Author: Arab Az
Əmman,ArabAZ İordaniya həftə sonu İranın İsrailə hücumu zamanı çoxsaylı raket və pilotsuz təyyarələri ələ keçirib, lakin bu o demək deyil ki, krallıq “regional müharibədə meydança” olacaq. ArabAZ xəbər verir ki. Bunu İordaniya kralı II Abdullah deyib. “Krallığın öncəliyi millətin təhlükəsizliyini və suverenliyini bütün digər məsələlərdən üstün tutmaqdır. İordaniyanın məqsədi İsraili müdafiə yox, öz suverenliyini qorumaqdır” deyə o bildirib. Qeyd edək ki, daha öncə İordaniyanın xarici işlər naziri Ayman Safadi deyib ki, beynəlxalq ictimaiyyət İsrailin baş naziri Benyamin Netanyahunun İranla qarşıdurmasını gücləndirərək diqqətini Qəzzadan baş verənlərdən yayındırmaq istəyinə mane olmalıdır. “Biz eskalasiyanın əleyhinəyik. Netanyahu diqqəti Qəzzadan uzaqlaşdırmaq və diqqətini İranla qarşıdurmasına…
Səna,ArabAZABŞ hərbçiləri Yəmən ərazisində “Ənsar Allah” hərəkatının iki gəmi əleyhinə raketinə zərbə endirib.ArabAZ xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.Qeyd olunub ki, gəmi əleyhinə raketlər yük maşınlarına montaj edilib.Bundan başqa, CENTCOM bildirib ki, husilərin Sinqapura məxsus “Propel Fortune” adlı quru yük gəmisi istiqamətində iki gəmi əleyhinə raket buraxıb, lakin raketlər hədəfə çatmayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bakı,ArabAZ Səudiyyə Ərəbistanı ilə hərtərəfli əməkdaşlıq üçün güclü səylər var,AzerVoice xəbər verir ki, bunu “Şərq əl-Əvsat” qəzetinə müsahibəsində, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib. Rəfiyev Səudiyyə Ərəbistanı-Azərbaycan münasibətləri barədə bunları deyib: “İki ölkə arasında güclü və dərin köklü əlaqələr var. Biz beynəlxalq təşkilatlar çərçivəsində, bir çox təşəbbüslərdə bir-birimizi dəstəkləmişik. Məsələn, biz Səudiyyə Ərəbistanının Expo 2030-a ev sahibliyi etmək təklifini və 2034-cü ildə FIFA Dünya Kubokuna ev sahibliyi etmək təşəbbüsünü dəstəklədik.” O qeyd edib ki, həmkarı, Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Valid bin Əbdülkərim Əl-Hireyci ilə ikitərəfli gündəliyə dair müxtəlif məsələləri müzakirə edib. “Biz əməkdaşlığımızın gələcəyi ilə bağlı…
