Author: Arab Az
Bakı, ArabAz Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında 2011-ci ildən bəri ilk görüşün avqustda baş tutması ehtimalı yüksəkdir. ArabAz xəbər verir ki, danışıqlar Moskvada, Bağdadda və ya Suriya-Türkiyə sərhədindəki keçid məntəqəsində baş tuta bilər. Rusiya və İraq Ərdoğanla Əsəd arasında görüş təşkil etmək üçün “təşəbbüs” göstərirlər. Qeyd edilib ki, iyulun 23-də Moskvada Rusiya və Suriya prezidentləri Vladimir Putin ilə Bəşər Əsədin görüşü olub. Bundan iki gün sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Müəllifin fikrincə, bu təmaslar diplomatiya mətbəxində nəyinsə hazırlandığını göstərir. Ərdoğanın Fidana Əsədlə görüşə hazırlaşmaq səlahiyyəti verdiyini xatırladan xəbərdə…
Bakı,ArabAZ İtaliya on illik fasilədən sonra yenidən Suriyaya səfir göndərməyi planlaşdırırlar. ArabAZ xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani cümə axşamı bildirib. Məsələ ilə bağlı parlament komitələri qarşısında çıxış edən Tajani Romanın Dəməşq administrasiyası ilə diplomatik əlaqələri bərpa etmək niyyətində olduğunu açıqlayıb. İtaliya Rusiyanın Suriya ilə münasibətləri monopoliyaya almasına mane olmaq istəyir. Bu barədə çərşənbə günü Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd arasında Moskvada keçirilən görüşdən sonra bəyanat verilib. İddialara görə, ikitərəfli görüş zamanı Putin Əsədə Yaxın Şərqdə gərginliyin artmasından narahat olduğunu bildirib. Moskva Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martında başlayandan bəri Qərbin…
Bakı,Arab.AZ Dünya şöhrətli memar Zaha Muhəmməd Hadid ,31 oktyabr 1950-ci ildə Bağdadda doğulub. 2004-cü ildə o, tarixdə Pritzker mükafatına layiq görülən ilk qadın oldu. “The Guardian” qəzeti Hadid haqqında “ O mermarlığı həndəsənin əsirliyindən azadn edən kraliçadır” deyib. Onun əsas əsərləri arasında London Olimpiadası üçün Su İdmanı Mərkəzi , ABŞ-da Miçiqan Universiteti Böyük İncəsənət Muzeyi, Bakıda Heydər Əliyev Mərkəzi və Çində Quançjou Opera Evi yer alır. Onun bəzi layihələri ölümündən sonra təqdim olundu. Zaha Hadidin atası Məhəmməd əl-Həcc Hüseyn Hadid sol-liberal fikirlərə sahib idi və Milli Demokratik Sosialist Partiyasının həmtəsisçisi idi. Anası Vaciha əl-Sabunci əslən Mosuldan olan rəssam idi .…
Bakı,ArabAZ Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb. ArabAz xəbər verir ki, məktubdan deyilir: “Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk. Hazırda ölkələrimiz arasında əlaqələrin dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar yaranmışdır. Siyasi dialoqumuzun müntəzəm xarakter daşıması birgə fəaliyyətimizin inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan iyun ayının əvvəlində Misirə həyata keçirdiyim…
Bakı, ArabAZ Biz Suriyada sülhün əldə edilməsi tərəfdarıyıq. ArabAZ xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablayarkən deyib. “Suriyada ədalətli sülhün mümkün olduğunu düşünürük. Biz hər fürsətdə Suriyanın ərazi bütövlüyünün bizim də maraqlarımızda olduğunu bildiririk. Xarici işlər naziri Hakan Fidan həmsöhbətləri ilə görüşəcək və işin bütün yol xəritəsini müəyyən edəcək.” – deyə Ərdoğan bildirib. O qeyd edib ki, Suriyada qurulan ədalətli sülh ən çox Türkiyəyə fayda verəcək. “Suriyada sülhün əldə edilməməsi üçün terror təşkilatları əllərindən gələni edir. Lakin onlar buna nail ola bilməyəcəklər. Sülh istəyən hər kəsin bu tarixi çağırışı dəstəkləməsini…
Bakı, ArabAZ Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib. ArabAZ xəbər verir ki, qanuna əsasən, 2024-cü il aprelin 14-də Əmman şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Bakı. ArabAZ Misirin Əsvan regionunda qədim dövrə aid 33 ailəvi qəbir aşkar edilib. ArabAz Misirin Turizm Nazirliyinə istinadən xəbər verir ki, Misir-İtaliya birgə arxeoloji missiyasının tapdığı qəbirlər eradan əvvəl 712-332-ci illərə aiddir. Qəbirlərdəki mumiya qalıqları həmin dövrdəki xəstəliklər barədə dolğun məlumat əldə etməyə imkan verəcək arxeoloji missiyanın İtaliya tərəfindən rəhbəri, Milan Universitetinin professoru Patrisiya Pyasentini bildirib ki, “bəzi mumiyalarda anemiya, pis qidalanma, vərəm, osteoporoz və ağciyər xəstəliklərinin əlamətləri aşkar edilib”. Qeyd edək ki, Misir-İtaliya birgə arxeoloji missiyasının 2018-ci ildən bəri Əsvanda qazıntı aparır.
Bakı. ArabAZ : İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi olub. AzerVoice xəbər verir ki, Misirin xarici işlər naziri Sameh Həssən Şukri və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu və “Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar. Misirin xarici işlər naziri Sameh Həssən Şukri və Azərbaycanın energetika naziri Pərviz Şahbazov…
XARTUM,ArabAZ Sudanlılar, Çevik Dəstək Qüvvələrinin (HDK) üzvü olduğu iddia edilən əsgərə qarşı ordu forması geyinmiş şəxslər tərəfindən törədilmiş vəhşi cinayətin dəhşətli səhnələri qarşısında şoka düşüb. AzerVoice xəbər verir ki, “əsgərər” HDK üzvünü öldürdükdən sonra, cəsədini parçalayıb, daxili orqanlarını yerə töküb və sonra da təkbir gətiriblər. Bütün bunlar sadə insanların gözü qarşısında edilib. Sudanın mərkəzi hissəsindəki Əl-Cəzirə əyalətinin kənd ərazisində çəkilmiş və sosial media platformalarında geniş şəkildə paylaşılan videoda bir ordu mənsubunun cəsəddən çıxardığı bağırsaqları nümayiş etdirərək ağzına yaxınlaşdırıb. Bu hadisə Sudan cəmiyyətində bir çox sual və reaksiyalara səbəb olub. Rəsmi hərbi geyimdə olan şəxslər tərəfindən bu cür çirkin əməllərin törədilməsi…
Bakı,ArabAZ Sudanda 230 min uşaq və qadın aclıqdan ölmək riski altındadır. Yay aylarının daha qurar keçməsini nəzərə alsaq bu rəqəmin daha da artacağı istisna edilmir Sudanda 2,9 milyondan çox uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir. Qeyd edək ki,Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, münaqişə nəticəsində minlərlə insan həlak olub, 8 milyon insan isə didərgin düşüb. Beynəlxalq səviyyədə ən böyük köçkün böhranına şahidlik edən Sudandakı müharibə “dünyada ən böyük aclıq böhranını yarada bilər. Mülki əhalinin hədəf alınması, infrastrukturun dağıdılması, zorlama, talan, kəndlərin köçürülməsi və yandırılması 48 milyon sudanlıya təsir edən gündəlik “həyat” tərzinə çevrilib. Sudanda minlərlə insanın ölümünə, milyonlarla insanın qaçmağa…
