Author: Arab Az

Bakı,ArabAZ HƏMAS hərəkatının lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən iki həftə sonra İsrail cavabın xarakterini müəyyən etmək üçün İranın cavabını səbirsizliklə gözləyir. İsrail rəsmiləri İranın birbaşa cavabına hazırlaşsalar da, bunun birbaşa qarşıdurmaya və ya müharibəyə səbəb olmayan cavab olacağına bir qədər əmindirlər.Bu, Həniyənin öldürülməsindən bir gün əvvəl Livan partiyasının hərbi komandiri Fuad Şükrün İsrail tərəfindən öldürülməsinə Hizbullahın gözlənilən cavabına aiddir. İran və Hizbullahın cavabın qaçılmaz olduğunu təsdiqləməsi ilə İsraildə cümə axşamı gözlənilən danışıqlarda Qəzzada müharibəni dayandırmaq üçün HƏMAS ilə razılıq əldə olunarsa, bunun baş verə bilməyəcəyinə dair məlumatlar yayılır. Buna baxmayaraq, İsrail bazar ertəsindən etibarən həyəcan vəziyyətini artırıb və Livanla şimal…

Ətraflı

Bağdad,ArabAz Əs-Sistani narkotik vasitələrin ötürülməsini və ticarətini qadağan edən fətva verdi, bu yolla qazanılan pullar haram sayılır. ArabAz xəbər verir ki , bunu Seyid Əli əl-Sistaninin ofisi açıqlayıb. Açıqlamada deyilir ki , Narkotik həblərin hamısı haramdır və onlardan əldə edilən pullar haramdır, lakin bəzi narkotik vasitələr həkimin tövsiyəsi ilə istifadə oluna bilər” Fetvada deyilir ki , narkotik qaçaqmalçılığı və ya ticarəti ilə məşğul olan insanlarla məşğul olan hər kəs boykot edilməlidir. “Narkomaniyaya qarşı mübarizədə səhlənkarlıq göstərən və öz vəzifə borcunu yerinə yetirməyən məmurlar ikiqat günah işlədirlər və istefaya getməlidirlər”-deyə fetvada bildirilir.

Ətraflı

Bakı,ArabAZ Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracı istiqamətində növbəti uğurlu addım atılıb. Prezident İlham Əliyevin xüsusi diqqətində olan kənd təsərrüfatı sahəsində yaradılam münbir şəraitdən faydalanmaq və milli iqtisadiyyata öz töhfəsini verən “Green Quba” Şirkətinin direktoru Xalid Popal və Dubay şəhərində yerləşən NRTC Şirkətinin rəhbəri AbdulRahim Nassar Al Refai və direktoru Aqeel Mumtaz arasında strateji müqavilə imzalanıb. Azərbaycan Respublikasının Dubay şəhərində yerləşən ticarət nümayəndəliyinin icraçısı Elnur Şükürovun iştirakı ilə keçirələn mərasimdə imzalanmış sənədin Azərbaycanın meyvə ticarətinin inkişafında böyük bir addım olaraq qiymətləndirilir və ölkəmizin meyvə ixrac potensialını artırmaq məqsədi daşıyır. Altı ildən çoxdur ölkənin meyvə sektorunda böyük təcrübə qazanan “Green Quba” şirkəti…

Ətraflı

Bakı,ArabAZ: Rusiya istər Yaxın Şərq, istərsə də Fələstində baş verən hadisələri diqqətlə izləyir. ArabAZ xəbər verir ki, bunu Moskvada səfərdə olan Fələstin lideri Mahmud Abbasla görüşdə Rusiya Prezidenti Vladimir Putin deyib. Mahmud Abbas isə ölkəsinə verilən dəstəyə və Yaxın Şərq problemindəki mövqeyinə görə Rusiya tərəfinə təşəkkür edib.O, Rusiyanı Fələstin xalqının böyük dostu adlandırıb.

Ətraflı

Bakı,ArabAZ İran ABŞ və Avropa ölkələrinin İsrailə qarşı hədəsini geri götürmək çağırışlarına cavab verib və vurğulayıb ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab vermək üçün heç kimdən “icazə” istəmir. ArabAz xəbər verir ki , İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani verdiyi açıqlamada, İranın “öz suverenliyini müdafiə etməkdə qərarlı olduğunu və qanuni haqqını həyata keçirmək üçün heç kimdən icazə istəmədiyini” deyib. O qeyd edib ki, Qərbin çağırışı beynəlxalq münasibətlərin prinsip və müddəalarına ziddir. Qeyd edək ki , dünən (bazar ertəsi) Almaniya, Fransa,Britaniya liderləri İran və onun müttəfiqlərini İsrailə qarşı gərginliyi artıracaq və atəşkəsə nail olmaq və girovları…

Ətraflı

Dəməşq,ArabAz Suriya Gəmiçilik Palatası Ərəb Gəmiçilik Palataları Federasiyasına üzvlüyünü yenilədi. ArabAz xəbər verir ki, paltanın məlumatına görə, bu addım ərəb naviqasiya palataları və dəniz orqanları ilə birgə əməkdaşlığın uğurunu artıracaq.“Palatanın Birliyə üzv olması ərəb gəmiçilik palataları və dəniz orqanları ilə birgə əməkdaşlığın qurulmasının təməl daşıdır”-deyə Suriya Nəqliyyat Nazirliyi öz rəsmi Facebook səhifəsində bildirib. Qeyd edək ki , Ərəb Gəmiçilik Palataları Federasiyası Ərəb Dövlətləri İttifaqının Ərəb İqtisadi İttifaqı Şurasının ixtisaslaşmış federasiyalarından biridir.

Ətraflı

DOHA, ArabAZ Qətər Daxili İşlər Nazirliyi sənəd saxtakarlığı, şəxsiyyət oğurluğunun aşkar edilməsi bacarıqları üzrə kursa başlayıb. ArabAz xəbər verir ki, Qətər Daxili İşlər Nazirliyi tərəfindən təşkil edilən Sənəd Saxtakarlığı və Şəxsiyyət Oğurluğunun Aşkarlanması Bacarıqları üzrə beş günlük kurs bazar günü başlayıb.Kursda Qətər DİN müxtəlif departamentlərindən və bir neçə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) bir sıra ölkələrindən olan çavuş zabitləri sıralarında olan 18 kursant iştirak edir. Kursun məqsədi təhlükəsizliyin artırılması, saxtakarlığın aşkar edilməsi, vəsiqələrin yoxlanılması sahəsində məlumatlılığın və səmərəliliyin artırılması, təcrübə və bilik mübadiləsidir.

Ətraflı

Bakı,ArabAZ Somali qadın futbol klubunun üzvləri ölkələrini kontinental və qlobal səviyyədə təmsil etmək arzusunu yaşatmaq üçün sosial normaları pozur və bir çox çətinliklərin öhdəsindən gəlir. ArabAz xəbər Somalinin paytaxtı Moqadişuda yerləşən Banadir Qadın Futbol Klubunun üzvləri komandalarının xərclərini özləri ödəyirlər. Furbolçu qadınlar ümid edirlər ki nə zaman sa onların ya oynadığı furbol klubu üfüqləri aşacaq. “Bu qadın komandası 2016-cı ildə yaradılıb, lakin təhlükəsizlik baxımından bir neçə il oynamağı dayandırıb. Bir il əvvəl futbol fəaliyyətini bərpa etdi”-deyə, klubun kapitanı Hani Abdurahman deyib. O qeyd edib ki , Banadir komandası heç bir kimə güvənmir.“Biz onu təsis etmişik və özümüz maliyyələşdiririk, istər tarlaların…

Ətraflı

Bakı,ArabAZ Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri, şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə iki ölkə arasındakı ikitərəfli əlaqələri və bu əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi yollarını müzakirə ediblər. ArabAz xəbər verir ki ,Cənubi Afrika Respublikasının Prezidenti ilə telefon danışığında vəliəhd onu yeni prezidentlik müddətinə seçilməsi münasibətilə təbrik edib. Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Ətraflı

Bakı,ArabAz Türkiyə Liviyadakı Vatiyə hava bazasına müasir hava hücumundan müdafiə sistemi qurub.ArabAz xəbər verir ki, yeni hava hücumundan müdafiə sistemi MIM-23 HAWK Yüksək Hündürlükdə Hava Hücumundan Müdafiə Raket Sistemini əvəz edir. HİSAR-O100 sistemini Liviyadakı Vatiyə Hava Bazası üçün quraşdırılıb. Bu system sayəsində Liviya Milli Ordusu (LUO) qüvvələri ilə qarşıdurmalar zamanı çoxlu sayda pilotsuz uçuş aparatı (PUA) və helikopter zərərsizləşdə biləcək.

Ətraflı