Author: Arab Az
QÜDS,ArabAZİsrailin müdafiə naziri Yisrael Katz bu gün (cümə axşamı) bildirib ki, İsrailin ” uzun” əli Yəməndəki Husi liderlərinə çatacaq.ArabAZ xəbər verir ki, Katz, “X” platformasında öz hesabında yerləşdirdiyi videoklipdə əlavə bunları qeyd edib.“Husi (terrorçu) liderlərinə xəbərdarlıq etdim ki, İsrail onlara çatacaq və İsrailə qarşı əl qaldıranın əli kəsiləcək. Biz bütün gücümüzlə zərbə endirəcəyik və İsrailin təhdid edilməsinə imkan verməyəcəyik””-deyə o bildirib. Yəmənin paytaxtı Səna, Hudeydə və Yəmənin qərbindəki Ras İsa limanı bu səhər (cümə axşamı) səhər tezdən İsrailin bir sıra basqınlarına məruz qalıb.Husi mediası Sənaya edilən basqınların Həziz və Zəhban gücünü hədəf aldığını bildirib və nəticədə doqquz nəfərin öldürüyü qeyd…
QAHİRI,ArabAZ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan D-8 Zirvə Toplantısının Açılış Sessiyasında iştirak etmək üçün Misirə yola düşüb. ArabAZ xəbər verir ki, Ərdoğanı Esenboğa hava limanından vitse-prezident Cevdet Yılmaz və Ankara valisi Vasip Şahin yola salıb. Ərdoğanla birlikdə Türkiyənin ticarət naziri Ömər Bolat, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da Misirə gedib. Ərdoğan Türkiyənin də daxil olduğu səkkiz inkişaf etməkdə olan ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. D-8 üzvləri sonuncu dəfə iyun ayında İstanbulda bir araya gəlib və fövqəladə sammitdə…
ANKARA,ArabAZ Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın yeni hakimiyyət orqanları Ankaranın terrorçu kimi təsnif etdiyi PKK-nın Suriya qolu olan YPG problemini həll etməyə çağırıb. ArabAZ xəbər verir ki,Fidna qeyd edib ki, yeni hakimiyyət bu qpupların yaratdığı problem həll etsə, ölkəsinin, özünü Suriyadakı kürdlərin müdafiəçisi kimi göstərən, əslində isə terrorçu olan silahlı birləşmələrə qarşı, hücuma keçməsi üçün heç bir əsas olmayacaq. “İndi Dəməşdə yeni bir rəhbərlik var. Düşünürəm ki, bu problemi düzgün şəkildə həll etsələr, başqa heç bir problem olmayacaq”-deyə o qeyd edib.
“Türkiyə bu mərhələdə Suriyaya qoşun yeritməyəcək. Bunun üçün artıq başqa qüvvələr intensiv şəkildə hərəkətə gətirilib”. Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Türkiyə Ordusunun Suriyaya geniş miqyaslı hücuma keçəcəyilə bağlı iddiaları şərh edərkən deyib. Rufiz Hafizoğlu bildirib ki, Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra daha bir fərqli tablo açılıb: “Burada olan bütün oyunçular bəziləri yaxşı, bəziləri də pis mənada artıq tam olaraq simalarını ortaya qoya bildi. Burada Türkiyə, ABŞ, İsrail, Rusiya, İran, Səudiyyə Ərəbistanı və xalq olaraq Suriyanın maraqları var. Bəziləri hesab edirdi ki, həmin qüvvələr qarşısında yalnız Bəşər Əsəd qoruyucu və dövlətin unitarlığını saxlayan qüvvədir. Amma bu yanlışdır. Ölkənin…
QÜDS,ArabAZ İsrail ordusu Yəmən ərazisində “Ənsar Allah” adı ilə tanınan və İranaın dəstəyi ilə maliyyələşdirilən husi üsyançılarının hərbi hədəflərinə hava zərbələri endirdiyini təsdiqləyib. ArabAZ xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib. “İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr kəşfiyyat və dəniz qüvvələrinin göstərişi ilə Yəmənin qərb sahillərində və ərazisinin dərinliklərində husi terror rejiminə aid hərbi hədəflərə zərbələr endirib”, – deyə bildirilib.
BEYRUT,ArabAZ İsrail müharibəsi zamanı itkin düşmüş döyüşçülərin validetinlərinin övladları haqqında hələ bir xəbər almamaları, eləcə də ölənlərin təm-təraqla deyil, sadə dəfni livanlı ailələrdə hizbə qarşı narazıçılıq yaradıb. Çünki atəşkəs sazişinin qüvvəyə minməsindən təxminən 3 həftə keçməsinə baxmayaraq, onlarla əlaqə kəsildikdən və indiyədək cəsədləri tapılmayan mindən çox döyüşçünün taleyi hələ də məlum deyil, “Şəhid oldu” deyilənlərin isə cəsədi tapılmayıb. Bu informasiyaların Hizbullah döyüşçülərinin ailələrinə təqdim olunmaması bir çoxlarında “övladlarının” İsrail əsirliyində olması fikrini yaradıb. Qeyd edək ki, daha öncəs İsrail də rəqəm açıqlamadan döyüşlərdə Hizbullahçıların əsir götürüldüyünü demişdi. Bəzi məlumatlarda əsir alınan Hizbullahçıların sayının yüzlərlə olduğu bildirilməkdədir. Hizbullah keçmiş media rəsmisi…
ANKARA,ArabAZTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankara və Beyrutun “Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada birgə işləmək barədə razılığa gəldiyini” təsdiqləyib. Ərdoğan Livanın baş naziri Nəcib Miqati ilə birgə keçirdiyi mətbuat konfransında “İndi Suriyada yeni dövr başlayıb. Biz Suriyanın mühüm qonşuları kimi birlikdə işləməli olduğumuza razıyıq@-deyib.İkitərəfli görüşə getməzdən əvvəl prezident Ərdoğan tərəfindən qəbul edilən Miqati ,şərəfinə paytaxt Ankaradakı prezident iqamətgahında rəsmi qəbul mərasimi keçirilib, ardınca nazirlər səviyyəsində geniş tərkibdə görüş olub, Livan və Türkiyə nazirlər ikitərəfli işgüzar görüşlər də keçiriblər. Ərdoğan və Miqati birgə mətbuat konfransı keçirən Türkiyə prezidenti “Livan və Fələstinin bu ili İsrailin təhdidləri və hücumları ilə…
DƏMƏŞQ,ArabAZFransa yanvarda ərəb, türk və qərb tərəfdaşları ilə Suriya üzrə görüş keçirəcək,ArabAZ xəbər verir ki, bu haqda Fransanın xarici işlər naziri Jan-Noel Barrot çərşənbə günü bildirib.İclas keçən həftə İordaniyada keçirilən görüşün davamı olacaq. Parlamentdə çıxış edən Barrot əlavə edib ki, Suriyada yenidənqurma yardımı və sanksiyaların ləğvi yeni hakimiyyətin aydın siyasi və təhlükəsizlik öhdəliklərindən asılı olacaq. O, Suriyanın yeni keçid orqanlarının sözlərə görə deyil, zamanla hərəkətlərinə görə qiymətləndiriləcəyini vurğulayıb. Daha əvvəl Fransa prezidenti Emmanuel Makron və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada keçidin ölkədəki bütün icmaların hüquqlarına hörmətlə yanaşması ilə bağlı razılığa gəliblər, bu haqda Fransa prezidentliyi çərşənbə günü liderlərin telefonla…
RABAT,ArabAZ Mərakeşin cənubunda qadınlar çox vaxt onları cüzi qazancla tərk edən mürəkkəb sənət növü olan xalçaçılıq sənətinin mühafizəçiləridir. Ölkənin Təznaxt kəndindəki kiçik evinin qarşısında taxta toxuculuq dəzgahında xalçalar toxuyan İcca Bençri kimi qadınlar bir çox nəsillərə gedib çıxan ənənələrə əməl edirlər. 60 yaşlı Bençri deyir ki 12 yaşından xalça toxumağa başlayıb və bu sənət ona da anasından ötürülüb. Cəsarətli həndəsi naxışları və canlı rəngləri ilə tanınan əl ilə toxunmuş xalçalar yerli bazarlarda və turistlərin sevimli əşyalarındandır. Statistik məlumatlara əsasən 2022-ci ildə ənənəvi xalçalar krallığın ixracının təxminən 22 faizini təşkil edib. Təznaxt ətrafındakı dağ kəndləri xüsusu üsulla tikilən xalçaları ilə məşhurdur,…
BAKI,ArabAZ Bu gün Bakıda Qətər Milli Günü qeyd olunub. ArabAZ xəbər verir ki, tədbirdə Qətər Dövlətinin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər qonaqlar iştirak edib. Tədbirdə çıxış edən Qətər Dövlətinin səfiri Azərbaycan-Qətər münasibətlərinə toxunaraq, bu münasibətlərin artan xətt üzrə inkişaf etdiyini bildirib. Səfir eyni zamanda ölkəsində olan dinamik inkişafın əhəmiyyətini dilə gətirərək, bütün bunların Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taninin rəhbərliyi altında olduğunu vurğulayıb. O qedy edib ki, Qətər dövləti qonşu və qardaş dövlətlərə əlaqələrinə ciddi önəm…
