Author: Arab Az

Doha,ArabAZ Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden ilə telefon danışığında Qəzza və işğal olunmuş Fələstin ərazilərində vəziyyətin inkişafı, habelə birgə vasitəçilik səylərini müzakirə edib. ArabAz xəbər verir ki, danışıqların predmeti Qəzzada müharibəni dayandırmaq olub. Söhbət zamanı həmçinin iki ölkə arasında strateji münasibətlərin daha da dəstəklənməsi və genişləndirilməsi yollarını araşdırıb, son regional və beynəlxalq hadisələr müzakirə edilib.

Ətraflı

Sudan,ArabAZ Sudan Suverenlik Şurasının sədri general-leytenant Əbdülfəttah Əl-Burhan Əbdül Rəhman Misir Baş Kəşfiyyatının rəhbəri Abbas Kamel ilə ilə görüşüb. ArabAz xəbər verir ki, görüşdə Suverenlik Şurasının sədri Misirin iki qardaş ölkə və xalqı birləşdirən tarixi və qardaşlıq ikitərəfli əlaqələri çərçivəsində Sudandakı qardaşlarına dəstək və yardımda öncül rolunu yüksək qiymətləndirib. Görüşdə Sudan-Misir münasibətləri və iki ölkənin üzləşdiyi problemlər müzakirə olunub. Misir kəşfiyyatının rəhbəri ölkəsinin Sudanın təhlükəsizliyi və sabitliyinə diqqət yetirdiyini vurğulayıb və Sudanda müharibənin tez bir zamanda bitəcəyinə ümid etdiyinin bildirib.

Ətraflı

Bakı,ArabAZ Fələstinin “HƏMAS” və “CİHAD” hərəkatlarının hərbi qanadlarının bir neçə gün əvvəl Təl-Əviv yaxınlığında bomba partlatmasına görə birgə məsuliyyət daşıdıqlarını elan etmələri iki hərəkat arasında koordinasiyanı göstərən ilk hadisə deyildi. “Qəzzada ikinci ən güclü silahlı təşkilat kimi görünən və İranla ən çox əlaqəsi olan “Əl-Cihad” -ın müharibədə rolu nədir” sualı bir çoxlarını olduqca maraqlandırır. İslami Cihad hərəkatının qurucusu Fəthi Əl-Şəqaqi (WAFA)1980-ci illərdə fələstinli Fəthi əş-Şəqaqi (1995-ci ildə Maltada qətlə yetirilib) tərəfindən qurulan və hazırda Ziad ən-Nəxalənin rəhbərlik etdiyi “Əl-Cihad” qüvvələri “HƏMAS”la müqayisədə daha radikal hərəkatdır.Fələstindəki islami hərəkatların bir hissəsidir və onun hərbi qanadı olan “Qüds Briqadaları”nın “HƏMAS”dakı həmkarlarından daha az…

Ətraflı

Bakı,ArabAZ Pakistandan İraqa gedən şiə zəvvarları daşıyan avtobusun İranın mərkəzində qəzaya uğraması nəticəsində azı 28 nəfər həlak olub. ArabAZ xəbər verir ki,  Yerli fövqəladə hallar rəsmisi Məhəmməd Əli Mələkzadə bildirib ki, qəza çərşənbə axşamı gecə İranın mərkəzi Yəzd əyalətində baş verib. O əlavə edib ki, qəza nəticəsində daha 28 nəfər ölüb, xəsarət alan 23 nəfərdən 14-nün vəziyyəti ağırdır. Onun sözlərinə görə, avtobus sərnişinlərinin hamısı Pakistandan gəlib. İran dövlət televiziyası qəzanın səbəbini avtobusun əyləclərinin sıradan çıxması və sürücünün diqqətsizliyi ilə əlaqələndirib. Pakistanda media yerli şiə lideri Qəmər Abbasa istinadən xəbər verir ki, qəza nəticəsində 35 nəfər ölüb. O, avtobusda olanların Pakistanın…

Ətraflı

Bakı,ArabAZ Səudiyyə Ərəbistanının “Masam” layihəsinin üzvləri keçən həftə Yəmənin müxtəlif bölgələrindən ümimilikdə 1139 partlayıcı qurğu eləcə də mina zərərsizləşdiriblər. ArabAZ xəbər verir ki, bu minalar İran tərəfindən maliyyələşdirilən separatçı husilər tərəfindən başdırılır. Son hesabata görə, 13 piyada əleyhinə mina, 56 tank əleyhinə mina, 1056 partlamamış hərbi sursat və 14 partlayıcı qurğu zərəsizləşdirilib. Təşəbbüsün idarəedici direktoru Usama Əl-Qusaibi bildirib ki, layihənin başlandığı 2018-ci ildən bu günə kimi ümumilikdə 455 min 827 mina zərərsizləşdirilib. Minatəmizləmə əməliyyatları Marib, Ədən, Juf, Şabva, Taiz, Hudeydə, Lahic, Səna, Əl-Bayda, Əl-Dalə və Saada şəhərlərində aparılıb. Komandalara mülki şəxslərin təhlükəsiz hərəkətini və humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün kəndləri,…

Ətraflı

Bakı,ArabAZ İsrail Netzarim və Filadelfiya dəhlizlərindən geri çəkilməyəcək,ArabAZ xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. O qeyd edib ki, bunlar hərbi və siyasi baxımdan strateji dəhlizlərdir. “İsrail, üzərindəki böyük təzyiqlərə baxmayaraq, heç bir halda Netzarim və Filadelfiya dəhlizlərindən geri çəkilməyəcək”-deyə o bildirib. Netanyahu eyni zamanda HƏMAS ilə razılaşmanın olacağına əmin oplmadığını bildirib. Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Netanyahu Vaşinqtonun Qəzzada atəşkəs təklifini qəbul edib və HƏMAS-ı bunu qəbul etməyə çağırıb. Blinken İsrail rəsmiləri ilə bir günlük danışıqlardan sonra, o cümlədən Netanyahu ilə iki saat yarımlıq görüşdən sonra jurnalistlərə açıqlama verib və Blinken…

Ətraflı

Bakı,ArabAZ Bir çox ərəb ölkələrində heç də birmənalı qarşılanmayan İslami Müqavimət Hərəkatına (HƏMAS) qarşı təbii ki, Azərbaycanda da münasibət birmənalı olaraq müsbət və ya mənfi deyil. Maraqlısı odur ki, HƏMAS-ı müdafiə edənlər və onu tənqid edən Azərbaycan vətəndaşları arasında bu qurum haqqında ciddi informasiya qıtlığı mövcuddur.  Azərbaycandakı HƏMAS-ı tənqid edən vətəndaşlar bunu onunla izah edir ki, bu təşkilat ermənistan işğalçı ordusu ilə həmrəydir və eyni düşüncəyə sahibdir.Maraqlıdır görəsən HƏMAS-ın  sabiq Qarabağ münaqişəsinə münasibəti nə idi? Qeyd edək ki, HƏMAS yalnız Fələstin daxilində müqavimət göstərir və bu təşkilatın Fələstin ( eyni zamanda İsrail) hüdudları kənarlarında hər hansı hərbi və ya siyasi…

Ətraflı

Dəməşq,ArabAZ İranın İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin hərbi müşaviri Suriyada son həftələrdə aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. ArabAz xəbər verir ki, İnqilab Keşikçiləri Qvardiyasının baş komandanı Hüseyn Salam,polkovnik Əhmədrza Əfşarinin öldüyünü təsdiqləyib. “Polkovnik Əhmədrza Əfşari koalisiyanın havadan bombardmanları nəticəsində aldığı xəsarətlər nəticəsində şəhid olub”, – deyə İran rəsmisi bildirib. İran mediası zərbənin dəqiq tarixini açıqlamasa da, Afşarinin iyulun sonu avqustun əvvəli arasında xəsarət aldığını bildirib. Qeyd edək ki, ABŞ və İsrail 2011-ci ildə başlayan vətəndaş müharibəsində prezident Bəşər Əsədi dəstəkləməyə başlayandan bəri Tehranın nüfuzunun artdığı İranla əlaqəli qruplaşmalara qarşı Suriyada hərbi hava əməliyyatları keçirir.

Ətraflı

Qəzza,ArabAZ Qəzzada İsrail-HƏMAS müharibəsində 40 mindən çox fələstinli həlak olub,ArabAZ xəbər verir ki, bu haqda ərazinin Səhiyyə Nazirliyi cümə axşamı bildirib. İsrailin hücumu nəticəsində həmçinin 92 min 401 nəfəri yaralayıb və əhalinin 85 faizindən çoxunu evlərindən didərgin salıb. Qeyd edək ki ,münaqişə oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücum edərək 1200-ə yaxın adamı, əksəriyyəti mülki şəxsləri öldürdükdən və təxminən 250 girovu Qəzzaya sürüklədikdən sonra başlayıb. İsrail əsirlərdən 111-nin, o cümlədən 39 nəfərin cəsədinin azad edilmədiyini bildirir. Girovların 15-i qadın və 5 yaşından kiçik iki uşaqdır. Döyüşlər zamanı həmçinin 329 İsrail əsgəri həlak olub. İsrail ordusu Qəzzada öldürülənlər arasında təxminən 15 min…

Ətraflı

Bakı,ArabAZ Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələrinin Təhsil Məsələləri və Mənəvi Dəyərlərin Təbliği Baş İdarəsinin rəisi general-mayor Misfir bin Həsən Əl-İsanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Müdafiə Nazirliyindən ArabAZ -a verilən məlumata görə, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov qonaqlarla görüşüb. Nümayəndə heyətinə “hərbçilərin mənəvi-psixoloji ruhunun yüksəldilməsində milli-mənəvi, əxlaqi və vətənpərvərlik dəyərlərinin mühüm rolu” mövzusunda mühazirələr oxunub, ideoloji işin təşkili və hərbi psixoloqların hazırlığı istiqamətində görülən işlər, eləcə də əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib. Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində…

Ətraflı