Author: Arab Az

Beyrut,ArabAZ Air France dünən (çərşənbə axşamı) Fransanın paytaxtında Şarl de Qoll hava limanından Beyrut və Təl-Əvivə uçuşlarının Yaxın Şərqdə artan təhlükəsizlik narahatlıqları səbəbindən sentyabrın 19-dək dayandırılacağını açıqlayıb. ArabAZ xəbər verir ki, açıqlamada vəziyyət qiymətləndirildikdən sonra əməliyyatların yenidən başlayacağı bildirilib.Qedy edək ki dünən Livanın paytaxtı Beyrutda baş verən insidentdən sonra, Livan və İsrail arasında gərginliyin artacağı ehtimal edilir.

Ətraflı

Bakı, ArabAZ Livanda peycer partlamaları son dərəcə narahatlıq doğurur. ArabAZ xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib. “Bu hadisə brifinqdən bir qədər əvvəl cərəyan edirdi. Biz Beyrutda və Livanın digər yerlərində baş verənlərdən xəbərdarıq. Hadisələrin son dərəcə dəyişkən bir kontekstdə baş verdiyini nəzərə alsaq, baş verən partlayışlar son dərəcə narahatlıq doğurur.” – deyə o qeyd edib. Düjarrik bildirib ki, BMT-nin mediada yazılanlardan daha çox məlumatı yoxdur. Xatırladaq ki, Livanda peycerlərin partlaması nəticəsində 3000-dən çox insan yaralanıb.

Ətraflı

Bakı, ArabAZ ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Hizbullah ilə gərginliyi müzakirə etmək üçün İsrailə səfər edəcəyi gözlənilir. ArabAZ xəbər verir ki, bu barədə ABŞ KİV-lər paylaşım edib. Qeyd edilib ki, Lloyd Ostin 22-23 sentyabrda İsrailə səfər edəcək. Adı açıqlanmayan İsrail və ABŞ rəsmilərinə əsaslanan xəbərdə Ostinin İsrailə səfərinin gündəminin Hizbullahla gərginlik olduğu bildirilib. Xatırladaq ki, oktyabrın 8-dən sərhəddə İsrail ordusu ilə Hizbullah arasında toqquşmalar gedir. Təl-Əviv rəhbərliyinin Livana genişmiqyaslı hücuma keçə biləcəyi ilə bağlı xəbərlər getdikcə artır. İsrailin Livana sızaraq peycerləri partlatması nəticəsində Hizbullahla gərginliyin daha da artdığı bildirilib.

Ətraflı

Beyrut,ArabAZBu gün, çərşənbə axşamı Fələstinin HƏMAS hərəkatı Livanda baş verənləri “sionist terror təcavüzü” adlandırıb. ArabAZ xəbər verir ki, bu haqda HƏMAS-ın yaydığı aşçıqlamada deyilir.“Livanda rabitə cihazlarında, xüsusən də Hizbullah üzvlərini hədəf alan eyni vaxtda partlayışlar dalğasını pisləyirik. Biz müqavimət döyüşçüləri ilə mülki şəxslər arasında fərq qoymadan (…) müxtəlif bölgələrdə rabitə vasitələrini partlatmaqla Livan vətəndaşlarını hədəf alan terrorçu sionist təcavüzünü şiddətlə qınayırıq (…) və bu hücumun nəticələrinə görə işğalçı hökuməti tam məsuliyyət daşıyır”-deyə bəyanatda deyilir.

Ətraflı

Beyrut,ArabAZ ABŞ çərşənbə axşamı bildirib ki, Livanda döyüşçülər və tibb işçiləri də daxil olmaqla, Hizbullah qruplaşması üzvlərinin istifadə etdiyi mobil rabitə cihazlarının eyni vaxtda partlaması nəticəsində azı səkkiz nəfərin həlak olması və təxminən 2750 nəfərin yaralanması ilə bağlı məlumat toplayır. ArabAZ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ hadisələrdə iştirak etmir və kimin məsuliyyət daşıdığını bilmir. Livan Hizbullahı hadisələrə cavab olaraq İsraili cəzalandırmaqla hədələyib.

Ətraflı

Qüds,ArabAZ Bəlkə də, HƏMAS lideri Yəhya Sinvar onu İsrailin kəşfiyyat şəbəkəsindən qoruyan aşağı texnologiyalı rabitə sistemi olmasaydı, çoxdan öldürülərdi. Sinvar, İsrail tərəfindən izlənilə bilən və HƏMAS-ın digər fəallarının ölümünə səbəb olan telefon zəngləri, mətn mesajları və digər elektron rabitələrdən böyük ölçüdə çəkinir. Bunun əvəzinə, Sinvar hətta yeraltı tunellərin içərisində gizlənərkən belə, HƏMAS əməliyyatlarını idarə etməyə imkan verən mürəkkəb məktublar, kodlar və əlyazma qeydlər sistemindən istifadə edir. Doğrudanmı Əl-Sinvar HƏMAS-ı yeraltından idarə edir?Məsələ ondandır ki, HƏMAS-da heç kim Əl-Sinvarın dəqiq yerini bilmir. Lakin olduqca etibarlı şəxslər bunu bilirlər və lazım gəldikdə onunla hərəkatın digər rəhbərliyi arasında əlaqə yaradırlar. Bu kiçik dairə…

Ətraflı

Bakı, ArabAZ Livanda peycer partlayışları nəticəsində doqquz nəfər ölüb ArabAZ xəbər verir ki, bu barədə yerli mənbələr paylaşım edib. Təhlükəsizlik mənbələrinin məlumatına görə, Livanda ünsiyyət üçün istifadə etdikləri peycerlərin partlaması nəticəsində 9 nəfər həlak olub, Hizbullah döyüşçüləri, tibb işçiləri və İranın Beyrutdakı nümayəndəsi də daxil olmaqla 2800-dən çox adam yaralanıb. İsrail və İranın dəstəklədiyi Hizbullah ötən ilin oktyabrında başlayan Qəzza müharibəsi ilə paralel olaraq sərhədlərarası müharibə aparır ki, bu da son illərdə ən pis eskalasiyadır. Hizbullah öz bəyanatında iki döyüşçüsü də daxil olmaqla ən azı doqquz nəfərin öldüyünü təsdiqləyib. Məlumata görə, öldürülən döyüşçülərdən biri Livan parlamentinin Hizbullah üzvünün oğludur.

Ətraflı

Beyrut,ArabAZ İsrailin bu gün (çərşənbə axşamı) Livan və Suriyada eyni vaxtda yüzlərlə Hizbullah üzvünün rabitə cihazını partlatmaq üçün təşkilatın kommunikasiya dalğasına necə nüfuz etdiyi olduqca maraqlıdır. ArabAZ xəbər verir ki, anonim qalmağı üstün tutan bir rabitə mütəxəssisi açıqlamasında qeyd edib ki, hər bir tezlik diapazonunun özünəməxsus dalğa qəbul etmə qabiliyyəti var və tezliyə daxil olmaqla onu dəfələrlə yükləmək olar ki, bu da ona qoşulan cihazların batareyalarının qızmasına və beləliklə partlamasına gətirib çıxarır. Livandakı partlayış nəticəsində yaralananların sayı iki mini ötüb Hizbullah üzvlərinin istifadə etdikləri və İsrailin hədəfində olan bəzi cihazların temperaturu selsi üzrə 120 dərəcəyə çatıb. Rabitə texnologiyaları üzrə ekspert…

Ətraflı

Bakı, ArabAZ Livandakı partlayış nəticəsində yaralananların sayı iki mini ötüb. ArabAZ xəbər verir ki, bu barədə yerli mənbələr paylaşım edib. Təhlükəsizlik mənbələrinin məlumatına görə, Livanda ünsiyyət üçün istifadə etdikləri peycerlərin partlaması nəticəsində ən azı üç nəfər həlak olub, Hizbullah döyüşçüləri, tibb işçiləri və İranın Beyrutdakı nümayəndəsi də daxil olmaqla 2000-dən çox adam yaralanıb. İranın Mehr Xəbər Agentliyi İranın Livandakı səfiri Müctəba Əmaninin radio rabitə cihazının partlaması nəticəsində yaralandığını təsdiqləyib İsrail və İranın dəstəklədiyi Hizbullah ötən ilin oktyabrında başlayan Qəzza müharibəsi ilə paralel olaraq sərhədlərarası müharibə aparır ki, bu da son illərdə ən pis eskalasiyadır. Hizbullah öz bəyanatında iki döyüşçüsü də daxil olmaqla…

Ətraflı

Bakı. ArabAZ İranın Livandakı səfiri Muctaba Amani Beyrutda rabitə qurğusunun “peycer” partlayışı nəticəsində yaralanıb. Bu barədə ArabAZ İran KİV-ə istinadən xəbər verir. Bildirilir ki, İran səfiri yüngül yaralanıb və hazırda xəstəxanada müalicə olunur. Qeyd edək ki, bu gün Livan paytaxtında rabitə qurğularında partlayışlar baş verib.

Ətraflı