Author: BeyrutArabAZ
BEYRUT,ArabAZ Əsədin devrilməsi ilə Suriyada təchizat marşrutumuzu itirdik,ArabAZ xəbər verir ki, bunu İran tərəfindən dəstəklənən Livanın Hizbullah qruplaşmasının baş katibi Naim Qasim deyib.O qeyd edib ki, Hizbullah qrup müxalifətin başlatdığı genişmiqyaslı hücum nəticəsində təxminən bir həftə əvvəl prezident Bəşər Əsədin devrilməsindən sonra Suriyadan keçən təchizat yolunu itirib.Qasim ümid etdiyini bildirib ki, Suriyanın yeni hakimiyyəti şiə təşkilatının müttəfiqi olan Əsədin devrilməsindən sonra İsraillə münasibətləri normallaşdırmayacaq.O, Əsədin devrilməsindən sonra ilk çıxışında deyib: “Ümid edirik ki, bu yeni hakimiyyət İsraili düşmən hesab edəcək və onunla münasibətləri normallaşdırmayacaq”.İranyönlü qrup olan Hizbullah Suriyada qanlı vətəndaş müharibəsi zamanı devrilmiş prezidentin rejimini dəstəkləmişdi.
BEYRUT,ArabAZ Suriyada baş verənlər böyük və təhlükəli transformasiyadır,ArabAZ xəbər verir ki, bunu Livanda “Müqavimətə Sadiqlik” blokunun üzvü, deputat Həsən Fədlallah deyib. “Suriyada baş verənlər böyük, təhlükəli və yeni bir transformasiyadır. Bunun necə və nə üçün baş verdiyini qiymətləndirmək lazımdır və qiymətləndirmə aparılmır.” – deyə o qeyd edib.Qeyd edək ki, Hizbullah İsrailə qarşı müharibə aparmaq üçün Suriyadan öz billiklərinin çıxarıb. Bəşər Əsəd rejiminin devrilməsi Hizbullahı Livanın şərq sərhədində mühüm müttəfiqindən məhrum etdi. Əsədin hakimiyyəti altında olan Suriya İran üçün Hizbullahı silahla təmin etmək üçün mühüm kanal idi. Heyət Təhrir əş-Şamın başçılıq etdiyi silahlı Suriya müxalifəti bazar günü Dəməşqə girərək, paytaxta nəzarəti…
BEYRUT,ArabAZ Hizbullah ilə atəşkəs pozularsa, İsrail Livan ordusu və ya Hizbullaha arasında heç bir fərq qoymayacaq. ArabAZ xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yisrael Katz deyib. Şimal sərhədinə səfəri zamanı Katz Livan hökumətini “Livan ordusuna öz rvəzifəsini yerinə yetirməyə çağırıb. “Əgər atəşkəs pozularsa, Livan dövləti üçün də istisna olmayacaq. Aramızda imzalanan müqaviləni maksimum təsirli və sıfır tolerantlıqla həyata keçirəcəyik”-deyə o bildirib. Livanın Milli Xəbər Agentliyi, təhlükəsizliyi qorumaq üçün ölkənin cənubundakı Tir şəhəri və ətrafının məhəllə və küçələrində ordunun ağır texnikasının yerləşdirildiyini bildirib. Eyni zamanda Livan Ordusu Ordudakı döyüş hissələrinə qoşulmaq üçün könüllü əsgərlərə ehtiyac olduğunu açıqlayıb.
QÜDS,ArabAZ İsrail Yayım Təşkilatı, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın İsrail Baş Qərargah rəisi Herzi Halevinin HƏMAS-ın qarşısını ala bilmədiyi üçün Livanda atəşkəs razılaşmasındakı keçid dövrünün sonuna qədər istefa verməsini istədiklərini bildirib. ArabAZ xəbər verir ki,“Times of Israel” saytının məlumatına görə, İsrail Yayım Təşkilatı diplomatik və təhlükəsizlik mənbələrinə və hökumət nazirlərinə istinadən bildirib ki, Halevinin yerinə baş qərargah rəisi vəzifəsinə namizədlərin siyahısına aşağıdakılar daxildir:Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir, İsrail Ordusu Baş Qərargah rəisinin müavini Əmir Baram, Baş Qərargahın Strategiya İdarəsinin rəisi,İsrail Ordusunun Şimal Komandanlığının komandanı Uri Qordon. Livanda atəşkəs razılaşmasına 60 günlük keçid dövrü daxildir və…
BEYRUT,ArabAZ İsrail pilotsuz təyyarəsi Livanın cənubundakı Vata əl-Xiyam bölgəsinə iki raket atıb. ArabAZ xəbər verir ki, İsrail ordusu, səhər saatlarında Livanın cənubunda Hizbullaha məxsus mobil raket platformasını bombaladığını açıqlamışdı. Livanda atəşkəs razılaşması iki tərəf arasında təxminən bir il davam edən atışmadan sonra İsrail və Hizbullah qruplaşması arasında son münaqişəyə son qoymaq məqsədi ilə yerli vaxtla ötən çərşənbə günü səhər saatlarında qüvvəyə minib. Atəşkəs bəzən polzulur. Belə ki, cənubda yerləşməyə başladığını elan edən Livan ordusu cümə axşamı İsraili iki gün ərzində atəşkəs razılaşmasını “bir neçə dəfə” pozmaqda ittiham edib. “2024-cü il noyabrın 27 və 28-də atəşkəs razılaşmasının elan edilməsindən sonra düşmən…
BEYRUT,ArabAZ Hizbullahın baş katibi Naim Qasim təşkilat və İsrail arasında atəşkəsin qüvvəyə minməsindən sonra ilk çıxışı zamanı, İsrailə qarşı “böyük qələbə” əldə etdiyini bəyan edib.ArabAZ xəbər verir ki, Qasim iki tərəf arasında son müharibəyə toxunaraq, “Rəsmi və aydın şəkildə elan etmək qərarına gəldim ki, biz 2006-cı ilin iyulunda baş vermiş qələbədən daha böyük bir qələbə ilə qarşı-qarşıyayıq”-deyib.Qasim Hizbullahla İsrail arasında atəşkəs razılaşmasının həyata keçirilməsi üçün Livan ordusu ilə koordinasiyanın olduğunu təsdiqləyib. “Müqavimət (Hizbullah) və Livan ordusu arasında koordinasiya, razılaşmanın öhdəliklərini yerinə yetirmək üçün yüksək səviyyəli bir koordinasiya olacaq”-deyə o bildirib.
QÜDS,ArabAZ Hüquq müdafiəçiləri İsrailin Knessetdə (Parlamentdə) ərəb nümayəndələrini azaltmaq və onların siyasətə təsirini zəiflətmək məqsədi daşıyan qanunlar qəbul edilməsi üçün atılan addımları tənqid ediblər və bunun təhlükəsli bir addım olduğunu bildiriblər. Onlardan bəziləri bu qanunların “rəsmi şəkildə İsraili aparteid dövlətinə çevirdiyini” söylədi. Mənbələr bildiriblər ki, Knessetdə ərəblərin faizi hazırda aşağıdır, çünki onlar “əhalinin təxminən 20 faizini təşkil edir, lakin onlar cəmi on nümayəndə ilə təmsil olunurlar, yəni 10 faizdən azdırlar və bu azmış kimi hökumət onları azaltmağa çalışır. Knessetin qış sessiyasının başlaması ilə hökumət ərəblərin seçkilərdə rəqabətini çətinləşdirəcək qanuna dəyişiklik etmək üçün fəal şəkildə irəliləməyə başlayıb. Qanun layihəsi hakim koalisiyanın…
BEYRUT,ArabAZ İsrail ordusu bu gün Livanın cənubundakı Hizbullah obyektini havadan bombaladığını elan edərək, atəşkəs razılaşmasının qüvvəyə minməsindən bir gün sonra bölgədə yerləşdirmənin davam etdiyini təsdiqləyib. ArabAZ xəbər verir ki, bu haqda İsrail ordusunun bəyanatında deyilir. “Bir müddət əvvəl Livanın cənubunda Hizbullah tərəfindən orta mənzilli raketlərin saxlanması üçün istifadə edilən obyektdə fəaliyyət aşkarlanıb və təhlükə İsrail Hərbi Hava Qüvvələrinin qırıcısı tərəfindən dəf edilib”-deyə bəyanatda deyilir. İsrail ordusu İsrail və Hizbullah arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən bir gün sonra Livan sakinlərinə cənubdakı 10 kənd və ya ətrafdakı evlərinə qayıtmamaq barədə xəbərdarlıq edib.
BEYRUT,ArabAZ İsrail ordusu cümə axşamı günü Livanın cənubunda bir neçə bölgədə şübhəlilərin olduğunu aşkarladığını və bunu Hizbullah ilə atəşkəsin pozulması adlandırdığını açıqlayıb.Digər tərəfdən Livanın cənubunda İsrailin açdığı atəş nəticəsində ən azı iki nəfər yaralanıb. Livanın təhlükəsizlik mənbələri və dövlət mediasına görə, cümə axşamı səhər saatlarında İsrail tank atəşi Livanın İsraillə cənub-şərq sərhədində yerləşən üç şəhəri hədəf alıb. Zərbələr “hücum xarakterli hərbi əməliyyatları” qadağan edən atəşkəsin rəsmən qüvvəyə minməsindən bir gün sonraya təsadüf edib. Tank atəşi Livan və İsrail arasındakı sərhədi qeyd edən Mavi Xəttin iki kilometrliyində yerləşən Markaba, Vazzani və Kfarchouba bölgələrinə olub. Təhlükəsizlik mənbələrindən biri Markabada iki nəfərin yaralandığını…
BEYRUT,ArabAZİranın sıravı livanlıların qanı və canı bahasına dəstəklədəyi Hizbullah qruplaşması hesab edir ki, atəşkəs qüvvəyə mindikdən və minlərlə məcburi köçkün öz qəsəbə və kəndlərinə, xüsusən də Livanın cənubuna qayıtdıqdan sonra İsrail üzərində “qələbə” əldə edib. Təşkilat öz tərəfdarlarına xitabən bəyanat yayaraq, “Qələbə, qürur və gücdür və o yalnız Uca Allahdandır” ifadəsini işlədib. Hizbullah eyni zamanda döyüşçülərinin “İsrail düşməninin ambisiyaları və hücumları ilə mübarizə aparmağa tam hazır olacağını və düşməni hər yerdə izləyəcəyin”- bildirib Qeyd edək ki, tərəflər arasında atəşkəsin qüvvəyə minməsi ilə cənub və Bekaa əhalisi kəndlərinə qayıtmağa başladı. Livan Ordusu İsraillə atəşkəs razılaşmasından sonra Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti…