ƏR-RİYAD,ArabAZ
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqının bərpa olunan enerji, məlumat və insanlar arasında mübadilə sahəsində ticarəti artırmaq üçün Körfəz ölkələri ilə iqtisadi dəhliz qurmaq istədiyini söyləyib. ArabAZ xəbər verir ki, bununla yanaşı, Brüsseldə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Şahzadə Məhəmməd bin Salmanın başçılıq etdiyi Körfəz və Avropa liderlərinin iştirakı ilə Körfəz-Avropa sammiti keçirilib, sammitdə Qəzza və Livan məsələsi də müzakirə edilib.
Von der Lyayen sammitin kənarında şahzadə Məhəmməd bin Salmanla görüşünü “müsbət” adlandırıb.
“Biz Avropa İttifaqı ilə Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında əməkdaşlığı gücləndirmək istəyirik” deyə o, iclasdan sonra “X” platformasındakı hesabında yazıb.
“Xalqlarımız arasında bərpa olunan enerji, məlumat və kommunikasiya sahəsində ticarəti artırmaq üçün iqtisadi dəhliz qurmaq isyəyirik”-deyə o yazıb.
Lyayen həmçinin “iqtisadi inkişaf üçün hamıın ehtiyac duyduğu təhlükəsizliyi təmin etmək üçün birlikdə işləməyin” vacibliyini vurğulayıb.
“Sülh və firavanlıq naminə strateji tərəfdaşlıq” şüarı altında keçirilən sammitin yekun bəyanatında qeyd olunub ki, “tərəfdaşlıq vasitəsilə qlobal və regional təhlükəsizliyin və rifahın yüksəldilməsi üçün birgə çalışılacaq.”
“Biz ortaq maraq doğuran coğrafi və tematik sahələrdə, o cümlədən birgə layihələr və çərçivələr vasitəsilə davamlı investisiyaları təşviq etmək üçün iki regionumuz arasında əməkdaşlığı genişləndirməyə çalışacağıq. Biz hər bir regionun iqtisadi şərtlərinə hörmət edən və məsuliyyətlərin və faydaların ədalətli bölüşdürülməsini təmin edən ədalətli tərəfdaşlığı vurğulayırıq. Biz Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) və Aİ Qlobal Gateway Çərçivəsi üzrə əməkdaşlığı araşdırmağa hazır olduğumuzu bildirdik”-deyə bəyanatda deyilir