Author: Arab Az
Bakı,ArabAZ ABŞ-ın vitse-prezidenti Kamala Harris və keçmiş prezident Donald Tramp çərşənbə axşamı axşam ABC telekanalında Filadelfiyada televiziya debatının başlanğıcında əl sıxıblar. Televiziya debatının əvvəlində Tramp hesab edirdi ki, vitse-prezidentin iqtisadi proqramı yoxdur və onun etdiyi tək şey prezident Co Baydenin proqramını kopyalamaqdır.“Harrisin “planı yoxdur. O, Baydenin planını kopyalayıb”-deyə Tramp debatında davamlı olaraq deyirdi. Eyni zamanda Tramp televiziya debatı zamanı vitse-prezidenti “marksist” olmaqda ittiham edib. “O, marksistdir və hər kəs onun marksist olduğunu bilir” – deyə Tramp xüüsusi olaraq vurğulayıb. Harris, öz növbəsində, keçmiş Respublikaçı prezidentə qarşı ittiamlar irəli sürüb. “Tramp mitinqləri zamanı Hannibal Lekter kimi uydurma personajlardan danışər. Onun külək…
Bakı,ArabAZ OPEC Azərbaycanın COP29-da əməkdaşlıq ruhunu tam dəstəkləyir. ArabAZ xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində OPEC-in baş katibi Heysəm əl-Qeys deyib. “Azərbaycan 2017-ci ilin əvvəlində imzalanandan bəri OPEC və qeyri-OPEC istehsalçıları arasında Əməkdaşlıq Bəyannaməsinin (DoC) dəyərli tərəfdaşıdır. Ölkə təkcə neft bazarının sabitliyinin təşviqində və enerji təhlükəsizliyinin təmin edilməsində deyil, həm də tullantıların azaldılması kimi mühüm məqsədə nail olmaqda əsas oyunçudur. İlkin enerjiyə qlobal tələbatın 2045-ci ilə qədər 23 faiz artacağı və dünya əhalisinin 1,5 milyard nəfər artacağı proqnozlaşdırıldığı üçün bir-biri ilə əlaqəli problemlərin kompleks həlli getdikcə daha vacib məsələyə çevrilir. Bundan əlavə, 2030-cu ilə qədər dünya üzrə təxminən 500…
Ər-Riyad,ArabAZ Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüş keçirib.ArabAz xəbər verir ki, görüşdə iki ölkə arasında bağlanan razılaşmalar və regional inkişaflar müzakirə edilib. Lavrov mətbuat konfransı zamanı Rusiyanın Səudiyyə vəliəhd şahzadəsinə oktyabrın 22-dən 24-dək Kazan şəhərində keçirilməsi planlaşdırılan BRİKS sammitində iştirak etmək üçün dəvət göndərdiyini açıqlayıb. Lavrov dünən Ər-Riyadda keçirilən Körfəz Əməkdaşlıq Şurası ilə Rusiya arasında strateji dialoqun yeddinci birgə nazirlər toplantısında da iştirak edib. Lavrov Körfəz Əməkdaşlıq Şurası ölkələrinin Ukrayna böhranı ilə bağlı mövqelərini yüksək qiymətləndirib. Digər tərəfdən, Körfəz ölkələri və Rusiya Qəzzada müharibəni dayandırmaq üçün beynəlxalq…
Dəməşq,ArabAZ Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, bazar günü gecə İsrailin Suriyanın mərkəzindəki hərbi obyektləri hədəf alması nəticəsində azı 7 nəfər, o cümlədən 3 suriyalı mülki şəxs həlak olub. ArabAZ xəbər verir ki, hücüm nəticəsində 15 nəfər yaralanıb. İsrailin hava hücumu əsasəm Həmanın qərbində həyata keçirilib. Qeyd edək ki,2011-ci ildə Suriyada qarşıdurma başlayandan bəri İsrail rejim qüvvələrinin mövqelərini, İran hədəflərini və Hizbullah hədəflərini hədəf alan yüzlərlə hava hücumu təşkil edib. Bəşşar Əsəd rejimi İranın bölgədəki əsas müttəfiqlərindən biridir.
Əmman,ArabAZDünən İordaniyalı bir yük maşını sürücüsü tərəfindən həyata keçirilən və Allenbi keçidində üç israillinin ölümü ilə nəticələnən silahlı hücumdan sonra İsrail, fələstinlilərin istifadə etməsinə icazə verdiyi yeganə sərhəd keçid məntəqəsini bağlayıb. ArabAz xəbər verir ki,keçid məntəqəsinin bağlanmasından sonra sərhəd keçid məntəqəsində güclcü sıxlıq yaranıb.Hücumla bağlı ilk şərhində İsrailin baş naziri Benyamin Netanyahu “Yaxın Şərqdə qılınc olmadan yaşamaq mümkün deyil” deyib və İranı İsraili “qanlı ideologiya” ilə mühasirəyə almaqda ittiham edib.İordaniya Daxili İşlər Nazirliyi öz növbəsində bildirib ki, hadisə ilə bağlı ilkin araşdırmalar onu törədənin İordaniyadan İordan çayının qərb sahilinə ticarət malları daşıyan Maher Əl-Cazi adlı İordaniya vətəndaşıdır.
Qahirə,ArabAZ Ankara, Misir prezidenti Əbdülfəttah əs-Sisinin ölkəyə səfərinin ilk nəticəsi kimi Misirlə uçuşların iki dəfədən çox artdığını açıqlayıb. ArabAZ xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası zamanı mülki aviasiya sahəsində imzalanan anlaşma memorandumuna əsasən, Türkiyə ilə Misir arasında uçuşlar ikiqat artacaq. Türkiyəli nazir açıqlamasında əlavə edib ki, Türkiyə ilə Misir arasında dəmir yolu, mülki aviasiya və informasiya-kommunikasiya texnologiyaları sahələrində 3 mühüm anlaşma memorandumu imzalanıb. O, iki mülki aviasiya departamenti arasında anlaşma memorandumuna əsasən, Misir və Ankara arasında uçuşların sayının həftədə 30-dan 67-yə çatdırıldığına diqqət çəkərək, Türk Hava Yollarının…
Ər-Riyad,ArabAZ Səudiyyədə 70-dən çox arxeoloji qazıntı aparılır ,ArabAZ xəbər verir ki, arxeoloji qazıntılar ölkənin “İrs” təşkilatı tərəfindən parılır və əsas məqsəd qədim dövlərə aid əsərlərin tapılmasıdır. Arxeoloji qazıntı ilərində səudiyyəli arxeoloqlarla yanaşı eyni zamdna müxtəlif ölkələrdən olan təcrübəli elmi işçilər də çalışır. “İrs” təşkilatı yerli və beynəlxalq universitetlərlə əməkdaşlıq çərçivəsindı 77 arxeoloji qazıntı aparması ilə yanaşı, digər elmi layihələrlə üzərində də çalışır.Təşkilatdan verilən açıqlamada deyilir ki, qazıntılar bütün dövrləri əhatə edir və bütün arxeoloji tapıntılar aşkar edildikdən sonra öyrənilir və sənədləşdirilir, eyni zamanda layihələrin nəticələri vaxtaşırı elan edilir. Layihə 2024-cü ildən 2028-ci ilə qədər davam edəcək. Buraya Ər-Riyad şəhəri daxilində,…
Bakı,ArabAZ Livanlı milyarder, dövlət xadimi və siyasətçi Saad al-Din Rafiq əl-Həriri ( ərəb : سعد الدين رفيق الحريري) 18 aprel 1970-ci ildə, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində doğulub. 2009-2011 və 2016-2020-ci illərdə Livanın Baş naziri olub.Livanın sui-qəsd nəticəsində öldürülən baş naziri Rəfiq Həririnin ikinci oğludur Saad əl-Həriri. Atasının ölümündən sonra 28 aprel 2005-ci ildə atasının yaratdığı “Gələcək Hərəkatı” (تيار المستقبل) partiyasına, eləcə də Livan 14 Mart Koalisiyasına rəhbərlik edib .28 iyun 2005-ci ildən Beyrut seçki dairəsindən Livan parlamentinin üzvü olan əl-Həriri bir neçə il xaricdə olub və 2014-cü il avqustun 8-də Livana qayıdaraq, 2016-cı il noyabrın 3-də baş nazir vəzifəsinə təyin…
Bakı,ArabAZ Həsən Ruhaninin prezidentliyi dövründə səkkiz il xarici işlər naziri vəzifəsində çalışmış Məhəmməd Cavad Zərif 2015-ci il nüvə sazişinin təmin edilməsində mühüm rol oynayıb. Onun yeni yaradılmış vəzifədə diqqət mərkəzinə qayıtması İranın ABŞ-la yeni dialoqa başlamaq üçün hazırlıqlarının bir hissəsi kimi qiymətləndirilir. İranın ali dini lideri Əli Xameneyi iyulun sonunda vəzifəyə başlayan ölkə prezidenti Məsud Pezeşkianın hökumətinin ilk iclasındakı çıxışında (onun “əbədi” düşməni olan ) ABŞ ilə danışıqlar perspektivinə qapı açıb. Xameneyi ABŞ-ı nəzərdə tutaraq, “Düşmənlə münasibətdə saxlamaqda heç bir zərər yoxdur, lakin onlara etibar etməyin” deyib. Pezeşkian seçki kampaniyası zamanı İranın Qərbdəki düşmənləri ilə gərginliyi azaltmaq planını da açıqlayıb.…
Bakı,ArabAZ “Müqavimət oxu” ifadəsinə son qoymağın vaxtıdır. Son 20 ildə bu termin yalnız İranın Yaxın Şərqdəki müttəfiqləri tərəfindən gündəmə gətirilən termindir. Bu “İslam müqaviməti” adı altında Fars imperializminə xidmət edənlərin əsl məqsədlərini ört-basdır edib. Keçən ildən bu günə qədər davam edən Qəzza hadisələrini diqqətlə təhlil etsək görərik ki , müqavimət oxu bir mifdir və heç vaxt mövcud olmayıb.2002-ci ilin yanvarında, ABŞ İraqı işğal etməzdən əvvəl, ABŞ-ın o zamankı prezidenti Corc Buş “çıxışında məşhur “şər oxu” ifadəsini işlətmişdi. İran, İraq və Şimali Koreyanı bu oxun üzvləri kimi xarakterizə edən Buş bu ölkələri terrorçulara sığınacaq verməkdə və onlara dəstək verməkdə ittiham edib.Buşun…
