5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İran və İsraili nə birləşdirir?

Mövqeləri, ittifaqları və strateji məqsədləri bir-birindən fərqli olsa da, hər iki ölkəni bu narahatlıqda ortaq edən amil – Suriyada təsir imkanlarını itirmək qorxusudur.

14 May 2025 13:36
İran və İsraili nə birləşdirir?

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi, Rufiz Hafizoğlu

Bu gün Ər-Riyadda ABŞ Prezidenti Donald Tramp və Suriya keçid hökumətinin prezidenti Əhməd əş-Şəraa arasında baş tutan görüş Yaxın Şərqdə yeni geosiyasi cizgilərin çəkilməsinə səbəb olub. Regionun iki əzəli rəqibi – İran və İsrail – bu görüşdən eyni dərəcədə narahatlıq keçirirlər. Mövqeləri, ittifaqları və strateji məqsədləri bir-birindən fərqli olsa da, hər iki ölkəni bu narahatlıqda ortaq edən amil – Suriyada təsir imkanlarını itirmək qorxusudur.

Tehran üçün geosiyasi sərhədlərin daralması

İran, 2011-ci ildən bəri Suriyada Əsəd rejiminin əsas dayağı olub. Həm İnqilab Keşikçiləri Korpusu, həm də Hizbullah kimi vasitəçi qruplar vasitəsilə Dəməşqdəki təsirini sabit saxlamağa çalışıb. İranın strateji baxımdan Suriya üzərindəki nəzarəti, Livana və Aralıq dənizi sahillərinə çıxış, həmçinin İsrailə qarşı potensial cəbhə formalaşdırmaq baxımından həyati əhəmiyyət daşıyır.

Lakin Tramp–Şəraa görüşü və bu kontekstdə ABŞ-ın sanksiyaları ləğv etmək istəyi, Tehranın Suriyadakı nüfuzunun beynəlxalq səviyyədə balanslaşdırılması təhlükəsini doğurur. Əgər Suriya yeni bir beynəlxalq kurs seçərsə – yəni ABŞ və ərəb ölkələri ilə yaxınlaşarsa – bu, İran üçün strateji uduzma demək olacaq.

İran mediasında artıq bu istiqamətdə narahatlıq ifadə olunmağa başlanılıb. Məsələn, "Tasnim" və "Fars" kimi yarırəsmi agentliklər ABŞ-ın bu addımını “İslam dünyasının parçalanması cəhdi” kimi təqdim edir. Tehran, eyni zamanda, bu diplomatik açılımı Səudiyyə Ərəbistanının artan regional nüfuzunun göstəricisi kimi qəbul edir.

Tel-Əvivin təhlükəsizlik narahatlığı

Digər tərəfdən, İsrail üçün bu görüş tamamilə fərqli təhlükəsizlik dilemması yaradır. İsrail uzun müddətdir ki, Suriyanı İranın “strateji uzantısı” hesab edir. İsrail ordusunun dəfələrlə Suriyada İranın hərbi mövqelərinə hava zərbələri endirməsi də məhz bu təhlükə algısından qaynaqlanır.

Trampın Suriyaya yönəlik sanksiyaları qaldırmaq istəyi və Dəməşqlə dialoqa girməsi İsrailin regiondakı sərbəst hərbi manevr imkanlarını məhdudlaşdıra bilər. Üstəlik, ABŞ-ın Suriya ilə münasibətləri normallaşdırması, İranın bölgədəki nüfuzunu zəiflətmək yerinə, yeni bir güc balansı yaratmaq təhlükəsi doğurur ki, bu da İsrailin mövcud təhlükəsizlik strategiyasını sual altına qoyur.

İsrail KİV-ləri – xüsusilə “Haaretz” və “Jerusalem Post” – bu prosesin “sürətlə dəyişən regional siyasi oyunun bir hissəsi” olduğunu yazır və ABŞ-ın İsrailə əvvəlcədən xəbər vermədən belə bir diplomatik təşəbbüsə başlamasını “müttəfiqə qarşı soyuq davranış” kimi şərh edirlər.

Birləşdirən narahatlıq: Suriyanın istiqamət dəyişikliyi

Bütün bu fərqli baxışlara baxmayaraq, İran və İsrailin narahatlığını birləşdirən əsas məqam Suriyanın ABŞ və ərəb dünyası ilə yaxınlaşma ehtimalıdır. Bu, bir tərəfdən İranın strateji hegemonluğunu təhlükəyə atır, digər tərəfdən İsrailin İran əleyhinə qurduğu təhlükəsizlik arxitekturasını zəiflədir. Maraqlıdır ki, bu dəfə Tehran və Tel-Əviv eyni hadisəni – Trampın təşəbbüsünü – eyni dərəcədə təhdid kimi qiymətləndirirlər.

Bu da göstərir ki, Yaxın Şərqdə kartlar yenidən qarışır və yeni geosiyasi balans formalaşır. Vaxtilə düşmən cəbhələrdə dayanan ölkələr, bəzən eyni təhlükəyə qarşı eyni hissləri yaşaya bilirlər – bu isə bölgədə diplomatik oyunun nə qədər mürəkkəbləşdiyini sübut edir.

Yeni Yaxın Şərq: diplomatik çevriliş dövrü

Tramp administrasiyasının bu addımı – yəni Suriya ilə normallaşma təşəbbüsü – həm də ABŞ-ın Yaxın Şərq siyasətində yeni yanaşmasının göstəricisidir. “ÖNCƏ AMERİKA” prinsipi ilə hərəkət edən Tramp üçün bu proses həm də regional sabitliyi iqtisadi və diplomatik dividendlərə çevirmək imkanıdır.

Bu addımın davamında ABŞ-ın regionda yeni ittifaqlar qurması, ərəb ölkələri ilə münasibətləri dərinləşdirməsi və Suriya üzərindən İran təsirini balanslaşdırmağa çalışması istisna deyil. Əgər Tramp bu prosesi uğurla başa çatdırarsa, bu, onun Yaxın Şərqdə miras buraxacağı əsas siyasi uğurlardan biri ola bilər.

Məqalədə: #Rufiz Hafizoğlu #Suriya keçid hökuməti #İranın Suriya siyasəti #İsrailin Suriya strategiyası #Suriya sanksiyalarının ləğvi #ABŞ Suriya münasibətləri 2024 #Suriya ABŞ barışığı #Tramp Şəraa görüşü #Donald Trampın Yaxın Şərq siyasəti #Əhməd əş-Şəraa kimdir #İsrail Suriyada İran təhlükəsi #Tramp və Suriya razılaşması #Riyad diplomatik sammiti #Trampın Yaxın Şərq səfəri #İran və İsrailin ortaq narahatlığı #Yaxın Şərqdə geosiyasi balans #İranın müqavimət oxu strategiyası #ABŞ və Suriya arasında yeni səhifə #Tel-Əviv və Tehran narahatlığı #Suriyada təsir bölgələri #Səudiyyənin regional vasitəçiliyi #Tramp administrasiyası və ərəb liderləri #ABŞ-İran münasibətləri kontekstində Suriya #İsrailin milli təhlükəsizlik siyasəti #Suriya sanksiyalarının geosiyasi nəticələri

Mövzu üzrə digər xəbərlər

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu
Rəy

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

25 Avqust 14:56
İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu
Rəy

İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

25 Avqust 14:13
HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?
Rəy

HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?

15 Avqust 10:06
Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?
Rəy

Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?

13 Avqust 16:52

Son Xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.