Author: Arab Az

Bakı, ArabAZ İordaniya kralı II Abdullah yeni hökuməti formalaşdırmaq üçün İordaniya Kral Ofisinin direktoru Cəfər Həsəni təyin edib. ArabAZ xəbər verir ki, bu barədə İordaniya Kral Məhkəməsi açıqlama verib. Açıqlamaya görə, yeni baş nazir parlament seçkilərindən sonra seçilib və keçmiş baş nazir Bişr əl-Həsəvnə adət-ənənəyə uyğun olaraq istefa ərizəsini II Abdullaha təqdim edib. Məlumat üçün qeyd edək ki, Paris Amerika Universitetində bakalavr təhsilini başa vuran Həsən Harvard Universitetində dövlət idarəçiliyi və Boston Universitetində beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi alıb. İordaniyanın baş naziri təyin edilən 56 yaşlı Cəfər Həsən xarici işlər nazirliyində və dövlətdə müxtəlif yüksək vəzifələrdə çalışıb. Baş nazir təyin…

Ətraflı

Bakı, ArabAZ/ Gununsesi.info/ Qahirədə bir neçə gün öncə keçirilən İsrail-HƏMAS danışıqları heç bir nəticə vermədi. Nə HƏMAS, nə də İsrail vasitəçilərin təklif etdiyi razılaşma maddələrinə və qarşılıqlı güzəştlərə razılıq verməyib. Təxminən 10 aydır davam edən müharibənin dayandırılması üçün aparılan danışıqlara ABŞ administrasiyası da dəstək verirdi. Misirdən gələn xəbərlərə baxmayaraq, ABŞ mənbələri danışıqların “konstruktiv” və “yekun və həyata keçirilə bilən razılaşma” istiqamətində davam etdiyini bildirib. Digər tərəfdən, İsraildə oktyabrın 7-də HƏMAS tərəfindən girov götürülən israillilərin geri qaytarılmasını gözləməsi danışıqlarla bağlı ümidləri qoruyub, saxlayır. Bununla belə, İsrailin baş naziri Benyamin Netanyahu ilə ölkə administrasiyasında nüfuzlu hərbi və siyasi xadimlər arasında danışıqların nə qədər çevik…

Ətraflı

Bakı, ArabAZ İsrail ordusu İordan çayının qərb sahilindəki Tulkerim Qaçqınlar Düşərgəsindən geri çəkilib. ArabAZ xəbər verir ki, İsrail qüvvələrinin geri çəkilməsindən sonra Tulkerim Bələdiyyəsi və tibb qrupları Tulkerim Qaçqınlar Düşərgəsinə daxil ola bilib. Sentyabrın 10-dan etibarən İsrail ordusunun Tulkerim şəhəri və Tulkerim Qaçqınlar Düşərgəsinə təşkil etdiyi basqınlarda 8 fələstinli şəhid olub. İsrail qüvvələri inşaat texnikasının müşayiəti ilə İordan çayının qərb sahilindəki Tulkerim şəhərinə və Tulkerim Qaçqınlar Düşərgəsinə basqın edərək, fələstinli ailələri evlərini tərk etməyə məcbur edib, bəzi evləri yandırıb və şəhərin infrastrukturuna böyük ziyan vurub.

Ətraflı

Beyrut,ArabAZ Almaniyanın Lufthansa aviaşirkəti bu gün Yaxın Şərqdəki gərginlik səbəbindən Beyruta uçuşları oktyabrın 15-dək dayandıracağını açıqlayıb. ArabAZ xəbər verir ki,bu qərar Qəzza zolağından kənarda regionda müharibə qorxusunu artıran İsrail və İran arasında gərginlik fonunda qəbul edilib. Uşuçların dayandırılması qərarı sentyabrın sonuna qədər qüvvədə idi. Aviaşirkət regionda artan təhlükəsizlik riskləri səbəbindən iyulun sonundan etibarən Livan paytaxtına uçuşları dayandırmışdı. Digər tərəfdən, AFP-nin məlumatına görə, Eurowings, Austrian Airlines, Swiss və Brussels Airlines daxil olmaqla qrupun İsrailin Təl-Əvivə uçuşları sentyabrın 5-də bərpa edilib.

Ətraflı

Qahirə,ArabAZ Misirin prezidenti Əbdülfəttah əs-Sisi Misirin Afrikada İxracın İnkişafı Fonduna (FEDA) üzvlüyünü təsdiqləmək üçün fərman verib. Bu haqda ArabAZ Misirin rəsmi gəzetinə istinadən məlumat verir FEDA Afrika ticarətinin struktur transformasiyasına yönəlmiş təsir fondudur. Fond Afreximbank-ın Afrikanın ticarət və ixrac sektorlarını yenidən formalaşdırmaq və onların maliyyələşdirmə, maliyyə aləti, sektor və struktur boşluqlarını aradan qaldırmaq missiyasını təşviq etmək üçün hazırlanmışdır. Misirin Afrikadakı mövcudluğunu gücləndirmək vizyonunun bir hissəsi olaraq, Qahirə 2023-cü ilin noyabrında üçüncü Afrikadaxili Ticarət Sərgisinə (IATF) ev sahibliyi edib.. Ölkələr arasında kommersiya inteqrasiyasını stimullaşdırmaq üçün bu sərgidə 75 ölkədən 1500-ə yaxın şirkət iştirak edib. Üstəlik, Misir və digər Afrika bazarları arasında…

Ətraflı

Ramallah,ArabAZ İsrailin yeni hesablamaları göstərir ki, İran İnqilab Keşikçiləri HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə və Livan Hizbullahının hərbi komandiri Fuad Şükrün öldürülməsinə cavab olaraq xaricdəki İsrail və yəhudi qurumlarını hədəfə almaq qərarına gəlib. İvrit xəbərləri mənbələrə istinadən bildirir ki, “(İran) cavab tədbirləri İsrail səfirlikləri və rəsmi nümayəndəlikləri, israilli iş adamları və turistləri, məşhur turistik yerlər, yəhudi sinaqoqları, Çabad dini birlik mərkəzləri və digər yəhudi icması qurumları kimi İsraildən kənar hədəflərə yönələcək. Hədəf kütləsi arasında İsraildə əlaqələri ilə tanınan yəhudi iş adamları da var. Hesabatlarda qeyd olunur ki, İsraillə birbaşa qarşıdurmadan qaçmaq və toqquşmalara aidiyyatını inkar etmık məqsədilə Tehran…

Ətraflı

Ramallah,ArabAZ İsrail hərbi kəşfiyyatının elit bölməsinin komandiri , Yossi Sariel HƏMAS-ın oktyabrın 7-də hücumunun qarşısını ala bilmədiyi üçün istefa verdiyini açıqlayıb.ArabAZ xəbər verir ki, Sariel istefa ərizəsini İsrail Baş Qərargah rəisi Herzi Halevi yə təqdim edib. Qeyd edək ki daha öncə, HƏMAS-ın hücumunun qarşısını ala bilməməkdə günahlandırılan İsrail Hərbi Kəşfiyyat Xidməti (AMAN) komandiri general Aaron Haleva 2024-cü ilin aprelində istefa verən ilk yüksək rütbəli zabit olmuşdu. Məlumat üçün bildirək ki, bu ilin iyun ayında Kan ictimai televiziyası 8200 saylı bölmənin 19 sentyabr tarixli hesabatının mövcudluğunu açıqlamışdı. Bu hesabatda HƏMAS hərəkatının elit bölmələri tərəfindən İsrailin cənubundakı hərbi obyektlərə hücüm haqqında məlumatlar vardı.…

Ətraflı

Bakı, ArabAZ İHH Humanitar Yardım Vəqfi İsrailin hücumları altında olan Qəzzaya yardım işlərinə davam edir. ArabAZ xəbər verir ki, oktyabrın 7-dən bu yana yüz minlərlə insana qida, sığınacaq, gigiyena və sağlamlıq sahələrində dəstək verən fond 10 milyon 135 min isti yemək, 9 milyon 385 min çörək və 176 min ərzaq bağlaması paylayıb. İHH-nin qurduğu səyyar mətbəxlərdə hər gün 35 minə yaxın qəzzalıya isti yemək paylanır. Qəzzaya qarşı son hücumların başladığı 7 oktyabrdan bəri İHH şəhərdə, 10 milyon 135 min 504 ədəd isti yemək, 2 min 59 tanker içməli su, 176 min 832 ədəd ərzaq bağlaması, 9 milyon 385 min 902…

Ətraflı

Bakı, ArabAZ Baydenin elan etdiyi plana uyğun olaraq atəşkəsə hazırıq. ArabAZ xəbər verir ki, bu barədə HƏMAS Hərəkatı yazılı açıqlama verib. Bildirilib ki, Xəlil əl-Hayyenin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti Qətərin paytaxtı Dohada Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani və Misirin kəşfiyyat direktoru Abbas Kamil ilə görüşüb. “Biz razılaşdırılmış atəşkəsin, o cümlədən Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi və 2 iyul tarixli razılaşmaların dərhal həyata keçirilməsinə hazırıq.” – deyə açıqlamada qeyd edilib. Xatırladaq ki, ABŞ prezidenti Co Bayden mayın 31-də İsrailin üç mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini açıqlayıb. Netanyahu isə ABŞ prezidenti…

Ətraflı

Bakı, ArabAZ İsrail ordusu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) aid məktəbə hücumda, aralarında uşaqların da olduğu 18 nəfər ölüb, 18 nəfər yaralanıb. ArabAZ xəbər verir ki, bu barədə Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada qeyd edilib. Hücumda uşaqlar və UNRWA əməkdaşları da daxil olmaqla 18 nəfərin həyatını itirdiyi bildirilib. İsrailin Qəzzada müharibənin başladığı 7 oktyabrdan bəri Nusayrat Qaçqınlar Düşərgəsindəki 18-dən çox məktəb və yaşayış məntəqəsini bombaladığı qeyd edilib.

Ətraflı