Author: Arab Az
Bakı,ArabAZDünya şöhrətli Livan müğənnis Məcidə Əl Rumi ( ərəb : ماجدة الرومي برادعي ) 1956-ci il 13 dekabrda doğulub. O Livan-Misir soprano müğənnisidir və Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir .Macidə müsahibələrində əslənm Misirli olduğunu söyləyib və babasının vaxtilə Qahirədə dərzi işlədiyini deyir. Atası Halim Əl Rumi Cənubi Livanın Tire şəhərində anadan olub və xristiandır. Lakin daha sonra Halim 1919-cu iləd Fələstinin Hayfa şəhərinə köçüb.Hayfada olduğu zaman Halimin evi bir çox müğənni və sairlərin görüş yeri idi və bu da öz növbəsində Məcidəyə təsirsiz ötüşmədi.Məcidə hələ uşaq ikən dünya şöhrətli Ummu Gülsüm və Feyruzun mahnılarını ifa edirdi.Məcidənin əmisi oğlu Raymond Safadi…
Bakı,ArabAZFələstində İslami Müqavimət Hərəkatı (HƏMAS) Yəhya Sinvar oldu. Bu haqda HƏMAS rəsmi bəyanatında deyilir. Sinvar uzun illərdir ki, İsrailin xüsusi təhlekəsli terroristlər siyahısındadır.
Bakı, ArabAZ Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalında səkkiz terrorçu zərərsizləşdirilib. ArabAZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib. İraqın şimalındakı Hakurk bölgəsində 4 PKK terrorçusu, Suriyanın şimalında isə Fərat Qalxanı bölgəsində şəxsiyyəti müəyyən edilən 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib. “Türk Silahlı Qüvvələrimiz, İraqın şimalındakı Hakurk bölgəsində müəyyən etdiyi 4 PKK terrorçusunu, Suriyanın şimalında isə Fərat Qalxanı bölgəsində müəyyən etdiyi 4 PKK terrorçusunu zərərsizləşdirib.” – deyə paylaşımda qeyd edilib. Bildirilib ki, bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlar davam etdiriləcək.
Bakı,ArabAZ Haniyənin öldürülməsi Qəzza müharibəsini uzatmaq məqsədi daşıyır. ArabAZ xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas deyib. O qeyd edib ki, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Həniyyənin öldürülməsi Qəzzada danışıqları çətinləşdirəcək. “Şübhə yoxdur ki, Haniyəni öldürməkdə məqsəd müharibəni uzatmaq və onun əhatə dairəsini genişləndirməkdir. Bu işğalı dayandırmaq üçün davam edən danışıqlara və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasına mənfi təsir göstərəcək. Biz bunu alçaq bir hərəkət və İsrail siyasətində təhlükəli bir gediş hesab edirik. İsrailin işğalçı hökuməti öz ambisiyalarından əl çəkməli, xalqımıza qarşı təcavüzkar hərəkətlərini dayandırmalı, beynəlxalq hüquqa hörmət etməli və Ərəb Sülh Təşəbbüsünü həyata keçirməli, həmçinin…
Bakı,Arab.AZ İsmayıl Haniyə Fələstin hərəkatının beynəlxalq diplomatiyasının sərt siması idi. Lakin onun sərt ritorikasına baxmayaraq, bir çox diplomat onu Qəzza daxilində hərəkatın digər daha sərt üzvləri ilə müqayisədə mötədil hesab edirdi. 2017-ci ildə HƏMAS-ın siyasi bürosunun rəhbəri vəzifəsinə gəldikdən sonra o, mühasirədə olan Qəzza zolağına tətbiq edilən səyahət məhdudiyyətlərindən xilas olmaq üçün Türkiyə ilə Qətərin paytaxtı Doha arasında hərəkət edib və bu, ona atəşkəs danışıqları və İranla müzakirələr aparmağa kömək edib. İsrail, Qəzzadakı səhiyyə orqanlarının məlumatına görə, bu günə qədər Zolaqda 39,000-dən çox insanın ölümünə səbəb olan hərbi əməliyyatlar həyata keçirir. HƏMAS aprelin 10-da Həniyyənin üç oğlu Hazem, Əmir və…
Bakı, ArabAz Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında 2011-ci ildən bəri ilk görüşün avqustda baş tutması ehtimalı yüksəkdir. ArabAz xəbər verir ki, danışıqlar Moskvada, Bağdadda və ya Suriya-Türkiyə sərhədindəki keçid məntəqəsində baş tuta bilər. Rusiya və İraq Ərdoğanla Əsəd arasında görüş təşkil etmək üçün “təşəbbüs” göstərirlər. Qeyd edilib ki, iyulun 23-də Moskvada Rusiya və Suriya prezidentləri Vladimir Putin ilə Bəşər Əsədin görüşü olub. Bundan iki gün sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Müəllifin fikrincə, bu təmaslar diplomatiya mətbəxində nəyinsə hazırlandığını göstərir. Ərdoğanın Fidana Əsədlə görüşə hazırlaşmaq səlahiyyəti verdiyini xatırladan xəbərdə…
Bakı,ArabAZ İtaliya on illik fasilədən sonra yenidən Suriyaya səfir göndərməyi planlaşdırırlar. ArabAZ xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani cümə axşamı bildirib. Məsələ ilə bağlı parlament komitələri qarşısında çıxış edən Tajani Romanın Dəməşq administrasiyası ilə diplomatik əlaqələri bərpa etmək niyyətində olduğunu açıqlayıb. İtaliya Rusiyanın Suriya ilə münasibətləri monopoliyaya almasına mane olmaq istəyir. Bu barədə çərşənbə günü Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd arasında Moskvada keçirilən görüşdən sonra bəyanat verilib. İddialara görə, ikitərəfli görüş zamanı Putin Əsədə Yaxın Şərqdə gərginliyin artmasından narahat olduğunu bildirib. Moskva Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martında başlayandan bəri Qərbin…
Bakı,Arab.AZ Dünya şöhrətli memar Zaha Muhəmməd Hadid ,31 oktyabr 1950-ci ildə Bağdadda doğulub. 2004-cü ildə o, tarixdə Pritzker mükafatına layiq görülən ilk qadın oldu. “The Guardian” qəzeti Hadid haqqında “ O mermarlığı həndəsənin əsirliyindən azadn edən kraliçadır” deyib. Onun əsas əsərləri arasında London Olimpiadası üçün Su İdmanı Mərkəzi , ABŞ-da Miçiqan Universiteti Böyük İncəsənət Muzeyi, Bakıda Heydər Əliyev Mərkəzi və Çində Quançjou Opera Evi yer alır. Onun bəzi layihələri ölümündən sonra təqdim olundu. Zaha Hadidin atası Məhəmməd əl-Həcc Hüseyn Hadid sol-liberal fikirlərə sahib idi və Milli Demokratik Sosialist Partiyasının həmtəsisçisi idi. Anası Vaciha əl-Sabunci əslən Mosuldan olan rəssam idi .…
Bakı,ArabAZ Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb. ArabAz xəbər verir ki, məktubdan deyilir: “Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk. Hazırda ölkələrimiz arasında əlaqələrin dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar yaranmışdır. Siyasi dialoqumuzun müntəzəm xarakter daşıması birgə fəaliyyətimizin inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan iyun ayının əvvəlində Misirə həyata keçirdiyim…
Bakı, ArabAZ Biz Suriyada sülhün əldə edilməsi tərəfdarıyıq. ArabAZ xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablayarkən deyib. “Suriyada ədalətli sülhün mümkün olduğunu düşünürük. Biz hər fürsətdə Suriyanın ərazi bütövlüyünün bizim də maraqlarımızda olduğunu bildiririk. Xarici işlər naziri Hakan Fidan həmsöhbətləri ilə görüşəcək və işin bütün yol xəritəsini müəyyən edəcək.” – deyə Ərdoğan bildirib. O qeyd edib ki, Suriyada qurulan ədalətli sülh ən çox Türkiyəyə fayda verəcək. “Suriyada sülhün əldə edilməməsi üçün terror təşkilatları əllərindən gələni edir. Lakin onlar buna nail ola bilməyəcəklər. Sülh istəyən hər kəsin bu tarixi çağırışı dəstəkləməsini…