4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Serxio Busquets futbola vida edir

Busqetsin klub karyerası Barselonada başladığı 2008-ci ildən dünya futbolunun ən uğurlu hekayələrindən birinə çevrildi. O, Barselonanın heyətində 722 oyuna çıxaraq 9 dəfə La Liqa, 3 dəfə Çempionlar Liqasını qazanıb.

26 Sentyabr 2025 13:40
Serxio Busquets futbola vida edir

BAKI, AzerVoice, Fərid Mikayılov

İnter Mayami klubunun ispan ulduzu Serxio Busqets mövsümün sonunda peşəkar futbola vida edəcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, 37 yaşlı futbolçu hazırda MLS-də İnter Mayami forması ilə 69 oyuna çıxıb.

Onun klubla müqaviləsi dekabrda başa çatır. Busqets mövsümün sonuna qədər komandanın tarixində ilk dəfə MLS Kubokunu qazanmaq uğrunda mübarizə aparacaq.

Busqetsin klub karyerası Barselonada başladığı 2008-ci ildən dünya futbolunun ən uğurlu hekayələrindən birinə çevrildi. O, Barselonanın heyətində 722 oyuna çıxaraq 9 dəfə La Liqa, 3 dəfə Çempionlar Liqasını qazanıb.

İspaniya millisində isə 143 dəfə meydana çıxan yarımmüdafiəçi 2010-cu ildə Cənubi Afrikada keçirilən mundialda dünya çempionluğuna yüksəlib.

“İnanılmaz bir yol oldu. Deyə bilərəm ki, artıq vida deməyin vaxtı çatıb. Təxminən 20 il arzuladığım, zövq aldığım bu hekayəni yaşadım. Bu aylar mənim son oyunlarım olacaq. Futbolu xoşbəxt, dolğun və hər kəsə minnətdar halda tərk edirəm”- deyə o bildirib.

Məqalədə: #İspaniya #Dünya Kuboku #İnter Mayami #İspaniya La Liqası #MLS #Barselona #Serxio Busqets

Mövzu üzrə digər xəbərlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
Digər Dövlətlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib

18:45
İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib
Digər Dövlətlər

İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

3 Sentyabr 12:37
Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb
Türkiyə

Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

21 Avqust 09:24
“İnter Mayami” Neymarı transfer etmək istəyir
ArabSport

“İnter Mayami” Neymarı transfer etmək istəyir

10 Avqust 11:18

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.