13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Ford Motor Company “Model T”ni təqdim etdi

1908-ci il oktyabrın 1-də Ford şirkətinin Detroytdakı Piquette Avenue zavodunda ilk “Model T” avtomobili istehsal xəttindən çıxdı.

1 Oktyabr 2025 10:00
Bu gün Ford Motor Company “Model T”ni təqdim etdi

BAKI,AzerVoice

1908-ci il oktyabrın 1-də Ford şirkətinin Detroytdakı Piquette Avenue zavodunda ilk “Model T” avtomobili istehsal xəttindən çıxdı. 1908–1927-ci illər arasında Ford təxminən 15 milyon “Model T” istehsal etdi. Bu, 1972-ci ilə qədər- “Volkswagen Beetle” seriyası onu ötənə qədər - tarixdə ən uzun müddət istehsalda qalan avtomobil modeli oldu.

“Model T”dən əvvəl avtomobillər yalnız varlılar üçün lüks hesab olunurdu: 1908-ci ilin əvvəlində yollarda 200 minə yaxın avtomobil var idi. İlk vaxtlarda “Model T” kifayət qədər bahalı idi (ən ucuzu 825 dollar idi-bu da bu günün pulla təxminən 18 min dollara bərabərdir).
Amma o, gündəlik istifadə üçün adi insanlar üçün nəzərdə tutulmuşdu. Maşında 22 at gücündə dörd silindrli mühərrik vardı, həmçinin fransız yarış avtomobili istehsalçılarının tətbiq etdiyi xüsusi istiliklə bərkidilmiş poladdan hazırlanmışdı.
Bu material avtomobili həm əvvəlkilərdən yüngül (cəmi 1.200 funt - təqribən 544 kiloqram), həm də möhkəm edirdi. “Model T” saatda 40 mil (təxminən 64 km/saat) sürətlə hərəkət edə bilir, həm benzin, həm də kətan toxumundan alınan yanacaqla işləyə bilirdi. (XX əsrin əvvəlində neft ucuzlaşdıqdan sonra Ford benzin variantını saxladı.)
Reklamlarda belə yazılırdı: “2.000 dollardan ucuz heç bir avtomobil daha yaxşı deyil və 2.000 dollardan bahalı heç biri əlavə bəzəkdən başqa üstünlük təklif etmir”.

Ford qiymətləri aşağı saxlamaq üçün yalnız bir model istehsal edirdi. Yalnız bir məhsula fokuslanmaq mühəndislərə dəyişdirilə bilən hissələr sistemi yaratmağa imkan verdi ki, bu da tullantını azaltdı, vaxtı qənaət etdi və ixtisassız işçilərin avtomobilləri yığmasını asanlaşdırdı. 1914-cü ildə hərəkətli konveyer xətti sayəsində hər həftə minlərlə avtomobil istehsal edilirdi. 1924-cü ildə isə Miçiqan ştatının Diyarborn şəhərindəki River Rouge zavodunda gündə 10.000-dən çox silindr bloku tökmək mümkün idi.

Lakin 1920-ci illərdə amerikalıların istəkləri dəyişdi: artıq onlar təkcə möhkəm və sərfəli maşın deyil, həm də dəbli, sürətli və komfortlu avtomobil istəyirdilər. Üstəlik, “Model T” uzun illər yalnız qara rəngdə buraxıldığı üçün daha cazibədar seçimlər axtarılırdı. Bu dəyişən zövqlər nəticəsində “Model T”nin dövrü başa çatdı və 1927-ci il mayın 26-da sonuncu avtomobil istehsal xəttindən endi.

Məqalədə: #Ford Motor Company #Volkswagen Beetle #Model T #Piquette Avenue #Diyarborn #River Rouge

Mövzu üzrə digər xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Tarixdə bu gün

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət

03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 13 sentyabr

00:01
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

12 Sentyabr 00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 12 sentyabr

12 Sentyabr 00:01

Son Xəbərlər

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
07:46
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.