4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran Hörmüz boğazındakı hüquqlarından geri çəkilməyəcək - Qalibaf

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, İran və ABŞ arasında imzalanmış anlaşma memorandumuna əsasən, Hörmüz boğazından keçid yalnız 60 gün müddətində ödənişsiz olacaq və Tehran bu strateji su hövzəsindəki suveren hüquqlarından geri çəkilməyəcək.

1 İyul 2026 11:57
İran Hörmüz boğazındakı hüquqlarından geri çəkilməyəcək - Qalibaf

BAKI,VOA, Fərid Mikayılov

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, İran və ABŞ arasında imzalanmış anlaşma memorandumuna əsasən, Hörmüz boğazından keçid yalnız 60 gün müddətində ödənişsiz olacaq və Tehran bu strateji su hövzəsindəki suveren hüquqlarından geri çəkilməyəcək.

VOA xəbər verir ki, Qalibaf dövlət televiziyasına açıqlamasında qeyd edib ki, ödənişsiz keçid qərarı Fars körfəzi sahilyanı dövlətlərinin təkidi ilə qəbul olunub. Onun sözlərinə görə, müharibə və boğazın bağlanması səbəbindən bölgədə qalan gəmilər nəzərə alınaraq bu addım atılıb.

O əlavə edib ki, İran 30 gün ərzində Hörmüz boğazının minalardan təmizlənməsi üzrə öhdəliyini də yerinə yetirəcək.

Parlament sədri bildirib ki, anlaşma memorandumunun 5-ci maddəsinə əsasən, Hörmüz boğazının idarə olunması və burada göstərilən dəniz xidmətlərinin gələcək mexanizmi beynəlxalq hüquqa və sahilyanı dövlətlərin suveren hüquqlarına uyğun olaraq İran və Oman tərəfindən birgə müəyyən ediləcək.

Qalibaf vurğulayıb ki, Tehran bu məsələdə heç bir güzəştə getməyəcək və ABŞ-nin İranın Hörmüz boğazını hərbiləşdirdiyi barədə iddialarını qəbul etmir. Onun sözlərinə görə, İran bu strateji su yolunda təhlükəsizliyin təmin edilməsini davam etdirəcək.

O, həmçinin İran və ABŞ arasında imzalanmış 14 maddədən ibarət memorandum üzrə danışıqlar üçün 60 günlük müddətin müəyyən edildiyini bildirib. Qalibaf qeyd edib ki, tərəflərin razılığı ilə bu müddət yekun sülh sazişi, o cümlədən İrana tətbiq olunan bütün sanksiyaların ləğvi barədə razılıq əldə edilənədək uzadıla bilər.

Parlament sədri bildirib ki, ABŞ memorandum imzalandığı gün İrana qarşı dəniz blokadasını aradan qaldırıb. Onun sözlərinə görə, iyunun 18-dən bəri İran 40 milyondan çox barel neft ixrac edib və hazırda İran nefti beynəlxalq Brent etalon qiyməti ilə satılır.

Qalibaf vurğulayıb ki, İran raket proqramı, hücum potensialı, uranın zənginləşdirilməsi hüququ və "Müqavimət Oxu" ilə bağlı mövqeyi üzrə heç bir danışıq aparmayacaq. O əlavə edib ki, Tehran diplomatik danışıqları davam etdirsə də, bunun ölkənin hərbi çəkindiricilik imkanlarının zəiflədilməsi anlamına gəlmədiyini bildirib.

Məqalədə: #İran #ABŞ #Tehran #Vaşinqton #İran-ABŞ münasibətləri #Məhəmməd Baqir Qalibaf #Fars körfəzi #Hörmüz boğazı

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran

İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”

17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.