Author: mail.azerpress

Bakı,AzerVoice NATO-nun baş katibi Yens Stoltenberq alyansın yeni sözçüsü vəzifəsinə Livan əsilli Britaniya vətəndaşı Fərəh Daxallanı təyin edib. NATO-nun saytında verilən məlumata görə, Daxalla 2024-cü ilin martından vəzifəyə keçəcək. Stoltenberq mövzu ilə bağlı verdiyi açıqlamada, “NATO-nun baş katibi olaraq, yeni sözçü olaraq Fərəh Daxallanı salamlamaqdan xoşbəxtəm” deyib. O, həmçinin vurğulayıb ki, daha təhlükəli dünyada media ilə aydın və vaxtında ünsiyyət və qarşılıqlı əlaqə həmişəkindən daha vacibdir. Fərəh Daxalla kimdir? Daxalla 2004-cü ildə Beyrutdakı Saint Joseph Universitetində audiovizual sənətlər üzrə universiteti bitirib. Daha sonra təhsilini Londonda başa vurub və 2005-ci ildə London İqtisadiyyat Məktəbində media və kommunikasiyalar üzrə magistr dərəcəsi alıb.…

Ətraflı

Bakı,ArabAZFələstində 2019-cu ildən Məhəmməd Ştiyyenin rəhbərlik etdiyi hökumət bu gün istefa ərizəsini prezident Mahmud Abbasa təqdim edib.Bu, Qəzza zolağı və İordan çayının qərb sahilində işləri idarə edəcək ixtisaslı texnokratlardan ibarət yeni hökumətin formalaşmasından xəbər verir.Fələstin prezidenti Abbas yeni hökuməti formalaşdırmaq üçün siyasətçi və iqtisadçı Məhəmməd Mustafanı təyin etməkdə qərarlıdır. Abbas hesab edir ki, Mustafa Fələstinin xüsusiləQəzza zolağındakı müharibədən sonra keçdiyi çətin mərhələni idarə edə biləcək texnokratlardan ibarət hökumət qura bilər. Məhəmməd Mustafa kimdir? 1954-cü ildə anadan olan Mustafa 2022-ci ildən Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin üzvüdür. Əvvəlki hökumətlərdə Baş nazirin müavini və İqtisadiyyat naziri vəzifələrində çalışmış Mustafa 2005-ci ildən…

Ətraflı

Bakı,ArabAZ Muhəmməd Yusuf Dahlan (محمد دحلان) 29 sentyabr 1961-ci ildə Qəzza zolağının Xan Yunis şəhərindəki Qaçqınlar Düşərgəsində doğulub. Ailədə altı uşağın ən kiçiyidir və əslən 1948-ci ildə İsrail tərəfindən dağıdılan Hamama qəsəbəsindəndir. Dahlan yeniyetmə ikən siyasi fəaliyyətə başlayıb və 1981-ci ildə Qəzza zolağında FƏTH Gənclər Hərəkatının Qəzza bölməsinin yaradılmasına köməklik etməklə yanaşı aktiv iştirak edib. 1981-1986-cı illər arasında hərəkatdakı aparıcı roluna görə 11 dəfə İsrail tərəfindən həbs edilib. Həbsxanada olduğu müddətdə o, ibrani dilində sərbəst danışmağı öyrənib. Ailəsi Dahlan 1 yanvar 1966-cı il doğumlu Səudiyyə Ərəbsiatnı əsilli Cəlilə adı qadınla evlidir. Bu evlilikdən onların dörd övladı olub; Fadi (1990-cı il,…

Ətraflı