Author: Arab Az

Bağdad,ArabAZ Küveyt keçmiş prezident Səddam Hüseynin 1990-1991-ci illərdə İraqa təcavüzü zamanı Küveytdə qurulan marionet hökumətə rəhbərlik etmiş Ala Hüseyn Əl-Xəfacinin Küveyt vətəndaşlığını ləğv etdiyini açıqlayıb.ArabAz xəbər verir ki, Xafaci Küveyt Respublikasının prezidenti kimi cəmi bir neçə gün vəzifəsində qala bildi. Küveyt ordusunda keçmiş zabit olan Xafaci 1991-ci ilin fevralında ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən Küveytin azad edilməsindən sonra ölkədən qaçıb və Avropadan sığınacaq istəyib. Küveyt məhkəməsi onu 1993-cü ildə dövlətə xəyanətdə ittiham edərək qiyabi ölüm hökmü çıxarıb. O, 7 il sonra ölüm hökmünə etiraz etmək üçün Küveytə qayıdıb. Ölkənin ən yüksək məhkəməsi olan Küveytin kassasiya məhkəməsi daha sonra cəzanı…

Ətraflı

Beyrut,ArabAZ Livanın ən məşhur yazıçılarından biri və Fələstin müdafiəçisi olan romançı Elias Xuri bazar günü 76 yaşında xəstəlikdən vəfat edib. ArabAZ xəbər verir ki, 1948-ci ildə Beyrutda xristian ailəsində anadan olan Xuri aylardır xəstəxanada qaldığı Livanın paytaxtı Beyrutda dünyasını dəyişib. Onun bir çox kitabları fransız, ingilis, alman, ivrit və ispan dilləri də daxil olmaqla xarici dillərə tərcümə edilmişdir. Onun ən məşhur romanlarından biri olan “Günəş qapısı” 1948-ci ildə evlərindən qovulmuş fələstinli qaçqınların hekayəsindən bəhs edir. Fələstinlilərin Nəkbə, (fəlakət) adlandırdıqları bu müharibə zamanı yüz minlərlə fələstinli qovulmuş və ya evlərindən didərgin salınmışdır. Roman misirli rejissor Yusri Nəsrullah tərəfindən filmə çəkilib. Xuri…

Ətraflı

Tripoli,ArabAZ Bu gün, bazar ertəsi Liviyada Şəhidlər Günü çərçivəsində Şeyx Ömər Əl-Muxtarın şəhadətinin 93-cü ildönümü qeyd olunub. ArabAZ xəbər verir ki, bu bayram hər il sentyabrın 16-da rəsmi bayram olaraq qeyd olunur. Qeyd edək ki, İslam dünyasının tarixi şəxsiyyətlərindən biri olan Ömər Əl-Muxtar 1858-ci il avqustun 20-də Tobruk şəhərinin şərqindəki Cənzur bölgəsində anadan olub. Atası azyaşlı ikən vəfat etdiyi üçün Sənusi şeyxi Şeyx Hüseyn Əl-Qəryani ona himayədarlıq etdi . Əl-Muxtar artıq kişik yaşlarında Quran Hafizi idi. 1911-ci ildə İtaliya Osmanlı İmperatorluğuna müharibə elan etdi və oktyabrın 19-da öz qoşunlarını Benqazi şəhərinə gətirdi. Ömər Əl-Muxtar italyanlara müqavimət göstərmək üçün Zaviyət Əl-Qusurdakı…

Ətraflı

Beyrut,ArabAZ İslami Müqavimət Hərəkatı  (HƏMAS) on bir aydan çox vaxt keçməsinə baxmayaraq hələ də İsraillə müharibəni davam etdirmək üçün “yüksək qabiliyyətə” malikdir. ArabAz xəbər verir ki, bunbu  HƏMAS lideri Usamə Həmdan bildirib. O qeyd edib ki , HƏMAS müqavimətə davam edəcək.“Şəhidlərimiz var sıralarımıza qatılan yeni döyüşçülər də az dyil”-deyə o bildirib. Qeyd edək ki, onun açıqlamaları İşğal Ordusu naziri Yoav Qalantın HƏMAS hərəkatının “artıq Qəzzada hərbi birlik olaraq mövcud olmadığını” söyləməsindən bir həftə keçməminə təsadüf edir.

Ətraflı

Doha,ArabAZ Qətərin sənaye istehsali indeksi (IPI) 2024-cü ilin iyul ayında əvvəlki ayla (iyun 2024-cü il) müqayisədə 6 faiz artaraq 103,2 punkt təşkil edib. ArabAZ xəbər verir ki, buna baxmayaraq bu göstərici keçən ilin analoji ayı ilə müqayisədə 4 faiz azalıb. Milli Planlaşdırma Şurasının bazar ertəsi açıqladığı məlumatlara görə, “xam neft və təbii qaz” miqdarlarının artması səbəbindən mədənçıxarma sektorunun IPI əvvəlki ayla (iyun 2024-cü il) müqayisədə 5,5 faiz artım göstərib. “Emal edilmiş neft məhsullarının istehsalı 13,3 faiz, qiyəmtli metalların istehsalı 12,4 faiz, Kimyavi məhsulların istehsalı 7,2 faiz, yeyinti məhsullarının istehsalı 0,8 faiz artıb.”-deyə Milli Planlaşdırma Şurasının hesabatında deyilir.

Ətraflı

Ciddə,ArabAZ Səudiyyə Ərəbistanı təsviri sənət hərəkatının öncüsü kimi tanınan Səudiyyəli rəssam Safeya Binzagr 84 yaşında vəfat edib. ArabAZ xəbər verir ki, o Ümnə Həvva qəbirstanlığında dəf olunub. 1940-cı ildə anadan olan Binzagr, rəfiqəsi Munira Mosli ilə birlikdə o, 1968-ci ildə Krallıqda ilk rəsm sərgisini keçirən iki qadın rəssamdan biri idi. Ciddədə anadan olan Binzaqr təhsilinə Qahirədə başlayıb, orta məktəbi bitirib və daha sonra 1976-cı ildə Londonun Central Saint Martins şəhərində incəsənət və dizayn üzrə diplom alıb. Onun ilk sərgisi 1968-ci ildə olub. Binzaqr “Səudiyyə Ərəbistanı: keçmişə rəssamın baxışı” və “Səudiyyə irsi ilə üç onillik səyahət” kitablarının müəllifidir. 1995-ci ildə o,…

Ətraflı

Ər-Riyad ,ArabAZ Məscidül-həramın imamı Şeyx Yasir Əl-Dosari Cənubi Afrikaya səfər edib və İslam birliklərinin rəhbərləri, alimlər, vaizlər və tələbələrlə görüşüb.ArabAZ xəbər verir ki, Əl-Dosari Səudiyyə Ərəbistanının İslama xidmətdəki rolunu, mötədilliyi, tolerantlığı və dinc yanaşı yaşayışı təşviq etməyi müzakirə edib. O, müsəlmanların əməlləri, əxlaqı və başqaları ilə xoş rəftarları ilə İslamın həqiqi mesajını təcəssüm etdirmələrinin vacibliyini vurğulayıb.

Ətraflı

Ciddə,ArabAZ Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi humanitar təşəbbüs çərçivəsində 2018-ci ildən bəri 460 min 951 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. ArabAZ xəbər verir ki, layihənin icraçı direktoru Usama Əl-Qusaybinin sözlərinə görə, bunlara 301 min 068 partlamamış hərbi sursat, 145 min 139 tank əleyhinə mina, 8 min 148 əldəqayırma partlayıcı qurğu və 6 min 596 piyada əleyhinə mina daxildir. Ötən həftə layihənin xüsusi qrupları 2 min 439 partlamamış hərbi sursat, 28 tank əleyhinə mina, altı piyada əleyhinə mina və bir əldəqayırma partlayıcı qurğunu məhv edib. Husi terrorçuları tərəfindən Yəməndə yerləşdirilən partlayıcılar uşaqlar, qadınlar və qocalar da daxil olmaqla mülki əhali…

Ətraflı

Qüds,ArabAZ İsrail ordusu və təhlükəsizlik xidmətləri Afrikadan sığınacaq axtaran şəxslərin hüquqi statusundan istifadə edərək onlara “işə cəlb edib” müharibədə iştirak etmək müqabilində öldədə yaşayış izni verir. Qəzza müharibəsində İsrail muzdluların olduğunu rəsmən etiraf etməsə də, bəzi afrikalı qaçqınları işə cəlb etdiyini inkar etmir. “İşə” qəbul prosesi mütəşəkkil şəkildə və təhlükəsizlik xidmətinin hüquq məsləhətçisinin hüquqi nəzarəti altında aparılır. Diqqət çəkən odur ki, həmin qaçqınlardan bəziləri İsrail hakimiyyətinin vədlərini pozduqlarından və indiyə qədər heç birinə İsraildə daimi hüquqi status vermədiklərindən şikayət etdikdən sonra faktlar ortaya çıxıb. İsraildə təxminən 30 min afrikalı sığınacaq axtaran şəxs yaşayır, onların əksəriyyəti illərdir burada qeyri qanunu yaşayır.…

Ətraflı

Qüds,ArabAZ Qüdsün Köhnə Şəhərində Dəməşq Qapısına bıçaqlı hücum nəticəsində bir İsrail Sərhəd Polisinin əməkdaşı yaralanıb.ArabAz xəbər verir ki, İsrail polisinin açıqlamsında bıçaqlanan polis əməkdaşının yüngül yaralandığı deyilir. “Polisi hücum edən şəxsi zərərsizləşdirib”-deyə İsraila polisinin açıqlamasında deyilir. İsrail Təcili Yardım Xidməti açıqlamasında 20 yaşlı əsgərin bədəninin yuxarı hissəsindən yaralandığını açıqlayıb. Hadisə yerinə polis və sərhədçilərin cəlb olunduğu, araşdırmaların davam etdirildiyi bildirilib. Qedy edək ki , Qüdsdə tez-tez fələstinlilərlə İsrail yəhudiləri arasında gərginlik yaşanır, lakin Qəzzada 11 aydan çox davam edən müharibənin başlaması ilə gərginlik daha da artıb. Məlumat üçün bildirək ki, İsrail 1967-ci ilin iyununda Şərqi Qüdsü işğal edib və daha…

Ətraflı