9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Şimali Afrika Əlcəzair
Əlcəzair

Əlcəzairin Fransa səfirliyi ilə bağlı qərarı Parisdə ciddi narazılıqlara səbəb olub

12 May 2025 15:38
Əlcəzairin Fransa səfirliyi ilə bağlı qərarı Parisdə ciddi narazılıqlara səbəb olub

BAKI, AzerVoice

Əlcəzair hökumətinin Fransa səfirliyinin əməkdaşlarının ölkədən çıxarılması barədə qərar Parisdə ciddi narazılıqla qarşılanıb.

AzerVoice xəbər verir ki, bu haqda Fransa Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada deyilir.

Açıqlamada, Fransa XİN bu addıma qarşı sərt cavab veriləcəyini bildirib.

Fransa xarici işlər naziri Jan Noel Baro isə sonradan verdiyi açıqlamada Əlcəzairin bu qərarını “anlaşılmaz və qəbuledilməz” adlandıraraq, ölkəsinin sərt şəkildə cavab verəcəyini bildirib.

Xatırladaq ki, Əlcəzair hökuməti dünən Fransanın Əlcəzairdəki səfirliyinin işlərini müvəqqəti icra edən şəxsi Xarici İşlər Nazirliyinə çağıraraq daha çox fransalı əməkdaşın ölkədən çıxarılacağını rəsmi şəkildə bildirib. Lakin çıxarılacaq şəxslərin sayı və bunun üçün qoyulan son tarix açıqlanmayıb.

Qeyd edək ki, rəsmi mənbələrin məlumatına görə, Əlcəzair tərəfi son dövrlərdə Fransanın ən azı 15 əməkdaşı diplomatik və konsulluq missiyalarına rəsmi xəbərdarlıq və ya akkreditasiya müraciəti olmadan təyin etdiyini müəyyən edib. Bu isə beynəlxalq diplomatik protokol və ikitərəfli sazişlərin pozulması kimi qiymətləndirilir.

Bundan əlavə, Əlcəzair hakimiyyəti Fransanı diplomatik pasport daşıyan Əlcəzair vətəndaşlarının ölkəyə girişini dəfələrlə rədd etməkdə, Paris və Marseldə təyin olunmuş iki baş konsulun akkreditasiyasını ləngitməkdə, və daha 7 konsulun akkreditasiya prosesini beş aydan çox müddətdə təxirə salmaqda ittiham edib.

Məqalədə: #Fransa #Əlcəzair #Fransa səfirliyi #Paris #Fransa Xarici İşlər Nazirliyi #Jan-Noel Barro

Mövzu üzrə digər xəbərlər

Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir

Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib

8 Sentyabr 20:11
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?
Əlcəzair

Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

31 Avqust 09:36
Əlcəzairin Cicel vilayətində meşələrin 80%-i külə döndü
Əlcəzair

Əlcəzairin Cicel vilayətində meşələrin 80%-i külə döndü

29 Avqust 16:39

Son Xəbərlər

Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
19:50
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
19:45
Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib
Britaniya XİN rəhbəri yəhudilərin təhlükəsizliyi ilə bağlı tənqidə cavab verib
19:37
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.