Bakı. AzerVoice:
İsrail Qəzzanın şimalına yardımların girişini əngəlləməkdə davam edir.
AzerVoice-nin məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik açıqlama verib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yanvar ayında Qəzzanın şimalına planlaşdırdığı 61 yardım əməliyyatından yalnız 10-nu həyata keçirə bildiyini bildirən Dujarrik, digərlərinin də İsrail tərəfindən bloklandığını bildirib.
Düjarrik qeyd edib ki, keçə bilən yardım karvanlarında adətən ərzaq məhsulları olur.
Xəstəxanalara və səhiyyə ocaqlarına edilən yardım missiyalarının tez-tez əngəlləndiyini ifadə edən Düjarrik, bu missiyaların su və gigiyena ləvazimatları daşıdığını qeyd edib.
Məlumat üçün qeyd edək ki, İsrailin hücumları nəticəsində Qəzzada 1,9 milyon insan didərgin düşdüyü halda, İsrailin yaratdığı çətinlik və maneələr səbəbindən bölgəyə humanitar yardım yetərincə çatdırıla bilmir.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.
Hafiz Rufizoğlu