Author: Arab Az

Qahirə,ArabAZMisir heç vaxt Rəfah keçidinin istismar qaydalarına edilən hər hansı dəyişikliyi qəbul etməyəcək,ArabAZ xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında Misir Xarici İşlər Naziri Bədr Əbdülətti deyib.O qeyd edib ki, Misir Rəfah keçidinin Fələstin tərəfində və ya Misir-Qəzza sərhədindəki Filadelfiya dəhlizində İsrailin hər hansı hərbi mövcudluğunu tamamilə rədd edir.Mayın 7-də İsrail Qəzzanın cənubundakı Rəfah şəhərinə hücum edərək , 2005-ci ildə İsrailin əsgərlərini və mühacirlərini zolağından çıxarmasından sonra ilk dəfə Qəzza ilə Misir arasındakı Rəfah keçidinin Fələstin tərəfini ələ keçirdi.

Ətraflı

Amman,ArabAZİsrail bütün bölgəni regional müharibənin uçurumuna sürükləyir,ArabAZ xəbər verir ki, bunu İordaniyanın xarici işlər naziri Ayman Safadi çərşənbə günü deyib.O qeyd edib ki, İsrail bir neçə cəbhədə təhlükəli eskalasiyanı davam etdirməklə “bütün regionu regional müharibənin uçuruma aparır”. Əl-Səfadi onu da qeyd edib ki, “ İki Dövlət” prinsipi həll kimi tətbiq olunmadıqca regionda sülh olmayacaq.Beyrutda yaşanan son hadisələrə diqqət yetirən İordaniya XİN rəhbəri deyib ki, bu cinayətə görə, düşmən İsrail məsuliyyət daşıyır.“Xain və cinayətkar İsrail şübhəsiz ki, öz ədalətli cəzasını alacaq”-deyə o bildirib.

Ətraflı

Bakı, ArabAZ İsrail yenidən Livanın cənubunda və Beyrutun cənub ətraflarında rabitə cihazlarını partladıb. ArabAZ xəbər verir ki, bu barədə yerli KİV-lər paylaşım edib. Qeyd edilib ki, Beyrut başda olmaqla, ölkənin hər yerində partlayış səsləri eşidilib. İkinci rəqəmsal hücumda Hizbullah üzvlərinin radiolarının hədəfə alındığı bildirilib. Partlayan radioların dünənki hücumda partlayan peycerlərlə eyni vaxtda götürüldüyü qeyd edilib. İlkin məlumatlara görə, simsiz hücum nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Xatırladaq ki, dünən Livanda peycerlərin partlaması nəticəsində 3000-dən çox insan yaralanıb.

Ətraflı

Beyrut,ArabAZ Qəzza zolağında Fələstinin müqavimət hərəkatlarına dəstək olaraq, İsraillə qarşıdurma xəttinə girdikdən sonra Hizbullah dünən tarixinin bəklə də ən çətin anlarını yaşadı. Belə ki, ölkənin müxtəlkif yerlərində İsrail tərəfindən hazırlanaın xüsusi əməlliyyat ( İsraii hadisə ilə əlaqəli oldğunu nə qəbul edir nə də inkar edir) nəticəsində ( peycerlərin partladımlası) 3 mindən çox insan yaralandı, 10 bnəfər Hizbullahçı öldü. QEYD: Peycer mobil telefonların yayılmasından əvvəl qısa mətn mesajları və ya bildirişlər göndərmək və qəbul etmək üçün adətən istifadə edilən və əsasən təhlükəsizlik işçiləri, xəstəxanalar və şirkətlər tərəfindən istifadə edilən kiçik simsiz cihazdır.Bu cihazların iki növü var – Mesajları və ya bildirişləri…

Ətraflı

Ramallah,ArabAZ İsrail ordusu dünən Qəzza zolağının cənubunda 4 əsgərinin öldürüldüyünü bildirib.ArabAZ xəbər verir ki İsrail ordusunun açıqlamasında deyilir ki, toqquşmalar zamanı daha 3 əsgər ağır yaralanıb. Digər tərəfdən “Times of Israel” qəzeti ölənlər arasında qadın əsgərin də olduğunu yazıb.

Ətraflı

Ankara,ArabAZ Türkiyə İraqla terrorla mübarizə və İnkişaf Yolu sahələrində ticarət və müqavilələr vasitəsilə əməkdaşlığı gücləndirir. ArabAZ  xəbər verir ki, bu sözləri Türkiyənin Ticarət naziri Ömer Bolat deyib. Aprel ayında 26 fərqli sahədə əməkdaşlıq müqaviləsi imzalayan İraq və Türkiyə oktyabrın 8-9-da İraqda görüşəcək. Nazir Bolat və 80 nəfərdən ibarət heyəti işgüzar görüşlər keçirəcək. Təmaslar zamanı Körfəzlə Avropanı birləşdirəcək İnkişaf Yolu Layihəsi ilə bağlı inkişafın da müzakirə edilməsi planlaşdırılır. Türkiyənin Ovacık Sərhəd Qapısına qədər 1200 kilometr avtomobil yolu və 1200 kilometr dəmir yolu çəkilməsi planlaşdırılıb. Bu çərçivədə Bolat və onu müşayiət edən nümayəndə heyətinin burada tikinti işlərini müzakirə edəcəyi gözlənilir. İnkişaf Yolu…

Ətraflı

Beyrut,ArabAZ Livandakı yüksək səviyyəli təhlükəsizlik mənbəsi və başqa bir mənbə bildirib ki, İsrail kəşfiyyat xidməti (Mossad) dünən (çərşənbə axşamı) baş verən partlayışlardan aylar əvvəl Livan Hizbullahının tələb etdiyi Tayvan istehsalı olan 5000 peycerin içərisinə kiçik miqdarda partlayıcı yerləşdirib. Təfərrüatlar Hizbullah tərəfindən misli görünməmiş təhlükəsizlik kimi qiymətləndirilib. Nəticədə, Livanda minlərlə cihaz partlayıb, 9 nəfər ölüb. İranın Beyrutdakı səfiri də daxil olmaqla 3000-ə yaxın insanın yaralanıb. İranla müttəfiq olan Hizbullah partlayışlarla bağlı şərh verməkdən imtina edən İsrailə cavab verməyə söz verib. Sui-qəsdin hazırlanması bir neçə ay çəkib. Livanın yüksək səviyyəli təhlükəsizlik mənbəsi bildirib ki, partiya Tayvanın Gold Apollo şirkəti tərəfindən istehsal olunan…

Ətraflı

Məkkə,ArabAZ Əhməd Salih Hələbi, Xüsusi olaraq ArabAZ üçün Qəzet səhifələrini vərəqləyərkən, yenicə müstəqillik qazanmış ölkələr haqqında oxuduqca , 1918-ci il mayın 28-də ilk demokratik, hüquqi və dünyəvi dövlət kimi qurulan Azərbaycan Cümhuriyyətinin 1991-ci il oktyabrın 18-də yenidən müstəqilliyini bərpa etməsi faktı məni olduqca sevindirdi. Daha sonra da öyrəndim ki, 1993-cü ildə isə Heydər Əliyev də xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqillik əldə etdikdən sonra ilk illərdə Azərbaycanı parçalanmadan, çevrilişlərdən, xaos və anarxiyadan xilas etmək, xalqa yeni və firavan həyat bəxş etmək üçün olduqca böyük işlər görüb.İslam dünyası ilə əlaqərlırin inkişafına hər zaman…

Ətraflı

Bağdad,ArabAZ İraqın baş naziri Muhəmməd Şia Əl-Sudani deyib ki, “Beynəlxalq Koalisiya” qüvvələrinin ölkədən çıxarılması tarixinin açıqlanması İŞİD-lə mübarizə üzrə beynəlxalq konfrans zamanı olacaq və o, “iranlılarla amerikalıların yaxınlaşması üçün ciddi səylər göstərilir” Əl-Sudani hesab edir ki , İraqın xarici qüvvələrə ehtiyacı yoxdur, çünki artıq müharibə dövrü bitdi və İraq sabitliyə qədəm qoydu. “Xarici qüvvələrin mövcudluğuna haqq qazandırmaq artıq mövcud deyil və İŞİD ölkə üçün əsl problem deyil. Beynəlxalq koalisiyanın missiyasına son qoymaq onun İraqla əlaqələrini dayandırmaq demək deyil, əksinə, koalisiya ölkələri ilə davamlı təhlükəsizlik əlaqələri, iqtisadi və mədəni əlaqələr qurmaq üçün danışıqlar aparılır ”-deyə o bildirib. Qedy edək ki, bu…

Ətraflı