4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə görüşüb

10 Dekabr 2023 06:08
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə görüşüb

Bakı. AzerPress:

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov ilə Şuşa şəhərində görüşüb.

Fonddan AzerPress -ə bildirilib ki, Aktotı Raimkulova ilk dəfə Şuşanı ziyarət etməsindən qürur və sevinc hissləri yaşadığını vurğulayaraq, Azərbaycan xalqını 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfər münasibətilə ürəkdən təbrik edib. Fondun rəhbəri müasir Azərbaycan dövlətinin banisi, Türk dünyası qarşısında böyük tarixi xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkədə və beynəlxalq miqyasda təntənəli keçirilməsinə diqqət çəkib.

Aydın Kərimov təşkilatın rəhbərinə yeni vəzifəsində uğurlar arzulayaraq, qardaş türk xalqları arasındakı son illər ərzində daha da güclənən həmrəyliyi yüksək qiymətləndirib. Prezidentin xüsusi nümayəndəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə dair Dövlət Proqramının prioritet istiqamətlərindən və məqsədlərindən bəhs edib.

Görüşdə 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət paytaxtı olan Şuşa şəhərinin Türk dövlətlərində və onların hüdudlarından kənarda tanıdılması istiqamətində Fond tərəfindən həyata keçirilən layihələr, Fond və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin cari il ərzində davam edən birgə fəaliyyətləri və gələcək tərəfdaşlıq istiqamətləri müzakirə olunub.

Eyni zamanda, Şuşa şəhərinin ICESCO tərəfindən 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə növbəti il ərzində də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacağı qeyd edilib.

Fondun prezidenti Şuşanın 30 ilə yaxın davam edən işğalı nəticəsində burada yerləşən mədəni abidələrə, tarixi əsərlərə və ümumiyyətlə, şəhərin görünüşünə dəyən ziyan ilə tanış olub, Azərbaycan Respublikası tərəfindən hazırda aparılan bərpa və yenidənqurma işləri ilə bağlı məlumatlandırılıb.

Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın yenidənqurma proseslərinə töhfə verməyə hər zaman hazır olduğunu vurğulayıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə görüşüb
Məqalədə: #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
Özbəkistan

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

28 Avqust 16:52
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

24 Avqust 10:02
Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub
Türk Dövlətləri

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

19 Avqust 16:25
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

18 Avqust 14:04

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.