5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Heydər Əliyev Beynəlxalq Hava Limanı "ACI Sertifikatı" aldı

Heydər Əliyev Beynəlxalq Hava Limanına karbon qazı emissiyalarının azaldılmasında əldə etdiyi irəliləyişə görə "Carbon Accreditation" (ACA) proqramı çərçivəsində ikinci səviyyə "Azaltma" (Reduction) sertifikatı təqdim edilib.

20 Noyabr 2024 16:42
Heydər Əliyev Beynəlxalq Hava Limanı "ACI Sertifikatı" aldı

Bakı, AzerVoice

Heydər Əliyev Beynəlxalq Hava Limanına karbon qazı emissiyalarının azaldılmasında əldə etdiyi irəliləyişə görə "Carbon Accreditation" (ACA) proqramı çərçivəsində ikinci səviyyə "Azaltma" (Reduction) sertifikatı təqdim edilib.

AzerVoice xəbər verir ki, bu barədə "ACI EUROPE"un baş direktoru Oliver Yankovets COP29 çərçivəsində keçirilən "Hava limanlarının iqlim sahəsində fəaliyyətinin nümayişi" mövzusunda keçirilən panel müzakirəsi zamanı bildirib.

"Heydər Əliyev Beynəlxalq Hava Limanı Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən təsis edilmiş "Airport Carbon Accreditation" (ACA) proqramı çərçivəsində ikinci səviyyə (Level 2: Reduction) sertifikatını əldə edib. Bu sertifikat hava limanının son üç illə müqayisədə karbon qazı emissiyalarını uğurla azaltdığını və davamlı inkişafa, həmçinin, iqlimə təsirin minimuma endirilməsinə sadiqliyini təsdiq edir", — deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə: #Heydər Əliyev Beynəlxalq Aeroportu

Mövzu üzrə digər xəbərlər

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
Siyasət

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib

22 İyun 09:58
Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib
Siyasət

Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib

17 May 16:48
Zimbabve Respublikasının Vitse-prezidenti Azərbaycana səfərə gəlib
Siyasət

Zimbabve Respublikasının Vitse-prezidenti Azərbaycana səfərə gəlib

17 May 10:12
Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib
Siyasət

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

16 May 17:17

Son Xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.