Author: Arab Az

Bakı. ArabAZ “Birbaşa toqquşma olmayacaq. İsrail “Hizbullah”a yalnız hava zərbələri və kiberhücumlar endirməklə kifayətlənəcək”. ArabAZ xəbər verir ki, Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Rufiz Hafizoğlu İsrailin bu dəfə Livanda “Hizbullah”a qarşı birbaşa müharibəyə başlaması ehtimalını şərh edərkən deyib: “Dolayısı ilə İsrail hökuməti Livanla müharibəyə hazırlaşdıqlarını hər nə qədər elan etsə də, söhbət yalnız və yalnız hava hücumları və kiberhücumlardan gedəcək. Təl-Əvivin “Hizbullah”a qarşı Livanda quru əməliyyatlarına başlayacağını düşünmürəm. Amma məsələ ondadır ki, İranın elit qüvvəsi hesab edilən “Hizbullah” hazırda ciddi təhlükəsizlik böhranı içindədir”. Həmsöhbətimiz məsələyə soyuqqanlı yanaşmağı vacib bilir: “Bu gün dünyanı maraqlandıran əsas mövzulardan biri İsraillə “Hizbullah” arasında birbaşa toqquşmanın olub-olmayacağı…

Ətraflı

Beytur,ArabAZ Baxmayaraq ki. Livan və İsrail arasında gərginlik hər keçən gün artır, diplomatik həll hələ də mövcuddur,ArabAZ xəbər verir ki. Bunu Fransa prezidenti Emmanuel Makron deyib. Qeyd edək ki, bu gün günorta saatlarında başlayaraq , İsrail Livanın Camus bölgəsində Hizbullahın qalası sayılan Beyrutun cənub ətrafını bombalayıb. Məlumata əsasən, İsrail hava reydlərində F35 döyüş təyyarəsindən istifadə edib. Yerli media da ölən və yaralananların olduğunu bildirib. Bəzi mənbələr hava zərbəsi nəticəsində beş uşağın öldüyünü bildirir.

Ətraflı

Tehran,ArabAZ İnqilab Keşikçiləri Qvardiyasına bağlı Tasnim Agentliyinin məlumatına görə, İranın ali lideri Əli Xameneyi məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni yazılı müraciətindən sonra 3000-ə yaxın məhbusu əfv etmək və ya onların cəzalarını azaltmaq qərarına gəlib. ArabAZ xəbər verir ki, amnistiya qərarlarında bəzi cəzaların azaldılması, o cümlədən edəma məhkum 59 nəfərin cəzasının ömürlük həbs ilə dəyişilməsi məsələsi də var. 2887 əfv fərmanından çoxu ümumi məhkəmələr və İnqilab Keşikçiləri Korpusuna bağlı digər şəxslər tərəfindən mühakimə olunanlara aiddir. 1291 məhbus azadlığa buraxılacaq, daha 1596 nəfərin cəzası isə yüngülləşdiriləcək. Bundan əlavə, 40 əcnəbi əfv edilib. Qeyd edək ki, Xamneyinin verdiyi sonuncu amnistiya 2023-cü ilin…

Ətraflı

Beyrut,ArabAZ İsrail ordusu Hizbullah üzvlərinin istifadə etdiyi rabitə vasitələrini partlatdıqdan bir neçə gün sonra bu gün (cümə) Camus bölgəsində Hizbullahın qalası sayılan Beyrutun cənub ətrafını bombalayıb.ArabAZ xəbər verir ki, İsrailin bu addımı ərazidə böyük dağıntılara səbəb olub. Məlumata əsasən, İsrail hava reydlərində F35 döyüş təyyarəsindən istifadə edib. Yerli media da ölən və yaralananların olduğunu bildirib. Bəzi mənbələr hava zərbəsi nəticəsində beş uşağın öldüyünü bildirir.

Ətraflı

Beyrut,ArabAZ İranın dəstəklədiyi Hizbullahın bu həftə yaşadığı kiberhücüm sonra təçkilatın lideri Həsən Nəsrullah mütləq şəkildə qisas alacağını açıqladı. Hizbullah lideri Həsən Nəsrullah İsrailin bu addımını “Müharibə elanı” adlandırdı. Qəzza hadisələrində bu günə qədər , HƏMAS-ın gözlədiyi akrivliyi nümayiş etdirməyəm Hizbullaha böyük ehtimal ki bu dəfə İsrailə cavab verəcək. Bu cavab Hizbullah üçün ən azından ona gör, önəmlidir ki, bu addımla təşkilat öz nüfuzunu qorumuş olacaq. Lakin bu “cavab” uzunmüddətli müharibəyə səbəb olacaqmı? Hizbullaha qarşı olan siyasi fəal Əli Əl-Amin hesab edir ki, “İsrail Hizbullahdakı bir neçə min üzvü və mötədil liderləri hədəfə almağa müvəffəq olub və bu partiya strukturunda görünməmiş…

Ətraflı

Ankara,ArabAZ Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın prezident Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsəd arasında görüş keçirməyə hazır olduğunu vurğulayıb. ArabAZ xəbər verir ki, Ərdoğan daha əvvəl Əsədlə görüşməyə hazır olduğunu bildirmişdi.”Prezidentimiz qərar verdi ki, bu indi baş verməlidir.Ankara ilə Dəməşq arasında bir müddətdir ki, birbaşa və dolayı müzakirələrin davam edir. Türkiyə istədiyi həll yolu alarsa, Suriya digər problemləri çox asanlıqla həll edə bilər”-deyə Fidan bildirib. Türkiyə üç milyon suriyalı qaçqınına evsahibliyi edir. Ankara Suriyada siyasi həllin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsaslanmasını istəyir. O, həmçinin haqlı olaraq terror təhdidlərinin aradan qaldırılmasını, qaçqınların təhlükəsiz geri…

Ətraflı

Ankara,ArabAZ2024-cü ilin yanvar-avqust aylarında Misir vətəndaşları Türkiyədə 224 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 85 obyekt azdır.ArabAZ xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.Məlumata görə, bu ilin avqust ayında Misir vətəndaşları Türkiyədə 32 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 6 obyekt azdır.Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyədə 134 min 155 mənzil satın alınıb ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 9,9 faiz çoxdur.Məlumata görə, 2024-cü ilin yanvar – avqust aylarında Türkiyədə…

Ətraflı

Beyrut,ArabAZHizbullah lideri Həsən Nəsrullah cümə axşamı İsraili günahlandırdığı hücumlarda minlərlə rabitə qurğusunun partlaması nəticəsində qrupunun “görünməmiş” güclü zərbə aldığını etiraf edib. ArabAZ xəbər verir ki, çərşənbə axşamı və çərşənbə günü Livanı çaxnaşmaya salan hücumlardan sonra çıxış edən Nəsrullah, İsrailin hücumlara görə “layiqli cəza” alacağı ilə bağlı xəbərdarlıq edib. Hücumları mümkün “müharibə aktı” kimi xarakterizə edən Nəsrullah, İsrailin “gözlədiyi və gözləmədiyi yerdə sərt cəza alacağını” deyib. “Bu, müharibə cinayəti və ya müharibə elanı ola bilər” –deyə o bildirib. Qeyd edək ki, İsrail iki gün ərzində Livanda 37 nəfərin ölümünə və 3000-ə yaxın insanın yaralanmasına səbəb olan hücumlara münasibət bildirməyib, lakin Qəzzada…

Ətraflı

London,ArabAZ Bölgə 1973-cü ildən bəri müharibəyə ən yaxın vəziyyətdədir, ArabAZ xəbər verir ki , bunu Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı Xalid bin Bəndər Sky News-un “Yalda Hakimlə dünya” proqramında deyib. O qedy edib ki, qan tökülməsinə son qoymaq üçün yeni səylər tələb olunur. “Mən optimist olduğumu söyləmək istərdim, lakin bölgədəki vəziyyəti nəzərə alsaq optimist olmaq olduqca çətindir. Regiondakı vəziyyət getdikcə psiləşir.Düşünürəm ki, bu, 1973-cü ildən bəri regional müharibəyə ən yaxın olduğumuz dövrdür.”-deyə o bildirib. Şahzadə Xalid əlavə edib ki, İsrail-Fələstin münaqişəsi gərginliyin mərkəzində dayanır və hər iki tərəf gərginliyin qarşısını almaq üçün məsuliyyət daşıyır. “Beləliklə, israillilər və fələstinlilər – istəsələr də,…

Ətraflı

Ər-Riyad,ArabAZ 7000 şirkəti təmsil edən İtaliya biznes assosiasiyası Səudiyyə Ərəbistanına İtaliya investisiyalarını genişləndirmək üçün Səudiyyə investorları ilə əməkdaşlıq etmək planlarını açıqlayıb. ArabAZ xəbər verir ki, Assosiasiya əsas iqtisadi sektorlarda fəaliyyət göstərən böyük İtalyan firmalarından ibarətdir.Məıumata əsasən , Səudiyyə Palataları Federasiyasının mənzil-qərargahında Səudiyyə-İtaliya Biznes Forumu keçirilib və forumda italiyadan olan 140-dan çox şirkət və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edib.

Ətraflı