Bazar ertəsi, 6 İyl 2026
ArabAZ-Ən yaxın şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən yaxın şərqArabAZ-Ən yaxın şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Azərbaycanı da gəzən orta əsrlər səyyahı-İbn Battuta kimdir?

Azərbaycanı da gəzən orta əsrlər səyyahı-İbn Battuta kimdir?

İyul 6, 2026 5:21 axşam
Paylaş
Paylaş

“Səyahət insanı əvvəl heyran edir, sonra isə nağılçıya çevirir” – İbn Battuta. İslam dünyasının ən məşhur səyyahlarından olan İbn Battuta, müasir dövrə qədər yaşamış bütün digər yolçulardan daha çox məsafə qət edib. O, ömrü boyu təxminən 117 min kilometr yol keçib və bu göstərici ilə orta əsrlərin ən böyük səyyahı kimi tarixə düşüb. Səfərlərinin miqyasına görə o, məşhur Zheng He (50 min km) və Marko Polonu (24 min km) xeyli geridə qoyub.

İbn Battuta 1304-cü ildə Mərakeşin Tanjer şəhərində, bərbər (əmaziq) mənşəli hüquqşünas ailəsində anadan olub. O, 21 yaşında Həcc ziyarəti üçün təkbaşına Məkkəyə yola düşüb. Lakin bu səfər onun həyatında dönüş nöqtəsi olub. İslam dünyasında Həcc yolçuluğu zamanı zəvvarların müxtəlif şəhərlərdə tanınmış alimləri ziyarət etməsi və onlardan dərs alması bir ənənə idi. Bu elmi mühit İbn Battutanı cəlb edib və onun səyahətlərini 30 il davam edəcək böyük bir dünya turuna çevirib.

Moqadişudan Çinə uzanan fırtınalı yollar

Məkkədən ayrıldıqdan sonra o; İran, İraq, Azərbaycan, Yəmən və Şərqi Afrika sahillərini gəzib. Səyyah Moqadişu, Keniya və Tanzaniya limanlarını araşdıraraq bu bölgələrin sosial-mədəni həyatını qələmə alıb. Onun səfərləri olduqca təhlükəli keçib. Hindistanda quldur hücumlarına məruz qalıb, Kalikut yaxınlığında gəmi qəzasından sağ çıxıb. Bütün çətinliklərə baxmayaraq, o, səyahətini dayandırmayıb, Monqolustan ərazilərinə və nəhayət Çinə qədər gedib çıxıb. Çin onun səfərlərində son nöqtə olub və o, 1349-cu ildə doğma vətəni Mərakeşə, Tanjer şəhərinə geri dönüb.

İbn Battuta 30 illik müşahidələrini məşhur “Rihla” (Yolçuluq) səyahətnaməsində cəmləşdirib. Bu fundamental əsər XIV əsr müsəlman dünyasının sosial, mədəni və siyasi tarixi üçün əvəzsiz mənbədir. Kitab orta əsr İslam coğrafiyasının gündəlik həyatı, idarəçilik formaları, ticarət yolları və xalqlararası mədəni əlaqələr haqqında unikal məlumatlar təqdim edir. Rihlanı tamamladıqdan sonra o, Mərakeşdə hakim (qazi) kimi çalışıb və təxminən 1368-ci ildə vəfat edib.

Katalan Atlasındakı Mansa Musa izi

Dahi səyyahın tarixi izlərinə məşhur xəritələrdə də rast gəlinir. 1375-ci ildə Abraham Kreskes tərəfindən hazırlatdırılmış məşhur “Katalan Atlası”nda, dəvənin sol alt hissəsində təsvir olunan fiqurun, böyük Mali hökmdarı Mansa Musanı ziyarətə gedən İbn Battuta olduğu ehtimal edilir. Bu atlas Qərbi Afrikadan Avropaya, Aralıq dənizinə və Yaxın Şərqə uzanan qızıl ticarətini və dövrün qloballaşmasını simvolizə edən mühüm sənədlərdən biridir. İbn Battuta göstərdiyi şücaət və bəşəriyyətə verdiyi töhfələrə görə bu gün də İslam dünyasında böyük ehtiramla xatırlanır.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Kim-kimdir

Tadamun qəssabı – Əmcəd Yusif kimdir?

Müəllif:
mail.azerpress@gmail.com
Kim-kimdir

Asala Nəsri – Ərəb musiqisinin güclü səsi

Müəllif:
ArabAZ News
Kim-kimdir

BƏƏ-də innivasiya rəhbəri Sara Əl-Əmiri kimdir?

Müəllif:
ArabAZ News
Kim-kimdir

 “Imagination Saudi Arabia”nın baş meneceri- Abdullah Əl-Oşayvan kimdir?

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ-Ən yaxın şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.