Author: Arab Az

Bakı, ArabAZ 2024-cü ilin yanvar-avqust aylarında İraq vətəndaşları Türkiyədə 748 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 660 obyekt azdır. ArabAZ xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib. Məlumata görə, bu ilin avqust ayında İraq vətəndaşları Türkiyədə 136 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə bir obyekt çoxdur. Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyədə 134 min 155 mənzil satın alınıb ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 9,9 faiz çoxdur. Məlumata görə, 2024-cü ilin…

Ətraflı

London,ArabAZ Rabitə cihazlarına edilən son hücumların miqyası və onların Livandakı Hizbullah personalına təsiri misilsiz idi, çünki Hizbullah heç vaxt bu miqyasda təhlükəsizlik pozuntusunun şahidi olmamışdı.Lakin bu hücumlar nəinki Hizbullaha ağır zərbə vurdu, həm də İranın Yaxın Şərqdəki agentlər şəbəkəsində panikaya səbəb oldu. Hücumlar HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunun yaxınlaşan bir illiyinə təsadüf etdiyindən, İranın dəstəklədiyi qruplar indi Tehran rəhbərliyi altında HƏMAS-ı dəstəkləmək üçün güc nümayiş etdirməkdənsə, özünü qorumağa diqqət yetirirlər. İranın dəstəklədiyi qruplar HƏMAS ilə simvolik həmrəylik nümayişi olaraq İsrailə misli görünməmiş hücumun birinci ildönümünü qeyd etməyi planlaşdırmış ola bilərdi. Lakin kommunikasiya hücumları nəticəsində yaranan xaosdan sonra bu qruplar çox…

Ətraflı

Qüds,ArabAZ İsrail polisi İran kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb edilən şəxsi saxlayıb. ArabAZ xəbər verir ki , ilkin dindirilmə zamanı bəlli olub ki , saxlanılan şəxs baş nazir Benyamin Netanyahu da daxil olmaqla, tanınmış rəsmilərə sui-qəsd planlaşdırmaq.“İran kəşfiyyatı İsrail vətəndaşlarını İsrail fiqurlarına sui-qəsd etmək üçün  əməkdaşlığa cəlb edib və o, iki dəfə saxta sənədlərlə İrana aparılıb və missiyaları yerinə yetirmək müqabilində pul alıb. Saxlanılan şəxs eləcə də uzan müddət Türkiyədə yaşayıb”-deyə israil polisinin açıqlamasında deyilir. Məlumatda qeyd olunur ki , saxlanılan şəxs Aşkelon şəhərindən olan yəhudidir.Polisin açıqlamasında bildirilir ki, israilli İranda olarkən ona İsraildə İran adından təhlükəsizlik tapşırıqlarını yerinə yetirmək təklif…

Ətraflı

Beyrut, ArabAZ Hizbullah İranın dəstəyi ilə Livanda fəaliyyət göstərən şiə, islamçı siyasi partiya və silahlı təşkilatdır. Bəzən bu təşkilata “Dövlət içində dövlət” də deyilir. İdeoloji kökləri 1960-1970-ci illərdəki Livanda şiə islam dirçəlişinə dayanan Hizbullah, Livanın cənubunda yaşayan şiə icmasını müdafiə etmək üçün İranın hərbi və maliyyə dəstəyi ilə İsrailin Livanı işğalı zamanı yaradılıb. Adının mənası “Allahın partiyası”olan Hizbullaha 1992-ci ildən bəri Həsən Nəsrullah rəhbərlik edir. 2000-ci ildə İsrailin Livandan çəkilməsindən sonra Hizbullah tərksilah edilmək istənilsədə, qruplaşma hərbi qanadı olan İslami Müqaviməti gücləndirməyə davam edib. Parlamentdəki Müqavimətə Sədaqət Blokundan istifadə edən Hizbullah zamanla Livanın siyasi sistemində əsas qüvvəyə çevrilərək kabinetdə veto…

Ətraflı

Ər-Riyad,ArabAZ Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Krallıqda işsizliyin 2024-cü ildə ən aşağı tarixi səviyyəsini qeydə aldığını bildirib və Krallığın beynəlxalq təsnifat göstəricilərində irəliləyiş əldə etmək üçün davamlı addımlar atdığını vurğulayıb. ArabAZ xəbər verir ki, vəliəhd onu da qeyd edib ki, Krallıq modernləşmə yollunda irəliləyir lakin bununla yanaşı,dəyərlərinə və milli kimliyinə də diqqət yetirir. “Krallığın Vizyonu 2030 layihəsi işə salınandan bəri vətəndaş bizim diqqətimizdədir. Krallığın Vizyonu 2030 millətimizi yüksəldəcək, vətəndaşa fayda verməklə yanaşı, gələcək nəsilləri dalğalanmalardan və dəyişikliklərdən qoruyacaq. Səudiyyə Ərəbistanı bir çox fundamental nailiyyətlərə imza atıb və Krallıqdakı bu qeyri-neft fəaliyyətlərinin nümunələri arasında keçən il real ÜDM-ə ən…

Ətraflı

Bağdad,ArabAZİraq Xalq Səfərbərlik Qüvvələrinin Ninova Əməliyyat Komandanlığının qərargahında yanğın baş verib.ArabAZ xəbər verir ki, bu haqda İraqın Mosul şəhərindəki yerli təhlükəsizlik mənbəsi bildirib. Mənbə ArabAZ-a yanğının səbəblərinin hələ ki, məlum olmadığını deyib.”Mülki müdafiə mexanizmlərinin hadisə ilə bağlı araşdırma ilə birlikdə yanğını söndürmək üçün işlər aparır ” – deyə mənbə bildirib.Öz növbəsində, İraq Xalq Səfərbərlik Qüvvələrinin üzvü Asharq Al-Awsat-a bildirib ki, hakimiyyətin qubernatorluqdakı qərargahı bomba hücumlarına məruz qalmayıb.Qeyd edək ki daha pncı İraq KİV-ləri “Mosuldakı (Əl-Həşd) qərargahında bir sıra partlayışlar baş verdiyi” barədə xəbərlər vermişdi.

Ətraflı

Bakı,ArabaAZ Rusiya Ermənistanı qorumaq üçün Bakı ilə münasibətlərini qurban verməyəcək,Arab AZ xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının və ərəb dünysının ən məşhur qəzetlərindən biri olan Şarqul Avsat qəzetində “Azərbaycan… Qafqazda sülhün və müharibənin açarıdır” adlı məqaləsində deyilir. Məqalədə qeyd olunur ki, “Bu gün əhalisi yalnız erməni xristianlarla məhdudlaşan Ermənistanın paytaxtı İrəvanda on doqquzuncu əsrdə türk və müsəlman mənşəli, o zamanlar tatar adlanan azərbaycanlı əksəriyyət yaşayırdı”. Məqaladə Azərbaycanın regionda yüksələn güc böyük neft ehtiyatına və strateji faydalı qazıntılara malik olduğu xüsusilə qeyd olunur. “Azərbaycanın İsrail və ABŞ ilə sıx təhlükəsizlik əlaqələri var, eyni zamanda Türkiyə ilə dərin ittifaqı davam etdirir…

Ətraflı

 Amman, ArabAZİnqilab Keşikçiləri Qvardiyasına bağlı Tasnim Agentliyi İsrail hesabları tərəfindən “X” platformasında dərc edilən və mayın 19-da qəzadan sonra həlak olan İranın keçmiş prezidenti İbrahim Rəisinin yanında “peycer” cihazını göstərən fotoya münasibət bildirib.ArabAZ xəbər verir ki,  agentlik bunu İsrail hesablarının İranda ictimai rəyə təsir etmək üçün istifadə etməsini bildirərək, bunun yalan olduyğunu bildirib. Agentlik yazır ki, İsrailin məqsədi bu fotonu yaymaqıa güya Rəisinin də peycer partlayışı qurbanı olduğunu ictimai rəyə yaymaqdır.

Ətraflı

 Ər-Riyad,ArabAZ Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz çərşənbə günü Fələstin məsələsinin ölkəsi üçün əsas aktual məslələrdən başlıcası olduğunu bildirib. ArabAZ xəbər verir ki, o Ər-Riyadın İsrailin işğalçı hakimiyyətinin Fələstin xalqına qarşı cinayətlərini qəbul etmədiyini və  bu cinayətləri qətiyyətlə pislədiyini vurğulayıb. O, Səudiyyə Ərəbistanının paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində yorulmaz fəaliyyətini dayandırmayacağını vurğulayaraq, onsuz İsraillə diplomatik əlaqələr qurmayacağını vurğulayıb. Vəliəhd Fələstini tanıyan ölkələrə təşəkkürünü bildirib.

Ətraflı

Beyrut,ArabAZ Livanın müvəqqəti baş naziri Nəcib Mikati bu gün (çərşənbə günü) “Milli Fəlakət və Böhranlara Cavab Əməliyyatları Koordinasiya Komitəsi” ilə görüşüb və burada İsrailin hücumlarının davam edəcəyi təqdirdə “mümkün ssenariləri” müzakirə edib. ArabAZ xəbər verir ki, görüş Livanın Hizbullah hərəkatının üzvləri tərəfindən istifadə edilən peycer radio rabitə cihazlarının bütün Livanda partladılması fomnunda keçirilib. Komitəyə rəhbərlik edən Livan ətraf mühit naziri Nasser Yassin, kifayət qədər sığınacaq təmin etməyə çalışdıqlarını və Təhsil Nazirliyinin təmin edə biləcəyi 100-ə yaxın məktəbin də bu sığınacaqlar arasında yer aldığını bildirib. Qida tədarükü ilə bağlı Yasin, “Ərzaq ehtiyatı 3 aydan çoxdur ki, təmin olunub və təxminən…

Ətraflı