Author: Arab Az

BAKI,ArabAZ Pakistan bizə zərbə vurmaq üçün istifadə oluna biləcək raketlər hazırlayır,ArabAZ xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Con Fayner cümə axşamı bildirib. O qedy edib ki, nüvə silahına malik Pakistan uzun mənzilli ballistik raket imkanlarını inkişaf etdirir və nəticədə ABŞ da daxil olmaqla Cənubi Asiyadan kənarda hədəfləri vurma imkan əldə edə bilər. Ağ Evin yüksək rütbəli rəsmisi əlavə edib ki, İslamabadın davranışı onun niyyətləri ilə bağlı “real suallar” yaradır. Fayner Karnegi Beynəlxalq Sülh Fondundakı çıxışında deyib: “ Pakistanın hərəkətlərini ABŞ üçün təhlükədən başqa bir şey kimi görmək mümkün deyil”

Ətraflı

DƏMƏŞQ,ArabAZ ABŞ Mərkəzi Komandanlığı bu gün elan edib ki, qüvvələri dünən (cümə axşamı) Suriyanın Deyr əz-Zor valiliyindəki reyd zamanı bir lider də daxil olmaqla iki İŞİD üzvünü hədəf alan “dəqiq” hava hücumu həyata keçirib. ArabAZ xəbər verir ki, bu haqda Mərkəzi Komandanlıq “X” platformasında verdiyi açıqlamada deyilir.Məlumata əsasən öldürülən liderlərin biri “Əbu Yusif” adlı İŞİD lideridir.“ABŞ regiondakı müttəfiqləri və tərəfdaşları ilə birlikdə İŞİD-in Suriyadakı mövcud vəziyyətdən sui-istifadə etməsinə və öz sıralarını yenidən toplamasına imkan verməyəcək”-deyə ABŞ Mərkəzi Komandanlığının komandanı Maykl Korella deyib.Onun sözlərinə görə, İŞİD hazırda Suriyada həbsdə olan 8 mindən çox üzvünü azad etməyə çalışır.

Ətraflı

QAHİRƏ,ArabAZ Çaddakı səlahiyyətlilər, Afrika ölkəsində yerləşdirilən Fransız qüvvələrini gələn yanvarın sonuna qədər geri çəkmələrini istədiyib. ArabAZ xəbər verir ki, buna baxmayaraq Fransa önümüzdəki yeddi həftə ərzində mindən çox əsgərin geri çəkilməsini qeyri mümükün sayıb. Qeyd edək ki, noyabrın 28-də Çad Fransa ilə imzalanmış hərbi əməkdaşlıq sazişini ləğv etmək qərarına gəldi və bunu Fransa hökuməti ilə iki xalqın mənafeyinə xidmət edən yaxşı münasibətləri saxlamaqla öz “suverenliyinə” nail olmaq cəhdi ilə əsaslandırdı.Bu barədə Çad hökuməti məlumat verib. Fransızlar hərbi əməkdaşlıq müqaviləsinin ləğvini qəbul etsələr də və ölkədə mövcud olan qüvvələrin çıxarılması prosedurları ilə bağlı Çadla danışıqlar apardıqlarını bildiriblər. Radio France Internationale-nin Fransa…

Ətraflı

BAĞDAD,ArabAZ İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani bəyan edib ki, İraq diplomatik missiyası Bəşər Əsəd rejiminin devrilməsindən sonra öz missiyasını yenidən bərpa edib. ArabAZ xəbər verir ki, daha öncə bu diplomatic missiyanın əməkdaşları Suiryada yaşanan son hadisələr ərəfəsində Livana köçürülmüşdülər. Əl-Sudani Əl-İraqiyə xəbər kanalına verdiyi müsahibədə ölkəsinin “Suriya sabitliyin olmasında maraqlı olduğunu bildirib. Əsədin devrilməsindən sonra İrana sadiq şiə partiyalar tərəfindən gətirilən Bağdad hökuməti suriyalıların “azad iradəsinə hörmət edilməsinin” vacibliyini bildirib.

Ətraflı

QÜDS,ArabAZ İsrail Suriyada 100 ildə bir yaranan fürsətdən istifadə edəcək İsrailin baş naziri Benyamin Netanyahunun Suriya ərazisinin yeni işğalının İbrani dövlətinin təhlükəsizliyini ekstremist hücumlardan qorumaq məqsədi ilə “müvəqqəti tədbir” olduğunu iddia etməsi, xüsusən də ordusunun müdafiə qabiliyyətini məhv etməsindən və ölkəyə külli miqdarda ziyan vurmasından sonra səmimi görünmür. İsrail Suriya ərazisinə girməyini müvəqqəti təhlükəsizlik tədbiri adlandırsa da, bu ciddi görünmür, işğalın başqa məqsədləri var. İsrail Əsəd rejimin bu qədər tez devriləcəyini gözləmirdi eyni zamanda Tel-Əviv Türkiyənin təsirinin bu qədər dərin olacağını və onun hərbi imkanlarının Suriyaya nəzarətdə bu qədər uğurlu olacağını təsəvvür etmirdi. İsrailin Suriyanın yeni ərazilərini işğaı etməsi,ani hadisələr…

Ətraflı

TEHRAN,ArabAZ Cümə axşamı HƏMAS İsrailin Yəmənə endirdiyi zərbələri “təcavüzün təhlükəli genişlənməsi və genişlənməsi” kimi qiymətləndirib. ArabAZ xəbər verir ki, hərəkatın bəyanatında “Biz bu gərginliyi təhlükəli hesab edirik və Fələstin xalqımıza, Suriyaya və ərəb regionuna qarşı təcavüzün genişləndirilməsi hesab edirik”, – deyə bildirilir. İsrail, İranın dəstəklədiyi qrup tərəfindən buraxılan raketləri təsbit etdikdən sonra, Yəməndəki “Husi” qruplaşmasına məxsus “hərbi hədəflərə”, xüsusən də “limanlar və enerji infrastrukturu”na hava zərbələri endirdiyini açıqladı. İran da öz növbəsində cümə axşamı İsrailin Yəməndəki husilərə məxsus limanlara və enerji obyektlərinə hücumlarını “beynəlxalq hüququn kobud şəkildə pozulması” kimi qiymətləndirib. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.…

Ətraflı

QAHİRƏ,ArabAZAzərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir.ArabAZ verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov Qahirədə D-8 11-ci Zirvə görüşündə deyib.”Suriyada Əsəd rejiminin süqutundan sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir.Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir.Ümidvarıq ki, bütün məsələlər Suriya xalqının iradəsinə uyğun şəkildə və ölkədaxili siyasi dialoq vasitəsilə həll olunacaqdır.Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasında öz dəstəyini əsirgəməyəcək.Bu istiqamətdə praktiki addımların atılması istiqamətində qardaş Türkiyə ilə yaxın təmasları davam etdiririk”, – o qeyd edib. Qeyd edək ki, Prezident İlham Əliyev…

Ətraflı

QAHİƏ,ArabAZ 19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdardır. Ölkəmiz ilk dəfə cənab Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub. Qahirə şəhərində keçirilən XI Sammitdə ölkəmizi Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən…

Ətraflı

Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti. Hər bir dövlət əsrlərlə, illərlə, qərinələrlə xalqın çəkdiyi əziyyətin və keçdiyi yolun nəticəsidir. Dövlət dediyin nizamdır. Nizam isə təhlükəsizlik və məişətin davamlılığını təmin edir. Lakin dövlət bəzən insanlarının bütün tələblərini istədikləri kimi təmin edə bilmir. Bunun daxili və xarici səbəbləri mövcuddur. Buna baxmayaraq, dövlətə sahib olmaq bir xalq üçün böyük siyasi uğurdur. Dövlətin inkişafı və islahatı millətin mentalitetinə, psixoloji xüsusiyyətlərinə, tarixi inkişafına, yerləşdiyi əraziyə və müxtəlif amillərə uyğun şəkildə aparılmalıdır. Şərq və Qərb xalqlarının psixoloji, sosial xüsusiyyətləri eyni deyil. İşğalda olmuş xalqların vəziyyəti ilə…

Ətraflı

DƏMƏŞQ,ArabAZ Suriyada hakimiyyətə gələn “Heyat Təhrir Əl-Şam”ın lideri Əhməd Əl-Şaraa (Əbu Məhəmməd Əl-Culani) ölkəsinin müharibədən tükəndiyini və qonşuları və ya Qərb üçün təhlükə yaratmadığını bildirib və Suriyanı Əfqanıstanın surətinə çevirmək istəmədiyini vurğulayıb. ArabAZ xəbər verir ki, O BBC-yə müsahibəsində Əl-Şaraa Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb. “Bütün baş verənlərdən sonra sanksiyalar ləğv edilməlidir, çünki onlar köhnə rejimi hədəf alırdılar. Qurbanla zalımla eyni rəftar edilməməlidir”- deyə o bildirib. Əl-Şaraa təşkilatının BMT, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın “terror təşkilatları siyahısı”ndan çıxarılmasının vacibliyini vurğulayıb. Heyət Təhrir əş-Şam 2016-cı ildə Əl-Qaidədən ayrılmış bir qrup olaraq fəaliyyətə başlayıb.“Heyət Təhrir əş-Şam terror qruplaşması deyil. Biz…

Ətraflı