman anbarını hədəf alması nəticəsində Səhiyyə Nazirliyinin 4 əməkdaşı həlak olub. Fələstinin Səhiyyə naziri Məcid Əbu Ramazan İsrailin oktyabrın 7-dən bu yana Qəzza zolağına etdiyi hücumlarda həlak olan tibb işçilərinin sayının 990-ı keçdiyini açıqlayıb. İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min…

Ətraflı

Beyrut,ArabAZ Hizbullah bu gün (şənbə) elan edib ki, “Radvan Gücü”nün hərbi əməliyyatlarına nəzarət edən “Əbu Hüseyn Samir” ləqəbli tanınmış komandir Əhməd Vəhbi dünən (cümə) İsrailin Beyrunn yaxınlığında keçirdiyi hava reydləri zamanı öldürülüb. Hizbullah da daha əvvəl İsrailin daha 15 Hizbullah liderinin ölümü ilə nəticələnən hücumunda lider İbrahim Aqilin öldürüldüyünü açıqlamışdı. Əhməd Vəhbi kimdir? Vəhbi 1964-cü il noyabrın 1-də Livanın cənubundakı Adloun şəhərində anadan olub. O, Hizbullaha qurulandan bəri qoşulub və İsrailin Livanın cənubunu işğalına qarşı bir çox hərbi əməliyyatlarda iştirak edib. 1984-cü ildə İsraildə əsir götürülüb. Hizbullah açıqlamasında bildirib ki, Vəhbi 2007-ci ilə qədər “mərkəzi təlim bölməsi”nə cavabdeh olub və…

Ətraflı

Məkkə,ArabAZ, Əhməd Salih Hələbi Səudiyyədə Ərəbistanında müsəlman ölkə liderlərinə həcc zamçanı bələdçilik edən tanınmış din xadimi Cəmil Süleyman Cəlal vəfat edib. ArabAZ xəbər verir ki, Cəlalın cənazəsi bazar ertəsi Krallığa gətirilərək,cənazə namazı Məscidül-həramda qılınacaq və o, Məkkədəki Əl-Muala qəbiristanlığında dəfn ediləcək. Cəlal 1934-cü ildə Məkkədə anadan olub. O, gənc yaşlarında Qurani-Kərimi əzbərləyərək Quran Hafizi olub. Təhsilini Saulti məktəbində alıb, sonra Müəllimlər İnstitutuna daxil olub, 1961-1985-ci illərdə müəllim işləyib. O, altı il Məscidül-həramda müəzzin də işləyib. Allah rəhmət etsin.

Ətraflı

Beyrut,ArabAZAğ Evin Yaxın Şərq məsələləri üzrə müşaviri Brett Makqurkun cümə günü Livan Hizbullahının lideri İbrahim Aqilin öldürülməsi ilə bağlı açıqlaması, hardasa 2008-ci ildə Dəməşqdə İmad Muğniyənin öldürülməsi zamanı edilən açıqlamanı xatırladır. “Prezident Co Baydenin administrasiyası Aqilin öldürülməsi ilə bağlı bircə dəfə belə göz yaşı tökməyəcək”, çünki o, “40 ildir Beyrutda səfirliyin bombalanmasına görə məsuliyyət daşıyırdı. 2008-ci ildə Amerikanın rəsmi nümayəndəsi Muğniyə Dəməşqdə bomba yüklü avtomobillə öldürüldükdən sonra “İmad Muğniyəsiz dünya daha yaxşıdır” -deyə Makqurk Vaşinqtonda İsrail-Amerika Şurasının konfransında çıxışı zamanı bildirib. Muğniyə və Aqil Birləşmiş Ştatlar tərəfindən 1983-cü ildə Beyrutdakı Amerika səfirliyini hədəf alan terror aktlarında iştirakda ittiham olunurlar. O…

Ətraflı

Tehran,ArabAZ İran İnqilabı Keşikçiləri Korpusunun mətbuatı Milli Təhlükəsizlik Şurası baş katibinin müavini, İnqilab Keşikçiləri Kəşfiyyatının Xarici İşlər İdarəsinin keçmiş rəhbəri və İranın ən məşhur müstəntiqlərindən biri olan Rza Sərrac vəfat edib. ArabAZ xəbər verir ki,bu haqda İnqilab Keşikçiləri ilə əlaqəli Tasnim Agentliyinin məlumatına əsasən Sirac beyin şişindən əziyyət çəkirdi. Agentlik onun son həftələrdə xəstəxanada müalicə aldığını bildirib. Sirac İnqilab Keşikçiləri Qvardiyasında rəhbər vəzifələr, o cümlədən Tələbə Bəsicinə rəhbərlik edib. Birləşmiş Ştatlar onu 2023-cü ilin iyun ayının əvvəlində “İnqilab Keşikçiləri”nin xarici əməliyyatlar qolu olan “Qüds Gücü”nə bağlı liderləri hədəf alan sanksiyalar paketinin bir hissəsi olaraq, sanksiya siyahısına daxil etmişdi.

Ətraflı