11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Rusiya və Ukrayna arasında diplomatik uğurlar əldə olunub - Hakan Fidan

29 May 2025 19:17
Rusiya və Ukrayna arasında diplomatik uğurlar əldə olunub - Hakan Fidan

BAKI, AzerVoice

Rusiya və Ukrayna arasında artıq müəyyən diplomatik uğurlar əldə olunub.

AzerVoice xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Ən böyük uğurlardan biri min hərbi əsirin dəyişdirilməsi oldu. Bundan sonra isə tərəflər ilk dəfə rəsmi şəkildə atəşkəs mövqelərini yazılı şəkildə qarşı tərəfə təqdim etdilər və bunun üzərindən danışıqlar davam etdirildi” - deyə, o bildirib.

Nazir bildirib ki, müzakirə prosesinin başlaması münaqişənin daha ümidverici bir istiqamətə yönəlməsinə səbəb olub.

“İki tərəf də atəşkəs istəyir. Heç kim ‘atəşkəs istəmirəm’ deməz. Çünki bu, həm beynəlxalq ictimaiyyət qarşısında, həm də daxili cəbhədə izah olunması çətin bir mövqedir”, - o vurğulayıb.

Lakin Hakan Fidan qeyd edib ki, tərəflərin atəşkəslə bağlı tələbləri fərqlidir və bu tələblərin uzlaşdırılması üçün vasitəçilik və diplomatik təmaslar zəruridir.

Nazir həmçinin bildirib ki, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə sıx diplomatik əlaqələrə malikdir və danışıqlara ev sahibliyi etmək üçün uyğun ölkədir.

“Biz Putinə, Medinskiyə və Lavrova sülh səylərimizi və bu məsələyə baxışımızı çatdırdıq. Bizim region ölkəsi olaraq baxışımız yalnız hərbi qarşıdurmanın qarşısını almaq deyil, eyni zamanda sülh üçün real parametrləri formalaşdırmaqdır” - deyə, Fidan qeyd edib.

Fidan ABŞ-ın da bu prosesdə mühüm rol oynamalı olduğunu vurğulayıb.

“Prezident [Donald] Tramp açıq şəkildə atəşkəs istəyini ifadə edib. Ukrayna və Avropa bu çağırışa uyğunlaşdı, lakin Rusiya hələ ki, tam uyğunlaşma göstərmir. Bu da Rusiyanı diplomatik cəhətdən zəif vəziyyətə sala bilər” - deyə, nazir bildirib.

Nazir qeyd edib ki, Türkiyənin bu məsələdə məqsədi sırf regional sülh və sabitlikdir.

“Bizim regionda stabillik olmadan iqtisadi sabitlik və təhlükəsizlik də təmin edilə bilməz. Ona görə də biz diplomatiyanı bacardığımız qədər istifadə edirik. Türkiyə Suriya, İraq, Balkanlar, Qafqaz və Şərqi Aralıq dənizində sülh gətirən gücdür” - deyə, o bildirib.

“Bütün tərəflərin qəbul edə biləcəyi bir aktor olmaq vasitəçilikdə əsas meyardır. Rusiyanın Türkiyənin rolunu qəbul etməsi çox önəmlidir. Biz bu məsələdə üzərimizə düşəni edirik və edəcəyik” - deyə, o əlavə edib.

Hakan Fidan, diplomatik səylərin nə qədər önəmli olsa da, müharibənin yaratdığı insan itkisi və maliyyə yükünün böyüklüyünə işarə edib.

“Nə qədər səylə çalışsaq da, bu müharibənin bir günündə yaşanan itkini kompensasiya etmək mümkün deyil. Bu səbəbdən bütün məsul ölkələrin hərəkətə keçməsi vacibdir” - deyə, Fidan vurğulayıb.

Rusiya tərəfinin müharibənin uzanmasında maraqlı olması barədə müzakirələrə münasibət bildirən Fidan deyib: “Rusiyanın bəzi strateji hədəfləri var. Bunların beynəlxalq hüquqa nə dərəcədə uyğun olub-olmaması isə ayrıca müzakirə mövzusudur. Amma hər iki tərəfin tutumları dəyişə bilər. Trampın seçilməsindən sonra Ukrayna və Avropa tez uyğunlaşdı, Putin isə hələ bunu etməyib.”

Nazir son olaraq qeyd edib ki, Türkiyə müzakirə prosesində bütün əsas aktorlarla təmasdadır.

“Rusiya ilə, Ukrayna ilə, Avropa ilə danışırıq. Tərəflər bizdən həm mövqe öyrənmək, həm də öz fikirlərini bölüşmək istəyirlər. Bu, koordinasiya və dialoq üçün çox vacibdir” - deyə, Nazir yekunlaşdırıb.

Məqalədə: #Türkiyə #İstanbul #Rusiya #ABŞ #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Vladimir Putin #Türkiyə XİN #Donald Tramp #Ukrayna #Sergey Lavrov #səfər #Rusiya-Ukrayna müharibəsi #Türkiyənin vasitəçiliyi #danışıqlar #Vladimir Medinski

Mövzu üzrə digər xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq

İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub

10 Sentyabr 17:03
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Liviya

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

10 Sentyabr 16:45
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.