Author: Arab Az

Bakı,ArabAZ Sudandakı böhran ölkə daxilində milyonlarla insanın həyatını təhdid edən dəhşətli bir fəlakətə çevrildi. 500 gündən çox davam edən müharibə nəticəsində xarabalığa çevrilən bir ölkədə hara getməyinizdən asılı olmayaraq, bir yerə qaçmaq demək olar ki, mümkün deyil. Güllələrdən, mərmilərdən və dağıntılardan xilas olanlar indi ya kəskin qida çatışmazlığından aclıq çəkirlər, ya da xəstəliyin qurbanı olurlar. Sudan xalqının iztirabları ölkəni bürüyən ölüm, köçkünlük, xaos və xəstəlilərə səbəb olan yağış və daşqınlarla daha da artıb. Bu qarışıqlıqda Sudandakı döyüşən qruplar bu acınacaqlı reallıqlardan sanki xəbərsiz olaraq öz münaqişələrində davam edirlər. Sudan Səhiyyə Nazirliyinin hesabatına görə, daşqınlar və leysan yağışlar ən azı 138…

Ətraflı

Bakı,ArabAZ İran İnqilabı Keşikçiləri Korpusunun qolu olan Qüds Qüvvələrinin lideri bildirib ki, İranın HƏMAS hərəkatının rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavabı “fərqli olacaq və bu cavabın tərzi açıqlanmamalıdır”.Buna cavab olaraq Pentaqondan gələn açıqlamada: “Birləşmiş Ştatlar Tehranın İsrailə təhdidlərini ciddi qəbul etməyə davam edir.”-deyilib. İnqilab Keşikçiləri Korpusunun Xarici Əməliyyatlar bölməsinin komandirinin müavini, briqada generalı Möhsün Çidhari İran lideri Əli Xameneyinin təhdidinə açıq şəkildə istinad edərək, Haniyənin qanının qisasının alınmasının müqəddəs borc olduğunu bildirib və qeyd edib ki, “İran bunun mütləq edəcək” “İranın cavabının keyfiyyəti və tərzi sionistlərin cinayətləri ilə bağlı məqsədlərimizə nail ola biləcəyimiz şərait və məkandan asılıdır. İranın məqsədlərinə lazımi anda…

Ətraflı

Ramallah,ArabAZ İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Tubas valiliyinə hücumu nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb. ArabAZ –ın məlumatına görə bu barədə Fələstin Səhiyyə Nazirliyinin bu gün yaydığı bəyanatda deyilir. Fələstinin rəsmi Xəbər Agentliyi daha əvvəl İsrailin Tubasda bir avtomobili bombalaması nəticəsində ən azı 5 fələstinlinin öldüyünü bildirmişdi. İsrail ordusundan verilən açıqlamada, “İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin İordan çayının qərb sahilindəki Tubas bölgəsində əsgərlər üçün təhlükə yaradan silahlılara 3 xüsusi zərbə endirdiyi” bildirilib. Məlumat üçün bildirək ki, İsrail ordusu İordan çayının qərb sahilinin şimalında bir neçə şəhər və qaçqın düşərgələrində genişmiqyaslı hərbi əməliyyatlar keçirməyə davam edir, nəticədə onlarla…

Ətraflı

Bakı,ArabAZ Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə ilk səfəri Qahirə ilə Ankara arasında on ilə yaxın davam edən fikir ayrılıqları və uzaqlaşmalardan sonra diplomatik münasibətlərin inkişafının gedişində mühüm hadisədir. Əs-Sisinin Ankaraya səfəri iki ölkə rəsmiləri arasında durğunluq illərinə son qoymaq və yaxınlaşma yolunu tədricən irəliləmək, normallaşma səviyyəsini yüksəltmək üçün səfər mübadiləsinin bəhrələri ilə yekunlaşıb. “Misir Rəyasət Heyətinin” məlumatına görə, münasibətlərdə “dostluq və strateji əməkdaşlıq mərhələsi”. 2013-cü ildə Misirdə “Müsəlman Qardaşlar”ın hakimiyyətini devirən “30 iyun” hadisələrindən sonra Türkiyə rejiminin qruplaşmaya dəstək nümayiş etdirməsindən sonra, Misir-Türkiyə münasibətləri durğunluq və uzaqlaşma dövrü başladı. Misir rəsmiləri bunu “terror təşkilatı”na dəstək kimi qiyətləndirdilər. Bu gadisədən sonra xüsusən…

Ətraflı

Baki,ArabAZ Türkiyəyə səəfirm dostluq və əməkdaşlığa başlamaq iradəsini əks etdirir, ArabAZ xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyəyə etdiyi rəsmi səfərlə bağlı X hesabında paylaşım edib. Paylaşımda Sisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərlərinin yeni dostluq və əməkdaşlığı başlatdığı bildirilib. O Misir və Türkiyə arasında köklü tarixi əlaqələrin olduğuna diqqət çəkib. Qeyd edək ki, Sisi bu gün Türkiyəyə rəsmi səfər edib. Səfər zamanı Esenboğa hava limanında prezident Ərdoğan tərəfindən qarşılanıb.

Ətraflı

Ciddə,ArabAZ Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Şahzadə Faysal bin Farhan çərşənbə günü avstraliyalı həmkarı Penny Wong ilə iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə də iqtisadi sahədə ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını müzakirə edib.ArabAZ xəbər verir ki, Vonqdan aldığı telefon danışığı zamanı Şahzadə Faysal bin Fərhan regional hadisələrlə bağlı da fikir mübadiləsi aparıb. Fikir mübadiləsi əsasən Qəzza zolağında baş verən hadisələrlə bağlı aparılıb.

Ətraflı

Bakı,ArabAZ Camal Əbdül Nasir Hussein ( ərəb : جَمَالُ عَبْدُ ٱلنَّاصِرِ حُسَيْنُ ‎ ) 15 yanvar 1918-ci ildə Bakosun İsgəndəriyyə bölgəsində poçt işçisi Abdel Nasir və 1917-ci ildə evlənən həyat yoldaşı Fahimənin ailəsində anadan olub.O, ailənin ilk oğlu idi, sonra onun iki qardaşı dünyaya gəldi – “ərəblərin fəxri” mənasını verən İzz əl-Ərəb və əl-Liti . Atasının işinin xüsusiyyətinə görə ailə tez-tez köçür və 1923-cü ildə Qahirənin 43 kilometrliyində yerləşən Xətətbə şəhərində məskunlaşır. 1924-cü ildə Qahirəyə əmisinin yanına göndərilənə qədər Xatətbədə Camal dəmiryolçuların uşaqları üçün uşaq bağçasına,buradan isə ibtidai məktəbə getdi.1926-cı ilin onun anası doğuş zamanı vəfat edir və hadisə ona…

Ətraflı

Bakı,ArabAZ Misir prezidenti Əbdülfəttah əs-Sisi regionda iki mühüm ölkə arasında uzun müddətdir davam edən münasibətlərin yaxşılaşması fonunda bu gün (çərşənbə günü) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edəcək. ArabAZ xəbər verir ki,  Sisinin Türkiyəyə səfəri Ərdoğanın 2012-ci ildən sonra Misirə ilk səfərindən sonra, tərəflər arasında münasibətlərin normallaşması üçün olduqca mühum addım hesab edilir. Səfər zamanı tərəflər arasında Türkiyə-Misir münasibətləri bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün gələcək dövrdə mümkün ortaq addımlar müzakirə olunacaq. Misir və Türkiyə liderləri arasında görüş zamanı ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal məsələlər, xüsusilə də İsrailin Qəzzaya və…

Ətraflı

Bakı,ArabAZ İran prezidenti Məsud Pezeşkian ölkəsinin bir çox sahədə “ciddi işlərə” ehtiyacı olduğunu vurğulayıb. O öləkənin Ali Dİni Rəhbəri Əli Xamenei tərəfindən dəstəklənən yeni hökumətin qarş qarşısında maneələrin olduğunu da qeyd edib. “Biz görmək istədiyimiz hər bir işdə həssas qrupları nəzərə almalı və onların inkişafın “təkəri altında” əzilməsinə imkan verməməliyik. Biz həll yollarımızın insanları və həssas qrupları böhranlar qarşısında qoymasına imkan verməyəcəyik. Xalq həkimin onlarla daim əlaqə saxlamasını istəyir. İndi bizim missiyamız xalqın razılığını qazanmaqdır. Etmək istədiyimiz hər bir işə insanları özümüzə cəlb etməklə başlamalıyıq.Bizim çox böyük işlərimiz var, lakin biz insanlara başa salmalıyıq ki, bu işlər onlar üçün aparılır.…

Ətraflı

Bağdad,ArabAZ İraq, Ənbar əyalətinin qərbində Amerika qüvvələri ilə birgə keçirilən reydlər zamanı çox sayda İŞİD terrorçusu öldürülüb və təşkilata məxsus mühüm sənədləri ələ keçirilib. ArabAZ bu haqda İraq Ordusunun Birgə Əməliyyat Komandanlığının rəsmi bəyanatına istinadən xəbər verir. “Ölkənin qərbindəki Ənbar səhrasında həyata keçirilən əməliyyatda İŞİD-in bölgə lideri daxil olmaqla 16 terrorçu məhv edilib”-deyə açıqlamada bildirilir. Məlumatda qeyd edilir ki , birgə əməliyyatlar zama terrorçulara məxsus üş yük maşını da məhv edilir.Silahlı Qüvvələrin Ali Baş Komandanının hərbi sözçüsü, general-mayor Yəhya Rəsul xüsusi əməliyyatla bağlı yeni təfərrüatları” açıqlayıb.“Ənbar səhrası daxilində Vadi Əl-Qədafın şərqindəki Əl-Hazimi bölgəsində əməliyyat Silahlı Qüvvələrin Ali Baş Komandanının komandalığı…

Ətraflı