13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrail dövlətinə göstərdiyiniz 50 illik dəstəyə görə təşəkkür edirəm-Netanyahu

26 İyul 2024 07:23
İsrail dövlətinə göstərdiyiniz 50 illik dəstəyə görə təşəkkür edirəm-Netanyahu

Bakı, AzerVoice

İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə görüşdüyü ABŞ prezidenti Co Baydenə “İsrail dövlətinə 50 illik dəstəyi” üçün təşəkkür edib.

AzerVoice xəbər verir ki, İsrailin baş nazirinin Konqresdə alovlu çıxışından bir gün sonra o Baydenlə görüşüb. Görüşlə paralel olaraq, Fələstin tərəfdarı olan minlərlə nümayişçi çöldə etiraz aksiyası keçirib.

Danışıqlar başlamazdan əvvəl Oval Ofisdən açıqlama verən Netanyahu, bazar günü 2024-cü il seçki yarışından geri çəkilən Baydenlə səlahiyyət müddətinin qalan hissəsində işləməyi "səbirsizliklə gözlədiyini" söyləyib.

Bunun qarşılığında "Mən də bunu səbirsizliklə gözləyirəm" deyə Bayden cavab verib.

İclasdan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Qəzzada atəşkəs razılaşmasının yaxın olduğuna inandığını bildirib. Kirbi öz video şərhində "Biz inanırıq ki, boşluqlar bağlana bilər" dedi.

“Biz inanırıq ki, təcili çəkildə girovların ailələri ilə birlikdə aid olduqları yerə qaytarılması, atəşkəsin qüvvəyə minməsi və beləcə Qəzzada düşmənliklərin sona çatdırılması istiqamətində çalışmalıyıq”,-deyə o əlavə edib.

Qeyd edək ki, İsrailin baş naziri Harrislə görüşü planlaşdırılmadan əvvəl Qəzzada əsir olan amerikalıların ailələri ilə də görüşüb.

Associated Press-in məlumatına görə, Harris Qəzzadakı insan itkisi ilə bağlı administrasiyanın digər üzvlərinə nisbətən daha açıq sözlü olsa da, yüksək səviyyəli bir administrasiya rəsmisi jurnalistlərə bildirib ki, İsraillə bağlı "prezident və vitse-prezident arasında heç bir fikir ayrılığı yoxdur".

İsrailin baş naziri Baydenlə görüş zamanı ona xitabən “Qürurlu yəhudi sionistindən qürurlu irlandiyalı amerikalı sionistə. 50 illik dövlət xidmətinizə və İsrail dövlətinə 50 illik dəstəyə görə sizə təşəkkür etmək istəyirəm" dedi.

ABŞ rəsmiləri deyib ki, Bayden Ağ Evdəki görüş zamanı Netanyahuya may ayında ilk dəfə təqdim etdiyi Həmas ilə üç fazalı atəşkəs razılaşmasını yekunlaşdırmaq üçün təziq göstərməyi planlaşdırır.

Qeyd edək ki, Qəzza doqquz aydır davam edən hücumların dayandırılması üçün İsrailin baş nazirinə həm ölkə daxilində, həm də xaricdə təzyiqlər artır.

İsrail dövlətinə göstərdiyiniz 50 illik dəstəyə görə təşəkkür edirəm-Netanyahu İsrail dövlətinə göstərdiyiniz 50 illik dəstəyə görə təşəkkür edirəm-Netanyahu
Məqalədə: #İsrail #ABŞ #Co Bayden #Netanyahu

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Tarixdə bu gün

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət

03:00
Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

12 Sentyabr 16:44

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.